Elektronika mühazirələr


Çoxdərəcəli indikatorun interfeysi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə128/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   ...   124   125   126   127   128   129   130   131   ...   136
elektronika-muhazireler

10.4. Çoxdərəcəli indikatorun interfeysi 
Texnoloji prosesin vəziyyətinə MP sistemi ilə idarə olunan nəzarəti yeddi
seqmentli işıq diodları indikatorları, matris və maye kristallı indikatorlar, indikator
lampaları bazasında qurulan rəqəm displeylərində həyata keçirilir. Yeddi
seqmentli işıq diodlarına malik indikatorlar daha geniş yayılmışlar, çünki bu
indikatorlar MK-nın çıxış qurğusu ilə daha sadə sxemlə razılaşdırıla bilirlər.
MK-larda iki cür rəqəm displeylərindən: statik və dinamik displeylərdən
istifadə olunur. 
Statik displeylərin interfeysi proqramlaşdırılan paralel adapterin (PPA)
əsasında qurulur, onun çıxış kanallarına rəqəm kodunun deşifratoru və yeddi
seqmentli indikator qoşulur. İndikatorların sayı displeyin onluq dərəcələrinin sayı
ilə təyin olunur. Bir onluq rəqəmi işıqlandırmaq üçün PPA kanalının dörd dərəcəsi
tələb olunur. PPA-nın 8-dərəcəli kanalı iki onluq rəqəmi ekrana çıxarmağı təmin
edir. Rəqəm məlumatlarının ekrana çıxarılması MP-nin akkumulyatoru vasitəsi ilə
PPA kanalının registrinin ünvanına görə OUT əmri ilə həyata keçirilir. Proqram
vasitələri ilə çıxarılan hər bir rəqəm 4-dərəcəli ikilik-onluq rəqəmə çevrildikdən
sonra deşifrator onluq rəqəmlərin yeddi seqmentinin düzgün işıqlanmasını təmin
edir. Kodların çevrilməsi prosedurası adətən xüsusi altproqramla yerinə yetirilir.
Statik interfeysin çatışmayan cəhəti çoxlu sayda deşifratorlardan istifadə
olunmasıdır. 
İşarələyici (skanedici) tipli interfeyslərdə bir deşifratordan istifadə etmək
kifayətdir. Deşifrator bütün indikatorlara eyni zamanda qoşulur. İndikatorlar isə
deşifratora idarə sxeminin köməyi ilə növbə ilə qoşulurlar. Bu tip displeyin
ümumiləşdirilmiş sxemi şəkil 10.8-də göstərilmişdir. 
Yeddi seqmentli kodun deşifratoru HG1-HG4 indikatorlarının hamısına eyni
zamanda qoşulmuş olur. Onun girişinə növbə ilə “0” rejimində işləyən paralel
interfeysin KA və KB kanallarından çıxarılan tetradalardan biri kommutasiya
olunur. Kommutasiya M1-M4 multipleksorları ilə həyata keçirilir. Multupleksorlar
CT1 sayğacının çıxışındakı ikilik kodla idarə olunur. Belə ki, ikilik kodun hər bir
kombinasiyasına uyğun deşifratorun girişinə PPA kanallarının A0-A3, A4-A7, B0-
B3 və ya B4-B7 tetradalarından biri qoşulur. İkilik kod eyni zamanda sayğacın
çıxışından ikinci deşifratorun girişinə verilir. Bu deşifrator koddan asılı olaraq
VT1-VT4 tranzistor açarları vasitəsi ilə indikatorlardan birini qoşur. Beləliklə,
ikilik kodun hər bir kombinasiyası indikatorlardan birinə və xaric edilən ədədin bir
tetradasına uyğun gəlir.
Generator indikatorların və çıxarılan məlumatın qoşulma sürətini təyin edir.
Onun tezliyinin 50 Hs qiymətində indikatorlardakı təsvir dayanıqlı olur. 
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


Kommutasiya funksiyasını MP-yə tapşırmaqla bu interfeysin aparat hissəsini
kəskin azaltmaq olar. Proqram-aparat interfeysin strukturu şəkil 10.9-da
göstərilmişdir. Bu interfeysin strukturunda yeddi seqmentli kodun deşifratoru
tamamilə aradan götürülüb, xaric edilən ədədin tetradalarının multipleksorlarının,
indikatorların işarə-yeri deşifratorunun və sayğacın funksiyaları MP-yə verilir və
proqram vasitələri ilə yerinə yetirilir.
Şək.10.8. İşarələyici (skanedici) tipli interfeyslərdə
Şək.10.9. Proqram-aparat interfeysin strukturu 
İşarə-yerin kommutasiyası K1-K4 tranzistor açarları vasitəsi ilə PPA-nın KC
kanalının C0-C3 dərəcələri ilə, seqmentlərin kommutasiyası isə PPA-nın KB
kanalının B0-B6 dərəcələri ilə yerinə yetirilir. HG1-HG4 indikatorlarının eyni
seqmentləri K
a
– K
g
tranzistor açarlarının biri ilə birləşən ümumi şinlə əlaqələnib.
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


Bir onluq rəqəmi müəyyən işarə yerinə çıxarmaq üçün KC kanalının C0-C3
dərəcələrində indikatorun ünvanını göstərmək, B0-B6 dərəcələrinə isə lazım olan
(indisiruemıy) rəqəmin yeddi seqmentli kodunu çıxarmaq lazımdır.
İnterfeysin proqram hissəsində indikatorların kommutasiyası ilə yanaşı
çıxarılan rəqəmin ikilik kodunun indikatorun yeddi seqmentli koduna çevrilməsini
də nəzərə almaq lazımdır. Əks halda aparat hissəsində bu məqsədlə bir deşifrator
nəzərə almaq lazım gələrdi. Proqram-aparat interfeysinin proqram modulu
altproqram şəklində tərtib olunur. Bu alt-proqram, informasiyanın emalının
çıxarılması (oxunması) lazım olan nəticələrini MK-nın OYQ –nun yuvalarında
ardıcıl olaraq yerləşdirildikdən sonra, idarə olunmağa ötürülür. İnformasiyanın
rəqəm indikatoruna çıxarılması alqoritmi şəkil 10.10-da göstərilmişdir.
Şək.10.10.İnformasiyanın rəqəm indikatoruna çıxarılması alqoritmi
Zaman gecikmələri altproqramı informasiya çıxarılmasının bir tsiklində hər
bir rəqəmin indikasiya müddətini idarə etmək üçün istifadə edilir. DYQ-də
saxlanılan bütün rəqəmlərin növbə ilə indikasiyaya çıxarılması başa çatdıqdan
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


sonra tsikl yenidən başlayır. Tsikl çıxarma altproqramının giriş parametrlərində
göstərildiyi sayda təkrarlanır. Bu interfeysin yerinə yetirilməsi üçün
proqramlaşdırıla bilən xüsusi KP580BB79 BİS kontrolerindən istifadə etmək olar.

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə