Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə48/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   44   45   46   47   48   49   50   51   ...   54
C fakepathreqemli emal muh

- aşağı yan zolağından;
- yuxarı yan zolağından.
Bu üç hissə əsas səs siqnalınınkomponentlərinə uyğundur: onun sabit komponentinə (sıfır nöqtəsinə görə sürüşmə), 0.3kHs və 3kHs intervalında dəyişən müsbət tezliklərə, -3kHs və -0.3kHs intervalında dəyişən mənfi tezliklərə. Baxmayaraq ki, başlanğıc səs siqnalında mənfi tezliklər mövcud deyil, lakin Furye çevrilməsinin periodik xassəsinə görə tezliyin sol yan zolağı spektrdə həmişə mövcuddur.


8.6. Zamana görə dəyişən Diskret Furye çevrilməsi


Zamana görə dəyişən Diskret Furye çevrilməsi (ZDFÇ) qeyri-periodikdiskret siqnallarla işləyən Furye çevrilmələrinin bir növüdür. ZDFÇ-si diskret Furye çevrilməsi ilə bağlıdır. Tutaq ki, eksperiment nəticəsində N nöqtəli siqnal alınmışdır və onun tezlik spektrini təyin etmək lazımdır. DFÇ-dən istifadə edərək verilmiş siqnalı tezlikləri 0 və 0.5f parçasında bərabər paylanmış N/2+1 sinus və kosinus rəqslərinə ayırmaq olar. Əgər zaman siqnalı əlavə sıfırlarla tamamlanırsa, onda siqnalın dövrüartır, lakin tezlik oblastında nöqtələr arasında məsafə azalır. Əgər N sonsuzluğa yaxınlaşırsa ( ), onda zaman oblastının siqnalı qeyri-periodik və tezlik oblastının siqnalı kəsilməz olur. Bu zamana görə dəyişən DFÇ-sidir. O, qeyri-periodik diskret siqnalı periodik kəsilməztezlik spektri ilə əlaqələndirir.


Əgər düz və tərs DFÇ-nin tənliklərində nöqtələrin sayınısonsuzluğa yaxınlaşdırsaq, yəni , onda nəticədə ZDFÇ-nin tənliklərini alacayıq:
.
Bu tənliklər analiz tənlikləri adlanır. Burada  diskret siqnaldır, , ,  kəsilməz tezlik spektrin həqiqi və xəyali funksiyalarıdır.
ZDFÇ-nin sintez tənliyi aşağıdakı kimidir:

Tezlik dəyişəni üç müxtəlif üsulla təsvir oluna bilər: k indeksi kimi, ; f tezliyi kimi, ; tezliyi kimi, . Belə ki, ZDFÇ-nin tezlik spektri kəsilməz siqnaldır, onda tezlik dəyişəni kimi yalnız f və ya -dan istifadə oluna bilər. Adətən, -dan istifadə edilir, çünki belə halda tənliklər daha qısa şəkildə təsvir olunurlar.
DFÇ-dən fərqli olaraq ZDFÇ-nin və tərs ZDFÇ-nin əmsallarını normallaşdırmaq lazım deyil. Bəzən tənlikləri eyniləşdirmək məqsədi ilə onların əmsallarını bir-birinə bərabər edirlər:


Belə ki, ZDFÇ-sinin tərkibində sonsuz sayda toplama əməliyyatı və inteqrallar iştirak edirlər, bu alqoritmi kompüter vasitəsi ilə reallaşdırmaq mümkün deyil. Bu alqoritmdən, yalnız, nəzəri hesablamalarda istifadə etmək olar.



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə