www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
105 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Məhəmməd - Fısqırıx! Mən pensiya kartımı da çırpışdırmışam.
Yusif - Gör nə günə qalmısan ki, özünün pensiya kartını oğurlamısan.
Məhəmməd - Mənə oğru demə. Oğru sözündən acığım gəlir.
Yusif - Yaxşı-yaxşı, mısmırığını sallama, o qədər oğurluq eləmişik ki...Mən də pensiyamdan bir
az yığmışam. Ona hər şey alarıq. Bilet də, yemək-içmək də...
Məhəmməd - (sevinclə). Getdik e!
Yusif - Getdik!
Onlar hər ikisi balaca uşaqlar kimi atılıb-düşür, əl-ələ tutub fırlanırlar. Və hər ikisi də yerə
yıxılır. Gülüşürlər...Qaranlıqlaşır.
İkinci hissə
Üçüncü şəkil
Yusif səhnədə əsəbi-əsəbi gəzişir. Çiynində boğçası da var. O, Məhəmmədin qarasınca deyinir.
Yusif - Bu harda qaldı, görən!? Bir iş çıxmasa yaxşıdı. Mən ona yüz dəfə dedim ki, elə elə ki,
heç kim duyux düşməsin. Kimə lazımdı onun cındır pensiya kitabçası. Heç ağlı da kəsmir ki,
orada pul yoxdur. Ayın ortasında pensiya olar? Tutdular onu. İndiki zamanda kim pensiyanı
əldən verər. Bilsələr kəndə gedir, qoymazlar. Birdən getdi kəndə, qayıtmadı!? Bəs nə? Gedənlər
həmişə qayıtmır ki!? (Tamaşaçılara). Düz demirəm!? Məsələn, Simsim qalası... müharibə...
Ancaq siz bu sözləri özünüzə götürməyin. Bu teatrdı. Teatr da parlament kimi yerdi, aktyor
ağlına gələni danışa bilər...
Məhəmməd tələsik addımlarla içəri girir. Həyacanlıdır.
Yusif - Yaxşı ki, gəlib çıxdın. Day, mən əlimi səndən üzmüşdüm. Dedim, yağın, səni tutdular.
Məhəmməd - Ay tutdular ha! Məni e. Ə, məni heç Əzreyilin özü də tuta bilməz. İşimi
əvvəlcədən bərk tutmuşdum. Səhər hamı evdən çıxan kimi şələ-şüləmi götürüb, ya allah... o
məsələ.
Yusif - Görən-zad olmadı?
Məhəmməd - Yox. Heç kim. Heç kim görmədi.
Yusif - Hə, burası yaxşı oldu. Ay axtaracaqlar ha bizi (əlini-əlinə vurur)!
Məhəmməd - Özü də necə? Ən çox də kürəkən narahat olacax. Sənə deməmişdim, axı. Pensiya
kitabçam onlardadır.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
106 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Yusif - Əvvəlcə milisə zəng eliyəcəhlər.
Məhəmməd - Milisə yox, polisə, indi milis yoxdu.
Yusif - Mənimçün ikisi də bir... nədi o?...nəysə ondan.
Məhəmməd - Hə, ondan...
Yusif - Sonra ölüxananı ələk-vələk eliyəcəhlər. Ölülər də ki, hamısı bir-birinə oxşuyur. Di tap
görüm, necə tapırsan. Onlar axtarırlar. Amma biz yoxuq! Onlar axtarırlar, biz yoxuq! Varıq e?
Ancaq həm də yoxuq...
Məhəmməd - Əcəb olur, bəs məni qocalar evinə verəndə yaxşıydı!? Mənim haram qocadı,
sadəcə yaşım çoxdu.
Yusif - Qocalar evinə?! Bəs mənə niyə deməmisən?!
Məhəmməd - (başını aşağı salır). Utanırdım deməyə.
Yusif - Nə vaxt?
Məhəmməd - Keçən dəfə sən mənnən küsəndə. Yalannan demişdim. Biz istirahətə-zada
getməmişdik. Məni xəstəxanaya aparmışdılar. Adını da qoymuşdular «Qocalar evi». Guya ki,
mən orda qalıb isti rahət eləməliydim. Ay qaldım ha!. Bilirsən, kürəkənim mənə nə deyirdi:
(ağzın əyir) Məmiş dayı. Məmiş e! El-oba mənə gül kimi ad qoyub: Mamed. Bu da deyir:
Məmiş!
Yusif - Desin da!
Məhəmməd - Necə yanı desin! Qələt eliyir...
Yusif - (fikirləşir). Doğrudan e! (gülür. Məhəmmədin əsəbişədiyini görüb, söhbətin mövzusunu
dəyişir). Əşi, addan yox, qocalar evindən danış, ürəyim partladı. Mənə də əsgərlikdə ruslar
«Quska» deyirdilər. «Qus» bilirsən da nədi?
Məhəmməd - Hə, bilirəm, «quş» nədi.
Yusif - Ə, «quş» yox e, «qus», yəni qaz.
Məhəmməd - Hə, qaz da pis deyil.
Yusif - Səni başa salana kimi, adam qocalar.
Məhəmməd - Qocalar evindən danışsam, lap dəqiq ürəyin partlıyar. Ora qocalar evi yox e, ölülər
evidi, ən pis xəstəxanadı. Sağ adam da orda xəstələnər. Gündə bir adam ölür. Biri vardı, indi
yoxdu. Mənim səndən əvvəlki dostum kimi.
Yusif - Dostuna nə olmuşdu ki?
Məhəmməd - Səhərdən axşama kimi mənimnən bankomatları gəzirdi. Kartı da o, aparata soxub-
çıxarırdı və hər dəfə də deyirdi ki, pul yoxdur. Sən demə yalan deyirmiş.
Yusif - Niyə?
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
107 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Məhəmməd - İstiyirmiş ki, axşama kimi mənimlə bir yerdə gəzsin. Evə gedəndən sonra
darıxırmış. Ona görə də məndən ayrılmaq istəmirmiş. Mən onun yeganə dostuydum axı. Özü
demişdi. Bir gün o, gəlmədi.
Yusif - Niyə?
Məhəmməd - Çünki ölmüşdü.
Yusif - Dostun?
Məhəmməd - Dostum yox, arvadı.
Yusif - Hə, şükür allaha ki, özü ölmüyüb. Arvad heç, arvada olar. Arvad ölər, gedib birini də
alarsan, amma özün ölsən, arvadın ərə gedər. Bax burası dözülməzdi. Ona görə də bizim arvad
mənnən qabağ öldü.
Məhəmməd - Təkcə arvadı ölsəydü yaxşıydı. Səhərisi günü o, özü də gəlmədi.
Yusif - Gəlmədi?
Məhəmməd - Gəlmədi. Çünki bu dəfə özü ölmuşdu.
Yusif - Hə. Elə bu da yaxşıdı.
Məhəmməd - Niyə?
Yusif - Çünki o, ölməsəydi, onun yerinə sən ölməliydin. Əzrayıl əzəl-axır dostlardan birini aparır
da. Əvvəlcə pəsətliyir, sonra aparır. Onda mən də sənə rast gəlməzdim.
Məhəmməd - Deyirsən, yəni?...
Yusif - Yox! Əzrayıl bizim heç birimizə dəyməz. Çünki səfərdəyik. Bəlkə elə onun ağzının içinə
gedirik. Nə bilmək olar?
Məhəmməd - Bəd-bəd danışma. Mən ölmək istəmirəm. Adam ölmək istəmiyəndə Əzrayıl da yan
keçir.
Yusif - Amma dostlar gec-tez ölür.
Məhəmməd - Qocalar evində lap tez-tez ölürlər. Ordan ölü iyi gəlir... Mənim kürəkənim də deyir
ki, Məmiş dayı, ora elə gözəldir, elə gözəldir, qulağın sakit, gündə üç dəfə yeməyini verirlər,
hamama aparırlar. Ay apardılar ha! Hamama e! Heç burda mənə növbə çatmır. O da ola qocalar
evində!
Yusif - Deyirsən, yəni, çox dözülməzdir? (Məhəmməd başı ilə təsdiqləyir). Desəydin, gəlib sənə
baş çəkərdim. Səni ordan qaçırdardım.
Məhəmməd - Elə də oldu da.
Yusif - Qaşdın?
Məhəmməd - Yox, qaçırtdım... Yerimi islatdım. Qəsdən... Şikayət elədilər, gəlib məni apardılar.
Mən day öyrəncəkli olmuşdum. Hər axşam yerimi isladırdım. Həm də qəsdən eliyirdim.
Onlardan acıx çıxırdım. Düzü o gündən bəri hər gün kəndə qaşmaq istiyirdim. Nə yaxşı ki, səni
Dostları ilə paylaş: |