Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə30/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
C fakepathreqemli emal muh

5.4.4. Səbəbli və səbəbsiz siqnallar


Tutaq ki, analoq elektron dövrə verilib. Əgər dövrənin girişinə qısa impuls verilərsə, onda onun çıxışında müəyyən siqnalı görmək olar. Burada səbəb və onun təsiri altında yaranan cavab var. Məlumdur ki, bütün hadisələrin səbəbi olmalıdır. Giriş siqnalını çıxış siqnala dəyişən sistemi nəzərdən keçirək. Əgər bu real sistemdirsə, onda o səbəbiyyət prinsipinə riayət etməlidir. Məsələn, giriş siqnalının x(9) qiyməti çıxış siqnalının yalnız y(9) və ondan yuxarı olan qiymətlərinə təsir göstərə bilər. Bu prinsip əsasında işləyən sistemlər səbəbli sistemlər adlanır. Əlbəttə, rəqəmli emallı sistemlərin bu cürə işlədilməsi mütləq deyil. Belə ki, həm giriş, həm də çıxış siqnallarının qiymətləri kompüterdə massiv şəkilində saxlanılır, onda giriş siqnalının istənilən nöqtəsi çıxış siqnalının istənilən nöqtəsinə təsir göstərə bilər.


Səbəbli sistemlərinin impuls xarakteristikası mənfi nömrəli nöqtələrdə sıfır qiymətini almalıdır (şək.5.16), yəni giriş siqnalınınn nömrəli impulsu yalnız nömrəsi n-dən böyük olan çıxış siqnalının impulslarına təsir göstərə bilər. Ümumiyyətlə, “səbəbiyyət” termini mənfi nömrəli nöqtələrdə qiyməti sıfır olan istənilən siqnala tətbiq oluna bilər.

5.4.5. Sıfır, xətti və qeyri-xətti fazalı siqnallar


Əgər siqnal sıfır nöqtədən keçən şaquli oxa görə simmetrikdirsə, onda deyilir: siqnal sıfır fazasına malikdir. Əgər siqnal sıfır olmayan müəyyən nöqtədən keçən şaquli oxa görə simmetrikdirsə, onda deyilir: siqnal xətti fazaya malikdir. Bu o deməkdir ki, istənilən xətti fazalı siqnal sola və ya sağa sürüşməklə sıfır fazalı siqnala çevrilə bilər. Və nəhayət, əgər siqnal simmetriyaya malik deyilsə,

Şək.5.16.Səbəbli və səbəbsiz siqnallar

onda o, qeyri-xətti fazaya malikdir.Bu üç növ siqnal şək.5.17-də göstərilmişdir.



Şək.5.17. Sıfır, xətti və qeyri-xətti fazalı siqnallar
Siqnal fazasının bu xüsusiyyətləri tezlik spektrində özünü göstərir. Tezlik diapazonunda siqnalın 2 təsviri var: onun amplitud və faza xarakteristikası. Əgər siqnal sıfır fazaya malikdirsə, onda onun faza xarakteristikası sıfır olacaqdır. Əgər siqnal xətti fazaya malikdirsə, onda faza xarakteristikası xətti funksiya olacaqdır. Faza qeyri-xətti olduqda, faza xarakteristikası qeyri-xətti funksiya olacaqdır.



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə