Elektronika mühazirələr


 MİKROPROSESSORDA TİPİK FUNKSİYALARIN



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə129/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   ...   125   126   127   128   129   130   131   132   ...   136
elektronika-muhazireler

11. MİKROPROSESSORDA TİPİK FUNKSİYALARIN 
YERİNƏ YETİRİLMƏSİ QURĞULARI
11.1. Mikroprosessorlu sistemlərin tipik funksiyaları
İdarə və nəzarət obyektləri ilə əlaqədar olan istənilən MP sisteminin tipik
məsələlərindən biri verilənlərin toplanması və emalı (VTE) məsələsidir. Belə
sistemin ümumiləşmiş strukturu şəkil 11.1-də göstərilmişdir. Sistem MP, sistem
kontrolleri və yaddaş modulundan ibarət nüvəyə malik olur. Nəzarət obyekti ilə
əlaqə üçün kanallar (4x1) kommutatoru K və ARÇ istifadə olunur. Rəqəm
informasiyanın indikasiyası 7 seqmentli HG1-HG4 indikatorlarında həyata
keçirilir. K1-K4 açarları sistemə diskret informasiyanı daxil etmək üçündür. 
Şəkil 11.1. Verilənlərin toplanması və emalı 
sisteminin ümumiləşdirilmiş strukturu
Sistemin nüvəsi ilə xarici qurğular arasında verilənlərin mübadiləsi
verilənlər şini VŞ və KA, KB, KC və KE kimi 4 bir istiqamətli 8 - dərəcəli portları
vasitəsi ilə həyata keçirilir. KE portu iki məqsəd üçün – E0-E1 dərəcələri ARŞ-ni
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


kommutatorla idarə etmək və E4-E7 dərəcələri K1-K4 açarlarından informasiyanı
daxil etmək üçün istifadə edilir. Portların təyinatları və onların ünvanları cədvəl
11.1-də verilmişdir.
Cədvəl 11.1
Portun
kanalları
Ünvan
Təyinatları
KA
KB
KC
KE
EA
EB
EC
EE
ARÇ-dən rəqəm kodunun daxil edilməsi
G1 və G2 indikatorlarına rəqəmlərin çıxarılması
G3 və G4 indikatorlarına rəqəmlərin çıxarılması
E0, E1 dərəcələri - kommutatorun idarə olunması
E2 dərəcəsi – ARÇ-nin işə salınması
E4-E7 dərəcələri – K1-K4 açarlarından informa-
siyanın daxil edilməsi
KE portunun hər bir dərəcəsinin təyinatı şəkil 11.2 – də göstərilmişdir.
Göstərilən sistem müxtəlif funksiyaları yerinə yetirə bilər. Onun kommutasiya
olunan 4 kanaldan növbə ilə daxil edilən analoq gərginliyin 4 qiymətindən orta
ikilik kodu tanımaq xüsusiyyətinə malik olan halına baxaq. Sistem istifadəçisi
açarlardan biri tərəfindən daxil edilən nömrəyə malik kanalı kommutasiya edə bilər
və onu indikatorda əks etdirə bilər.
Şəkil 11.2. KE portunun dərəcələrinin paylanması
Sistemin yaddaşına analoq gərginliyi daxil etdikdən sonra operator (oyunçu)
HG3 və HG4 indikatorlarında nəzarət olunan gərginliyin rəqəm kodunu, HG2
indikatorunda isə ? işarəsini görə bilər. Bu işarəyə əsasən operator növbəti kanalın
nömrəsini daxil edir. 4 kanalın sorğusundan sonra sistem bütün indikatorları
təmizləyir və K1-K4 açarları ilə oynayan oyunçu tərəfindən 8-4-2-1 kodunda
ikilik ədədin daxil edilməsini gözləyən rejimi-nə keçir. Bu kod bütün dörd sorğu
aparılan kanalların analoq gərginliklərinin orta qiymətinə ekvivalent olur.
Oynayanın cavab variantı HG3, HG4 indikatorlarına çıxarılır. HG2 indikatoruna
nəticənin “E” simvolu, HG3 və HG4 indikatorlarına onluq ədəd formasında
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


nəticənin özü çıxarılır. HG3 indikatoruna onluq ədədin tam hissəsi və vergül, HG4
indikatoruna isə onluq ədədin kəsr hissəsi çıxarılır.
Sistemin işləməsi alqoritmini təhlilindən görünür ki, əsas proqram modulları
aşağıdakılar ola bilər: 
-
nəzarət olunan parametrlərin kanallarının kommutasiyası;
-
ARÇ-nə xidmət;
-
nəzarət olunan parametrlərin qiymətlərinin hesablanması;
-
kodların çevrilməsi;
-
hesab əməliyyatlarının yerinə yetirilməsi;
-
zaman gecikmələrinin proqramlaşdırılması.
Bu məsələlərin həll olunması üsulları və texniki realizə edilmə qurğularının
bir qisminə növbəti paraqraflarda ətraflı baxılır.

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə