www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
111 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Yusif - Mən kəndimizin havasını nəinki qaranlıxda, hətta gözübağlı da hiss eliyirəm. Bura dəqiq
bizim kənddi.
Məhəmməd - Bu Araz hanı, ə!? Quruyub ki! Bıy, ə, bəs balıx tutmuyacıyıx?!
Bəs onda biz bura
niyə gəlmişik?! Ay bu ermənilərin...
Yusif - Ə, dalın demə! Onsuz da hamı eşitdi.
Məhəmməd - Ə, bəs bizimkilər deyirlər ki, yüz il də keçsə, Qarabağ bizimdi. Hansı Qarabağ ə?
Hanı bizim qonşular, hanı qohumlar, hanı
dədələrimizin qəbirləri, baş daşılarını da çıxardıb
aparıblar ə?! Ə, bəs bu camahat hanı?
Yusif - Havalanmısan, nədi, ə, nə camahat, camahat salmısan?! Hamı iş-gücündədi.
Məhəmmədin ayağı ilişib yıxılır və durmaq istəmir. Yusif özünü ona yetirir.
Yusif - No-oldu, ə, sa-a!? Yıxıldın?
Məhəmməd - Yox, uzandım. Oy, torpax nə istidi!? Heç adam durmaq istəmir. Yuxum gəlir.
Yusif - Ə, dur. Dur gedək, o uçux damların birində yıxılıb yataq.
Məhəmməd - Ə, orda ilan-çəyən olar.
Yusif - Öz ilanlarımızdı bizə dəyməzlər. (Yusif Məhəmmədə qalxmağa kömək eləyir. Gedirlər).
Bax bura yaxşıdır.
Məhəmməd - Hə, yaxşıdı. Ə, bura bizim kümdü. İyindən tanıdım. Yazıx nənəm həmişə orda
çörək salırdı. Gəl elə ocax yerində yatax. Ora isti olar. Gəl, ə. Gəl, burda uzan. (uzanır). Oxay,
canım qızdı. (sevinclə). Ə, ocağımız hələ istidi e! Çoxdandı bədənim qızmırdı, elə bil, belimə
buz bağlamışdılar.
Yusif - Heş
məni demirsən, banka qoyan da tapılmırdı.
Məhəmməd - Mən, elə bil, cavan oğlanam.
Yusif - Mən də.
Məhəmməd - Görən, sabah no-olacax?
Yusif - Nə olacax-olsun. Qorxursan?
Məhəmməd - Heş bir qram da. Kimnən qorxacam, ə, əvimin içində?
Yusif - Ə, bilirsən, kim yadıma düşdü?
Məhəmməd - Kim?
Yusif - İtini axtaran arvad.
Məhəmməd - Meriydi - nəydi o?
Yusif - Düz tapmısan.
Məhəmməd - Mən bilirdim ki, sənin onda gözün var.
Yusif - Ə, qulax yoldaşımızın biri də artardı dana, çayımızı-zadımızı verərdi. Soyuxluyanda
banka qoyardı. Yazıx tək qalmışdı. Ona da bir hayan olan lazımdı, ya yox?!
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
112 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Məhəmməd - Ə, arvaddarnan qurtardıx. Onlar hər yerdə bizə mane olurlar. Bizə kəndimiz
lazımdı.
Yusif - Ə, arvadların nə günahı. Vallah, mən arvad xaylağı olsaydım,
bizim kişilərin heş birinə
könül verməzdim. Ə, qaşqının da arvadı olar? Torpaxsız da kişi olar?
Uzun sürən pauza.
Məhəmməd - Sən gəlməyinə peşiman dəyilsən ki?
Yusif - Nə danışırsan, ə, indi məni burdan heç kim çıxara bilməz. Sabah açılan kimi, bizim
kümün üst-başını örtərik, sonra da gedərik, Arazdan balıx tutmağa. Qarmaxları harda
gizlətdiyimi bilirəm. Pəyənin çardağındadı.
Məhəmməd - Ə, nə çardax, çardax var? Görmədin, balıx da yoxdu? Araz quruyub.
Yusif - Ə, Arazı qurudublar ki, quruyub da. Gedib ağzın açarıx.
Məhəmməd - Bəlkə Sülüşgilin kümündəki araxlardan birini çıxarıb içək. Harda basdırıldığını
bilirəm. Özü mənə deyib. Oğlunun toyunda... Başqa vaxt boynuna almazdı. Bu
dəfə məni
görəndə kövrəlmişdi... (Gülür).
Yusif - Yox, mən araq istəmirəm. Mən hələ kəndimizin havasını doyunca udmaq istiyirəm. Ox
ay!
Uzun sürən pauza.
Məhəmməd - Yaxşı ki, gəldik. Yoxsa ürəyim partlıyardı.
Yusif - Sən bilən, o biriləri də gələrlər?
Məhəmməd - Bəlkə də hə, bəlkə də yox. Gəlsələr də, lap sonralar.
Yusif - Sonra mənim nəyimə lazımdı. Onda biz olmıyacıyıx.
Məhəmməd - Kimlərsə olacax...
Yusif - Kimlərsə mənim qonşum, qohumum dəyil.
Məhəmməd - Düz deyirsən, onlarsız kəndimiz həminki olmuyacax...
Uzun sürən pauza.
Yusif - Ə, gəlsənə şəhərə məktub yazax. Yazax ki, burda heş kim yoxdu. Kənd bizi gözdüyür.
Məhəmməd - Yazağ e, amma onu kim aparacax.
Yusif - Ə, göyərçinnən-zaddan taparıx dayna.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
114 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
HEKAYƏLƏRİ
"O gözəllər ki, vardı…"
(Hekayə)
Mən də bir dəfə xaricdə olmuşam, hə, Kaktobeldə.
– Harda-harda?
– Kaktobeldə…
Yox Kaktobel deyilir, ancaq Koktobel yazılır.
Yaşlı kişi özündən cavan həmkarının xarici səfərlərdən bezməsi barədə gileylərinin əvəzində
dedi və nədənsə gözləri yol çəkdi.
Sonra heç bir sual-filan gözləmədən izahat verdi. – Düzdü, o zaman Kaktobel xaric sayılmırdı,
Sovet İttifaqının tərkibindəydi, ancaq indi xaric hesab olunur, deməli,
mən də nə zamansa xarici
ölkədə olmuşam.
– Ora haradı elə?
– Simferopoldan bir az o yana,
Qara dənizin qırağında. Xudmani qəsəbədi, ətrafı dağlar, meşəliklər və dəniz.
O qədər gözəl vardı ki… Belə, ağ maya kimi… Yox, yox, qardaşcanı yox. –Yaşlı kişi cavan
həmkarının gülər gözlərinə baxıb dedi, sanki pərt oldu, qızardı.
– Hə, Kaktobel! O vaxt
işdən bizə mükafat verirdilər, kiminə pul, kiminə ev, kiminə maşın,
mənə isə Kaktobelə "putyovka" verdilər.
O qədər sevindik ki… Xaric görməmişdim axı. Gördüyüm bir rayon idi, bir də Bakı.