Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir


STATİSTİKA, EHTİMAL VƏ KÜY 2.2. Orta qiymət və orta kvadratik meyl



Yüklə 4,24 Mb.
səhifə11/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   7   8   9   10   11   12   13   14   ...   54
C fakepathreqemli emal muh

2. STATİSTİKA, EHTİMAL VƏ KÜY




2.2. Orta qiymət və orta kvadratik meyl


Siqnalın orta qiyməti hərfi ilə işarə edək. Orta qiyməti təyin etmək üçün siqnalın bütün qiymətlərini toplayıb, onların ümumi sayına (N) bölmək lazımdır.



Elektronikada orta qiymət kimi sabit cərəyanı göstərmək olar. Ondan fərqli olaraq dəyişən cərəyan siqnalın orta qiymətindən, yəni sabit cərəyandan meylliyini göstərir.
ifadəsi siqnalın i-indeksli qiymətinin orta qiymətdən meyl etməsini göstərir. Orta meyletməni təyin etmək üçün siqnalın bütün nöqtələrinin meyletmələrini toplayıb, onların ümumi sayına bölmək lazımdır.

Qeyd edək ki, hər nöqtə üçün mütləq qiymət götürülməlidir. Əks halda müsbət və mənfi qiymətlər bir-birini ixtisar edərək, orta meyli sıfıra yaxınlaşdıracaqlar.
Statistikada “orta meyl” anlayışı, demək olar ki, istifadə olunmur. Əksər hallarda bu parametrin əvəzinə siqnalın orta qiymətdən meyletməsinin gücündən istifadə olunur. Məsələn, elektrik dövrələrində küy siqnallarının toplanması nəticəsində yekun küy (xəta) amplitudların cəminə yox, toplananların güclərinin cəminə bərabərdir.
Siqnalın orta kvadratik meyli ( ) orta meylə yaxındır. Fərq ondan ibarətdir ki, orta kvadratik meyldə siqnalların amplitudlarının əvəzinə onların gücləri ortalaşdırılır, yəni meyllər qüvvətə yüksəlir və sonradan ortalaşdırılır. Nəhayət, qüvvətə yüksəltməyi kompensasiya etmək üçün alınmış nəticənin kökaltı ifadəsi götürülür.

kəmiyyəti siqnalın dispersiyası adlanır.

Orta kvadratik meyl siqnalın orta qiymətindən meyletmələrin dərəcəsini, dispersiya isə gücünü təsvir edir.
Siqnalın ikiqat artırılmış amplituda (Vpp) və orta kvadratik meyl ( ) arasında olan əlaqə şək.2.2-də təsvir olunmuşdur.



Şək.2.2. Siqnalın ikiqat artırılmış amplitudu (Vpp) və orta kvadratik meyl ( ) arasında olan əlaqə

Bəzi hallarda, orta qiymət ölçülən parametri (faydalı siqnalı), orta kvadratik meyl isə faydalı siqnalın üzərində olan küyü (xətanı) təsvir edir. Bu cür hallarda orta kvadratik meylin qiyməti özü-özünə yox, orta qiymətlə müqayisədə vacib sayılır. Buna görə də “siqnal/küy nisbəti” anlayışından istifadə olunur. Siqnal/küy nisbəti (SNR - Signal Noise Ratio) aşağıdakı kimi təyin olunur.



Faizlə ifadə olunmuş siqnalın orta kvadratik meylin orta qiymətinə nisbəti variasiya əmsalı (CV – coefficient of variation) adlanır.

Siqnal/küy nisbəti, çox vaxt, desibellə ölçülür. Onda onun ifadəsi aşağıdakı kimi olur:

Əgər SNR=10, onda bu 10 dB, SNR=100 - 20 dB, SNR=1000 - 30 dB uyğundur.
Əgər eksperimental verilənlər dəqiqdirsə, yəni küyün miqdarı azdırsa, onda



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə