www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
123 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Kişilərdən fərqli olaraq arvad hər yerdə arvaddı. Adam olsun, inək olsun, fərq eləməz. Qəribədir,
eləmi? Yəqin texnika inkişaf etdiyinə görə belədi, virtual seks və s.
Bütün bunlar haqqında mən radiodan eşitmişəm. İmran radioya qulaq asmağı sevir. Düzdü, indi
radiolar çoxdan dəbdən düşüb. Ancaq İmran köhnə fikirlidir.
Mən adam olanda çox fikirləşməyi sevirdim, fikirlərdən yorulandan sonra mitinqlərə, piketlərə
cumurdum. Saatalarla diş həkminin növbəsinə dururdum. Lap yorulub əldən düşəndə isə
arvadımın nəvazişləri altında yuxuya gedirdim.
Gözəl arvadım vardı. Adam olan zaman arvadımı tərifləyə bilməmişəm, ayıbdı.
Kişi atını, bir də arvadını təifləməz. Ancaq indi tərifləmək istəyirəm.
Doğurdan gözəl idi. Məni çox istəyirdi. Ancaq hərdən elə əsəbiləşdirirdi ki, az qalırdım, onu
boğub öldürəm.
Bunları elə belə dedim. Bunlar əsas deyil. Əsas adamlar idi. Mən onlardan bezirdim.
Boş, mənasız iddialarından, bir-birilərini bəyənməmələrindən, bir-birilərinə nifrətlərindən.
Halbuki görüləsi işlər çox idi. İndi fikirləşirəm ki, niyə analar doğduğu, uşaqlığından sevdiyi
adamcıqlar sonradan dönüb polis, qatil olurlar.
Bəlkə onlara qarşı uşaqlıqdan sosial ədalət prinspini pozurdular. İndi siz bu "sosial ədalət
prinsipi" deilən şeyi qanmazsınız. Bu o zamanlar dəbdəydi. Hər halda mən adamların
qeybətindən yoruldum. Yəqin ona görə də inək oldum.
Adam olanda sarı ayaqqabım vardı. Qara bağlarını açıb-bağlamaqdan yorulmurdum Üzüm
tüklənəndə qırxırdım. İndi, yəqin sizin üzünüzdə tük yoxdu. Başa düşürəm texnika əsridli. Üz
qırxanım evimizin pəncərəsinin qabağındaydı.
İndi XXI əsrin ortasıdı, ancaq inəklər yenə də adamların karına gəlir.. Əslində biz indi çoxdan
arxivə atılmalıydıq.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
124 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
İmran məni təbii üsulla saxlayıb, yekəldib. Onun dediyinə görə, indi heç kim inəyi yemləmir,
mənim kimi inəkləri üç həftəyə böyüdürlər, sonra da kəsirlər. Bu kəsilmək sözündən yaman
acığım gəlir. Ancaq neyləmək olar mənim də taleyim belədi.
Hə, harda qalmışdım? Bax o Sem adlı birisi bizdən əl çəkmir. Hər gün böyrümə bir təpik
ilişdirir. Deyir ki, «inəklə necə davranmağı özüm bilərəm. Çünki inək mənimdir.»
Bax, onda inək olmaqdan bezirəm. Az qalıram ki, ona bir təpik ilişdirəm. Hərdən buynuzumla
onu qovuram da…İmran and-aman eləyir ki, yavaş-yavaş borcunu qaytaracaq, uşaqları acından
öldürə bilməz, axı…Bir çətən külfəti var. Həm də deyir ki, borcunu çoxdan verib.
Həmin o sırtıq Sem də dirənib ki, bu inək nə qədər var, sahibim ona borcludur. Mən
xatırlamıram, ancaq İmranın dediyinə görə, mənim südümdən qonşuların hamısına pay çatıb.
Bu Semin isə yamyaşıl gözləri doymur. İndi də sabah gün çıxana kimi vaxt qoyub ki, pulu
verməsə, məni aparacaq, deyir ki, məni kəsəcək, beş-altı yerə pay qoyacaq.
O, belə deyəində bıçağın soyuq tiyəsini boğazımda, öz qanımın tamını burnumda hiss edirəm.
Qanım mis dadı verir. Uşaq vaxtı burnum qanayanda bunu hiss eləmişəm. İndi mən səhəri
gözləyirəm, neyləmək olar. İstəsə gəlib aparacaq.
Günəşi çox sevirəm. Ürəyimdə yalvarıram ki, təki o gəlməmiş günəş çıxaydı və mən onu
görəydim. Adam olanda günəşə doyunca baxa bilməmişəm, vaxtım olmayıb.
Ancaq indi adamlar məni eşitsəydilər, onlara ürəyimdəkiləri deyərdim. Deyərdim ki, səhərlər
yuxudan ayılan kimi günəşə baxmağın özü xoşbəxtlikdir. Mən bunları başa düşməmişəm. İndi
isə artıq gecdir.
Əgər o zaman ağlım olsaydı, mışıl-mışıl yatan arvadım yuxudan duran kimi onun toppuş, ağ
qulaqlarına pıçıltı ilə «səni sevirəm» deyərdim. Uşaqlarımı boynumdan yerə qoymazdım, onların
hər bir arzusunu yerinə yetirərdim.
Səhərlər süd iyi verən nəfəslərini qoxuyardım. Dostlarıma hər səhər salam göndərərdim.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
125 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Onlarla söhbətdən doymazdımi. Düşmənlərimə "darıxmayın, döyüş qabaqdadır" deyərdim. Qoca
anamı doyunca sevərdim, nökər kimi hüzurunda durardım, cavabını qaytarmazdım.
Adam olanda anamı doyunca sevə bilməmişəm. Sonra dağları, bağları gəzərdim, gülləri,
çiçəkləri, daşları sevərdim. İndi siz məni eşidirsinizisə, olduğunuz yerlərin hər qarışını gəzin,
dağını, daşını, gülünü, çiçəyini tanıyın.
Onları görəndən sonra düşünməyə başlayacaqsınız, düşünəndən sonra tanıyacaqsınız, tanıyandan
sonra sevəcəksiniz…
Aha, eşitdiniz, xoruz banladı!? Bir azdan Günəş çıxacaq. Günəşin adını hər yerdə böyük hərflə
yazın!
Günəş çıxan kimi mən ona baxıb sevinəcəm. Əgər Sem gəlsə, mən onu görməyəcəm, ancaq
xatırlayacam və düşünəndə ki, Günəş arxda axan suda çiməcək, su ona nəğmə oxuyacaq, atılıb-
düşən damcılar sevincindən çırtlayacaq, bax onda təsəlli tapıram.
Ona görə də Günəş hələ çıxmamış arzularımı suya deyəcəm…
Nə bilmək olar, bəlkə nə zamansa, dönüb yenidən adam olacam…Günəşi, anamı, vətənimi və
hamını-hamını doyunca sevmək üçün…
Ey, eşidirsiniz? Sular Günəşə nəğmə oxuyur! Vətənin nəğməsini!
Dostları ilə paylaş: |