Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

 
87 
ansamblının ən uzun qalereyasıdır. Bu dəhliz Kunminxu gölünün şimal 
sahilində yerləşən müxtəlif memarlıq tikililərini üzvi olaraq birləşdirir. 
O, 8000-dən artıq rəngli janr səhnəcikləri ilə  bəzədilmişdir. 
Qalereyadan çıxaraq Payyurmen qapılarına (Bulud qapıları) düşürsən. 
Onların ardınca Vanşouşan təpəsinin  ətəyində yerləşmiş Payyundyan 
pavilyonu (Bulu pavilyonu) gəlir. Payyundyanın hər iki tərəfi ilə 
Dexueydyan məbədindən qalxaraq və 114 pilləkən keçərək Fosyanqe 
məbədinə  (Ətirli tüstü məbədi) çatırsan. Fosyenqe Vanşouşan dağının 
döşündə 58 m hündürlükdə yerləşib. O, dördqat karnizli üçyaruslu 
memarlıq kompleksidir. Fosyanqenin içində Buddanın heykəli vardır. 
Vaxtilə Çin Ay təqvimi ilə hər ayın birinci günü impretriça Tsısi buraya 
dua etməyə gələrmiş. Fosyanqe məbədi – İxeyuan parkının simvolu və 
qədim Çin memarlığının çox gözəl abidəsidir. Fosyenqedən aşağı 
baxdıqda, şərq tərəfdə Çjunluntsan sarayını, qərbdə isə 207 ton misdən 
tökülmüş Baoyuqe köşkünü (Mis köşk) görmək olar. Bu mis qeyri-adi 
tünd tunc rəngi ilə  fərqlənir, bu da çox unkialdır və dünyanın digər 
yerlərində çox az rast gəlinər. Fosyanqedən yuxarıda Çjixueyxay 
məbədi (Müdriklik məbədi) yerləşir. Binanın daxili konstruksiyası 
bütün tikilini saxlamaq üçün qübbələrdən ibarətdir. Vanşouşan 
təpəsindən cənubda Kunminxu gölü uzanır. Qərb bəndi Sidi, gölü iki 
hissəyə bölür. Sili bəndində 6 körpü vardır. Onlardan ən yaraşıqlısı 
“Nefrit körpüsüdür”. Deyilənə görü imperator Tsyanlun və imperatriça 
Tsısi burada gəzişməyi sevirmişlər. Tsısi balıqçı paltarı geymiş  və 
burada hərəmağası ilə birlikdə  şəkil çəkdirmişdir.  Şərq bəndi Dundi 
qərb bəndi ilə birləşir. Dundi daşlardan qurulmuşdur. Onun mərkəzi 
hissəsində 17 arkalıq körpü inşa edilmiş, körpünün daş sütunlarında 
564  şir çəkilmişdir. Ucsuz-bucaqsız göl, oradakı adacıqlar və 
Vanşouşan təpəsi parkın geniş məkanında şairanə şəkildə yerləşmişdir. 
Ixeyuan üç mənzərəli rayondan təşkil olunub: təbii göl, təpəcik, saray 
kompleksi. Parkda 300-dən çox bina vardır. Hər bir memarlıq qrupunun 
öz xüsusiyyətləri vardır. Yuytsyuanşan dağları İxeyuan üçün arxa plan 
rolunu oynayır. Burada təbii mənzərə süni bağ-park kompleksi ilə üzvi 
vəhdətdədir, bunun da sayəsində  İxeyuan, Çin bağ-park sənətinin  ən 
gözəl nümunəsidir. Tsin sülaləsi hökmdarlarının mühüm siyasi 
fəaliyyət yeri kimi İxeyuan sülalənin inkişafından onun süqutuna qədər 
bir çox tarixi hadisələrin  şahidi olmuşdur. Vanşouşan Vonşan təpəsi 
kimi tarixə daxil olmuşdur. Onun altında Vonşanpo nohuru vardır. Min 
sülaləsi dövründə Xançjouda Sixu nümunəsində gölü “Sixu mənzərəsi” 


 
88 
adlandırırdılar.  Şairlər və  ədiblər buraya öz şerlərini yazmağa 
gələrdilər. Yayda buralar çox gözəl olur. Havadan lotos gülünün ətri 
gəlir. İmperator məhz bu yeri öz iqamətgahının tikilişi üçün seçmişdir. 
Tsin sülaləsi dövründə burada çoxlu bağlar salınmışdır: Vanşouşanın 
ətəyində Tsiniyuan, Yuytsyuanşan dağlarında Tszinminyuan, Syanşan 
dağlarında Tszuniyuan və  İxeyuan parkının nümunəsi vardır. 1750-ci 
ildə imperator Tsyanlun öz anasının ad günü şərəfinə Tszuniyuan inşa 
etməyi  əmr etmişdir. Vonşan təpəsinin adı  dəyişdirilib Vanşouşan 
(Uzunömürlük), Vanşanpo nohuru isə Kunminxu gölü olmuşdur. 1860-
cı ildə ikinci tiryək müharibəsi zamanı bu yerlərdə yerləşən bütün 
bağlar yandırılmış  və bütün sərvətlər isə qarət olunmuşdur. Tsısi 
hakimiyyətə gəldikdən sonra Tsinyuanı yenidən tikməyi  əmr etmiş  və 
onu  İxeyuan adlandırmışdır.  İxeyuan özündə 100-dən artıq süni 
mənzərəli zonanı birləşdirir və imperator və  mələklərin  ən yüksək 
hakimiyyəti ilə  nəzərə çarpır.  İslahatlar və açıqlıq siyasətinin 
başlanmasından sonra İxeyuan hər il milyonlarla çinli və əcnəbi qonağı 
qəbul edir. İxeyuana baş  çəkmək – istənilən ölkədən olan hər bir 
turistin arzusudur.  
Litszyan qədim  şəhəri. Deyilənə görə, dağlar və çaylarla əhatə 
olunmuş Litszyan qəzasını  qədimdə çox vaxt “Dayançjen” 
adlandırırdılar, bu da ona görədir ki, o, formaca iri cəmdəyi xatırladır. 
Onun keçmişini tədqiq edərkən alimlər müəyyən etmişdilər ki, bu 
unudulmuş “qədim hökmdarlıqdır”. Nasi xalqının  əcdadları tsyanlar 
olmuşlar, onlar cənuba hələ çox qədim zamanlardan köçmüşdülər. 
Nasilər minillik ağır zəhmətlə öz gözəl doğma yurdlarını salmışlar. 
Hələ  qədimdən buradan əsas nəqliyyat yolları keçirdi. Tacirlər və 
səyyahlar burada uzun müddətə dayanır, çoxları ailə qurur, bunula da 
şəhərin genişlənməsinə  səbəb olurdular. Şəhər tezliklə  məşhur bazara 
və mühüm mədəniyyət mərkəzinə çevrilmişdi. Belə hesab edilir ki, 
Litszyanın  əsası Sun sülaləsinin sonu və Yuan sülaləsinin  əvvəlində 
qoyulmuşdur. 1253-cü ildə monqol şahzadəsi Xubilay (sonralar o, 
Yuan sülaləsinin birinci imperatoru olmuşdur) cənubda Dalinin fəth 
etdikdə qoşunlar Litszyanda döyüş əməliyyatlarına hazırlıqlı vəziyyətdə 
durmuşdu. 500 il ərzində ta Tsin sülaləsinin başlanğıcına kimi 
Litszyanda nasi və “tusi” xalqlarının  əcdadları – tayfa başçıları irsi 
olaraq hökmranlıq etmişdilər, onlardan yuxarıda yalnız mərkəzi 
hökmran sülalə dururdu. O dövrlərdə Min coğrafiyaçısı Syuy Syake 
(1587-1641) öz “Yunnaniyə  səyahətin gündəliyi”ndə Litszyanı çox 


 
89 
gözəl təsvir etmişdi. Min sülaləsinin sonunda bu qədim şəhərin əhalisi 
min ailəyə çatmışdı, güman ki, şəhərin tikintisi o zaman iri miqyasla 
aparılırmış. Litszyandan şimalda yerləşən Yuylunşan qarlı yüksəkliyi 
möhtəşəm və fövqəladədir, dağın özü isə olduqca çoxçeşidlidir. Xalq 
arasında onun haqqında deyirlər: “Dağ eyni zamanda ilin bütün 
fəsillərinə malikdir, burada yolda hər 10 linin öz iqlimi var”. Bu dağ 
qədimdən nadir bitki və heyvanların məskəni kimi məşhurdur, o, 
həmçinin nəhəng təbii su anbarı kimi də tanınır. Qar və buzlaqların 
suyu torpağı rütubətləndirir və oranın  əhalisini dolandırır, bu qədim 
şəhərdə  hər ailənin həyətində kiçik çay axır, onun üzərində isə söyüd 
yarpaqları sallanır. Rəngli daşla döşənmiş küçə Litszyanın mərkəzinə 
aparır, onun şimal ticarət mərkəzi – kvadrat şəklində olan Sıfan küçəsi 
ilə  gəzişmək də maraqlıdır.  Şəhərdə saysız-hesabsız kanallar görmək 
mümkündür, suyun üzərində isə onun səthinə çatan söyüd yarpaqları 
sallanır, evlərin yanında isə, ön qapı  və arxa tərəfdən hər yerdə kiçik 
çaylar axır, küçə  və dalanlardan həyətlərdən keçən çoxlu sayda ensiz 
kanallar axır. Bütün bu təmiz sulu çaylar şəhərin şimalındakı Syanşan 
dağının  ətəklərində yerləşən Yuytsyuanxe çayından axıb gəlir.  İndiyə 
qədər də  hələ lap qədim vaxtlardan məşhur olan Baymaluntan gölünə 
ehtiram bəsləyirlər, bir çox quyu bulaqları da qorunub saxlanmışdır. 
İnsanlar sudan istifadənin orijinal üsulunu tapmışdılar – birinci nohur 
içmək üçün, ikinci tərəvəz yumaq üçün, üçüncü isə paltar yumaq 
üçündür. Təmiz su şəlalə  şəklində üzüaşağı bir nohurdan digərinə 
tökülür. Litszyanda yüksək qədimi şəhər divarları və enli müasir yollar 
yoxdur, bura sadə qədim guşədir, hər yerdə varlığın təbiiliyi və insanın 
təbiətlə harmoniyası hiss olunur. Şəhərcikdə evlər yerin relyefi ilə 
birlikdə gah qalxır, gah düşür, bu gözəl  əlverişli evlər Xan, Bay və 
Tibet xalq məskənlərinin şanlı ənənəsini davam etdirərək ağac, daş və 
gildən inşa edilərək özünəməxsus yerli tikinti stili əmələ  gətirir.  Əsas 
bina, fligel və girişin ağzındakı daş sipərlə əhatə olunmuş “Sanxeyuan” 
həyətləri çox məşhurdur. Cənuba baxan əsas tikili böyüklərin yaşamağı, 
fligel isə kiçiklər üçündür. Adətən ailə  həyətinin  əsas tikilisinin 
pərvazını balıq və ya yarpaq – firavanlıq göndərmək üçün allahlara dua 
edilən totem formasında ağac naxışlarla bəzəyirlər. Bir çox həyətlər çox 
zərif bəzədilmişdir, onlar çınqıl, kirəmit, rəngli kərpiclə döşənmişdir. 
Əsas tikili ailədə əmin-amanlıq və bolluq rəmzi kimi mərkəzdə altı qapı 
və  pəncərəyə malikdir. Litszyanda yaşayan səmimi və dost nasilər ta 
qədimdən zəngin dini və mədəni ənənələrə malikdirlər. Əksəriyyəti şer 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə