Elektronika mühazirələr


İzolə edilmiş şinlərə malik (ünvanlanmış) interfeys



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə124/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   136
elektronika-muhazireler

10.2.1. İzolə edilmiş şinlərə malik (ünvanlanmış) interfeys.
Bu növ
interfeysin
 
fərqli xüsusiyyəti
 
 
yaddaşın və xarici qurğuların ayrı-ayrılıqda
ünvanlanmasındadır. Belə ki, KP580 MP bazasında qurulan sistemlərdə yaddaşın
ünvanlanması zamanı bütün 16-dərəcəli ünvan şini və sistem kontrolleri SK
vasitəsi ilə formalaşdırılan “Oxuma” və “Yazma” idarə siqnalları istifadə olunur
(şəkil 10.3). Bu zaman MP ilə yaddaş arasında verilənlər mübadiləsi üçün
mikroprosessorun kifayət qədər böyük sayda əmrlərindən istifadə olunur.
Xarici qurğuların ünvanlanması üçün isə ünvan şininin 8 dərəcəsi və
“Oxuma” və “Yazma” idarə siqnalları istifadə olunur. MP ilə HQ arasında
verilənlərin mübadiləsi üçün ancaq iki xüsusi əmrdən – verilənlərin daxil edilməsi
- İN ADR və verilənlərin çıxarılması – OUT ADR əmrlərindən istifadə edilir. Bu
əmrlər verilənlərin mübadiləsini MP-nin akkumulyatoru vasitəsi ilə həyata
keçirirlər. Bu cür mübadilə sistemin ümumi məhsuldarlığını aşağı salır, çünki
yaddaşla HQ arasında verilənlərin mübadiləsi üçün əlavə olaraq bir neçə əmrdən
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


istifadə etmək lazım gəlir. Bu əmrlər HQ ilə mübadiləyə qədər akkumulyatorun
məzmununun saxlanmasını və mübadilədən sonra bərpa edilməsini təmin
etməlidir.
Şəkil 10.3. İzolə edilmiş şinlərə malik interfeys
Bu növ interfeyslərin müsbət cəhəti yaddaşın ünvanlanması üçün bütün
ünvan şininin istifadə olunmasındadır ki, bu da maksimum həcmə malik yaddaş
modulunun qurulmasına (təşkilinə) imkan verir. Belə ki, 16-dərəcəli ünvan şini
yaddaşın 64K yuvasının ünvanlanmasına imkan verir. 
10.2.2. Qarışıq ünvan şinlərinə malik interfeys
.
Bu növ interfeyslər həm yaddaşın, həm də xarici qurğuların üçün bütün
ünvan şinindən istifadə etməyə imkan verir. Bu interfeysi bəzən ümumi şinə malik
interfeys adlandırırlar. Bu interfeysin üstünlüyü verilənlərin MP və HQ arasında
mübadiləsi zamanı yaddaşla mübadilə üçün tətbiq edilən bütün əmrlərdən istifadə
etməyə imkan verməsindədir. Ünvan şininin bir dərəcəsi (məsələn, yüksək A15
dərəcəsi) yaddaşa və ya HQ-na müraciətin ayrılması üçün istifadə edildikdə (şəkil
10.4), ümumi şinə malik interfeysin modifikasiyası mümkündür. HQ-na müraciət
üçün idarə siqnallarının formalaşdırılması mikroprosessorun birbaşa müraciət
(BM) və BD siqnallarından və ünvan şininin A15 dərəcəsindən istifadə etməklə
mümkündür. 
Şəkil 10.4. Ümumi şinə malik interfeys
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


Ümumi şinə malik interfeysin əsas üstünlüyü HQ-na müraciət üçün əmrlər
yığımının genişləndirilə bilməsi imkanıdır. Bu isə mübadilə üçün lazım olan
proqram əmrlərinin ixtisarı hesabına sistemin məhsuldarlığını artırmağa imkan
verir. Ümumi şinə malik interfeys ünvanlanan HQ-nın sayını artırmaqla bərabər
birbaşa ünvanlanan yaddaşın həcmini azaldır. Lakin bu çatışmazlıq deşifrasiya
sxemini bir qədər mürəkkəbləşdirməklə və səhifə üzrə ünvanlamanın təşkili ilə
aradan qaldırıla bilər. Səhifə üzrə ünvanlama makro- və mikro-EHM qurğularında
istifadə edilir. 

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə