Elektronika mühazirələr


MK interfeysinin strukturu



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə125/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   ...   121   122   123   124   125   126   127   128   ...   136
elektronika-muhazireler

10.2.3. MK interfeysinin strukturu.
 
Funksional müxtəlifliyinə
baxmayaraq, daxili interfeyslər ünvanlanan qurğunun seçilməsinin eyni
qaydasından – ünvan kodunun dekodlaşdırılmasından istifadə edir. Şəkil 10.5-də
daxili (yaddaşa müraciət üçün) və xarici (HQ-na müraciət üçün) interfeyslərin
qarışıq struktur sxemi göstərilmişdir. Hər iki halda deşifrator bir məqsəd üçün –
onun girişində ünvan kodunu dekodlaşdırmaq və çıxış siqnalının aktiv səviyyəsinin
köməyi ilə ünvanlanan qurğunun seçimini təmin etmək üçün istifadə edilir.
Deşifrasiya sxemlərinin müxtəlifliyi ünvan şininin dərəcəsi ilə, deşifratorun
prinsipial sxemi ilə və əlbəttə ki, qurğunun ünvanı ilə fərqlənirlər.
Şəkil 10.5. MK interfeyslərinin struktur sxemi
Yaddaş blokunun həcmi onun mikrosxemlərinin dərəcəsi ilə müəyyən edilir.
Belə ki, yaddaş yuvasının ünvanı üçün K dərəcə tələb olunursa, onda 16-dərəcəli
ünvan şininin 16-K sayda dərəcəsi sistemin müxtəlif yaddaş bloklarının
ünvanlanması üçün istifadə oluna bilər. Bu məqsəd üçün çox vaxt ünvan şininin
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


böyük dərəcələri istifadə olunur. Deşifratorun çıxış siqnalları yaddaş
mikrosxeminin KS (kristalı seçmə) girişinə verilir.
Xarici interfeysin strukturu müəyyən qədər fərqlənir. İnterfeys, deşifratordan
əlavə verilənləri müvəqqəti yadda saxlamaq üçün bufer registrlərinə malik olur.
Bufer registrləri verilənlərin MP və HQ arasında mübadiləsinə imkan yaradırlar
(keçid rolunu oynayır və bu keçiddən mübadilə həyata keçirilir). Bu registrlər
giriş-çıxış portları da adlanırlar. Çıxış portunu təşkil etmək üçün portun nömrəsini
təyin edən idarə siqnalı və informasiyanın ötürülməsi istiqamətini təyin edən
sistem idarə siqnalı lazımdır. Şəkildən göründüyü kimi, bufer registrlərinin girişinə
“HQ-nu oxuma” idarə siqnalı daxil olur. Bu siqnal 1 və 2 portlarını giriş portları
kimi müəyyən edir. Əksinə, 3 və 4 portları isə çıxış portları olur, çünki onların BR3
və BR4 bufer registrlərinin girişlərində “yaddaş qurğusuna yazma” idarə siqnalı
qoşulmuşlar. Bufer registrlərinin dərəcəliyi verilənlər şininin dərəcəsi ilə
razılaşdırıla bilər . Bəzi hallarda ondan fərqli də ola bilər. Bu halda proqram
vasitələri ilə verilənlərin MP-yə verilənlər şini ilə daxil edilməsi zamanı istifadə
olunmamış dərəcələri təmizləmək lazımdır.
HQ-nin çıxış kodunun dərəcəsi verilənlər şininin dərəcəsindən böyük olarsa,
bu halda HQ-dən daxil olan verilənləri formalaşdırmaq üçün bir neçə əlavə əmrdən
istifadə etmək lazım gəlir. 
Bufer registri eyni zamanda güc gücləndiricisi kimi də istifadə olunur və
MK-nın verilənlər şininin xarici qurğunun kiçik Omlu çıxışı ilə uzlaşmasını
asanlaşdırır. Bəzən giriş-çıxış portlarında bufer registrləri olmur. Bu hallarda onlar
şin formalaşdırıcıları əsasında qurulur. Bu halı sistemin proqram təminatı işlənən
zaman nəzərə almaq lazım gəlir. 
İnterfeysin işləməsi alqoritmi aşağıdakından ibarətdir. HQ-na müraciət
əmrinin yerinə yetirilməsi zamanı MP-nin ünvan şininə HQ-nun ünvanı
yerləşdirilir. Deşifrator ünvan kodunu deşifrasiya edir və deşifratorun çıxışından
uyğun siqnalla verilənlərin qəbul dövrəsi hazırlanır. Əmrin sonrakı taktında
verilənlər MP-dən ünvanlanan bufer registrinə ötürülür və “yaddaş qurğusuna
yazma” idarə siqnalı ilə seçilmiş bufer registrinə yazılır. Bundan sonra verilənlər
HQ üçün açıq, mümkün olur. 
MP ilə HQ arasında qarşılıqlı əlaqə xüsusi interfeys BİS-adapterlərdən
istifadə etməklə sadələşir. İnterfeys BİS-adapterlər verilənlərin mübadiləsinin
müxtəlif üsullarını təmin edir.

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə