Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə47/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   43   44   45   46   47   48   49   50   ...   54
C fakepathreqemli emal muh

8.5. Amplitud modulyasiyası


Furye çevrilməsinin əsas xassəsi ondan ibarətdir ki, bir oblastda olan yığılma digər oblastda vurmaya uyğundur. Zaman siqnallarının yığılmasını təyin etmək üçün onların spektrlərini bir-birinə vurmaq lazımdır. Amplitud modulyasiyası əks prosesin nümunəsidir: zaman oblastında siqnalların hasili tezlik oblastında onların yığılmasına uyğundur. Amplitud modulyasiyası vasitəsilə gözə görünməyən siqnallar elmdə və texnikada istifadə edilir.


Yaxın məsafəyə informasiyanı ötürmək üçün səs siqnallarından istifadə olunur. Biz danışırıq, yaxında duran insanlar bizi dinləyir. Digər tərəfdən, üzün məsafələrə informasiyanı ötürmək üçün radio tezliklərindən istifadə olunur. Məsələn, əgər 100 Volt və 1 MHs tezlikli sinus rəqsini antenaya yönəltsək, onda bu radiosiqnal qonşu otaqda, müəyyən bir ölkədə və hətta digər planetdə qeyd oluna bilər. Hər iki siqnalın parametrlərini özündə daşıyan üçüncü siqnalın alınması prosesimodulyasiya adlanır. Bu proses vurmaya görə qeyri-xəttidir. Rabitədə uzun məsafəyə yayılan siqnalları generasiya etmək üçün modulyasiyadan istifadə olunur. Bu siqnallar vasitəsilə səs və digər məlumatlar ötürülür.
Modulyasiyanın növləri çoxdur. Onlardan biri amplitud modulyasiyasıdır. Şək.8.10-da zaman və tezlik oblastlarında siqnalların amplitud modulyasiyası göstərilmişdir. Şəkildə kəsilməz siqnallardan istifadə edilmişdir, çünki amplitud modulyasiyası, adətən, analoq elektronikada istifadə edilir. Buna baxmayaraq, bu proseduranı diskret siqnallara da aid etmək olar. Şək.8.10.(a)-da göstərilmiş səs siqnalı yalnız müsbət qiymətlərdən ibarətdir. Onun spektri şək.8.10.(b)-da göstərilmişdir. Bu spektrə 300 Hs-dən 3 kHs qədər tezliklər daxildir (səs diapazonu). Bu tezliklər rabitədə istifadə edilən diapazondur. Əsas siqnalın daxilində sabit cərəyanın olduğu üçün siqnalın spektrində ona uyğun bir pik vardır. Spektrin digər tezlikləri analoq süzgəc tərəfindən kənarlaşdırılmışdır. Şək.8.10(c, d)-də səs siqnalından daha yüksək tezlikdə olan təmiz sinus siqnalı göstərilmişdir. Bu siqnal daşıyıcı rəqs adlanır. Zaman oblastında amplitud modulyasiyası səs siqnalının daşıyıcı rəqsə vurulmasından ibarətdir. Nəticədə ani amplitudları əsas səs siqnallının amplitudlarına proporsional olan və tez dəyişən (ossilyasiya edən) rəqs alınır (şək.8.10.(e, f)). Modulyasiya olunmuş rəqsin qurşayan funksiyası səs siqnalının özünə bərabərdir. Bu siqnalı antenaya yönəldib, radiosiqnala çevirib və sonradan qəbuledici antena tərəfindən aşkar edə bilərlər. Detektor və ya demodulyator alınmış spektri səs siqnalına çevirir.
Belə ki, zaman siqnalları bir-birinə vurulur, uyğun spektrlər yığılır, yəni modulyasiya olunmuş siqnalın spektrini tapmaq üçün səs siqnalının və daşıyıcı rəqsin spektrlərini yığmaq kifayətdir. Belə ki,



Şək.8.10. Amplitud modulyasiyası

daşıyıcı rəqsin spektri sürüşdürülmüş -funksiyadır, modulyasiya olunmuş siqnalın spektri daşıyıcı rəqsin tezliyi qədər sürüşdürülmüş səs siqnalının spektrinə bərabərdir. Modulyasiya olunmuş siqnalın spektri üç hissədən ibarət olacaqdır:


- daşıyıcı rəqsdən;



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə