Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə50/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   46   47   48   49   50   51   52   53   54
C fakepathreqemli emal muh

9.2. Sinc funksiyası


Geniş yayılmış cütlüklərdən biri düzbucaqlı impulssinc funksiyasıdır (şək.9.4).





Şək.9.4. Düzbucaqlı impulsun DFÇ-si


Sinc funksiyası aşağıdakı kimi təyin olunur:



Lakin, bəzi kitablarda bu funksiyanı belə təsvir edirlər:

Yəni, sinc funksiyası 1/x amplitudalı sinus funksiyasıdır. Şək.9.4.(a)-da sıfır nöqtəsinə görə simmetriyaya malik olan düzbucaqlı impuls göstərilmişdir. İmpulsun dövrün yarısı sıfır nöqtəsinin sağ tərəfində, qalan hissəsi isə sol tərəfində yerləşir. Bu siqnalın spektri, yəni DFÇ-si şək.9.4.(b) və şək.9.4.(c)-də göstərilmişdir. Həmin düzbucaqlı siqnalın spektrinin ikinci nümuməsi şək.9.4.(d) və şək.9.4.(e)-də göstərilmişdir. Bu cürə siqnalın amplitud-tezlik xarakteristikası amplitudugetdikcə azalan sinus rəqsidir. Faza-tezlik xarakteristikası sıfır siqnalıdır (şək.9.4.(e)). Bu da impulsun simmetrik olması ilə bağlıdır. Tərifə əsasən, spektrdə amplitudun bütün qiymətləri müsbət olmalıdırlar. Amplitudu müsbət etdikdə, ona uyğun faza dəyişir, çünki mənfi nöqtələri müsbət nöqtələrlə əvəz edəndə, faza  qədər sürüşür, bu da şək.9.4.(b) və şək.9.4.(c)-də öz əksini tapmışdır.
Şək.9.4.(f)-də sürüşdürülmüş düzbucaqlı impuls göstərilmişdir. Bu impuls artıq sıfır nöqtəsinə görə yox, başqa nöqtəyə görə simmetrikdir. Ona görə də belə impulsun fazası bir-birindən nisbətən sürüşdürülmüş xətti siqnallardan ibarətdir.
M uzunluqlu vahid amplitudlu düzbucaqlı impuls aşağıdakı spektrə malikdir:
(9.1)
Zamana görə dəyişən DFÇ-si üçün kəsilməz f tezliyindən istifadə edib, amplitudu aşağıdakı kimi təsvir etmək olar:
(9.2)
Burada N – zaman siqnalının nöqtələrinin ümumi sayıdır. N nöqtədən Myanaşı yerləşən nöqtənin qiyməti vahiddir (1-ə bərabərdir), qalanların qiyməti isə sıfırdır, f –tezlikdir.
Yuxarıdakı (9.1) tənliyindən göründüyü kimi tezlik spektri nöqtədən ibarətdir. (9.2) tənliyindən görmək olur ki, spektr kəsilməz əyridir və nöqtə bu əyrinin üzərində yerləşir.
sinc funksiyası SRE-də geniş istifadə olunur, çünki o çox sadə rəqsin, yəni düzbucaqlı impulsun Furye çevrilməsinin cütlüyüdür. Məsələn, sinc funksiyası spektral analizdə geniş istifadə olunur. Sonsuz sayda nöqtədən ibarət olan diskret siqnalı təhlil edək. Belə ki, DFÇ-sini yalnız uzunluğu sonlu olan diskret siqnallara tətbiq etmək olar, sonsuz siqnaldan N nöqtə seçilməlidir. Bu əməliyyatı həyata keçirmək üçün sonsuz uzunluqlu siqnalı düzbucaqlı impulsa vurmaq lazımdır. Nəticədə düzbucaqlı impulsun vahid amplitudlu nöqtələri sonsuz siqnalın nöqtələrini dəyişmədən keçirəcək, impulsun sıfır amplitudlu nöqtələri isə sonsuz siqnalın düzbucağa düşməyən nöqtələrini buraxmayacaqdır. Siqnalın tezlik spektrinə gəldikdə qeyd etmək lazımdır ki, zaman oblastında siqnalın düzbucaqlı impulsa vurulması tezlik oblastında onun spektrinin sinc funksiyası ilə yığılması deməkdir. Bu isə sonsuz nöqtəli siqnalın spektrinin daralması deməkdir.



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə