Elektronika mühazirələr


 Tezliyin ölçülməsi qurğusu



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə130/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   136
elektronika-muhazireler

11.2. Tezliyin ölçülməsi qurğusu
Texniki avadanlıqların parametrlərinin idarə olunması və nəzarəti
məsələlərində tez-tez tezliyin ölçülməsi lazım gəlir. Tezliyin ölçülməsi əsasən
KP580Bİ53 tipli və onun analoqu olan digər növ interval taymeri BİS-ləri vasitəsi
ilə yerinə yetirilir (məsələn, televizorun parametrlərinə nəzarət zamanı). 
Şəkil 11.3-də verilmiş kontrollerli tezlik ölçmə sxemini nəzərdən keçirək.
Qurğu D1 paralel adapterindən, D2 taymerindən və çıxış siqnal-larının
inversiyasını təmin edən D3 şin formalaşdırıcısından ibarətdir. Dörd tezlik
siqnalları mənbələri D4 multipleksorunun girişlərinə qoşulmuşlar və paralel
adapterin KB kanalının B1-B3 dərəcələri ilə idarə olunurlar. Adapterin 4-cü
dərəcəsi taymerin St1 sayğacını idarə etmək üçün istifadə olunur. Bu sayğac “1”
rejimində işləyir və B1 kanalının çıxışında T=1 san ölçü intervalını formalaşdırır.
St2 sayğacının kanalı “0” rejimində işləyir və ölçü intervalı müddətində nəzarət
olunan siqnalın impulslarını saymaq üçün istifadə olunur.
Şək. 11.3. Verilmiş kontrollerli tezlik ölçmə qurğusu
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


Ölçü intervalının qiyməti generatorun tezliyindən və St1 sayğacına
yüklənmiş ədəddən asılıdır. Generatorun 50 kHs tezliyində T=1 san ölçü
intervalını formalaşdırmaq üçün St1 sayğacına iki baytlı C350H ədədini yükləmək
lazımdır. St1 sayğacında ölçülən kanalın impulslarının sayının hesablanması
taymerin birinci kanalının B1 çıxışından idarə siqnalının Str girişinə daxil olması
ilə başlayır və bu siqnalın arxa cəbhəsinin təsiri ilə qurtarır.
Tezliyin ölçülməsi alqoritminin sxemi şəkil 11.4 -də göstərilmişdir. Alqoritm
4 siqnal mənbəyinin tezliklərinin ölçülməsini təmin edir və nəticələri yaddaş
yuvalarında yerləşdirir.
Şək. 11.4. Tezliyin ölçülməsi alqoritminin blok sxemi
; Siqnalların tezliyinin ölçülməsi proqramı.
Giriş parametrləri:
-
HL cütü – ölçmənin nəticəsi massivinin başlanğıc ünvanı;
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


-
registr C - ölçmə kanallarının sayı;
-
registr B - X4 kanalının kodu.
FRIK: PUSH H ; massivin başlanğıc ünvanını yadda saxlamalı
MVI A, 98 h ; çıxış üçün proqramlaşdırma
OUT 0F7 h ; D1 adapterinin B kanalı
M2: MOV A, B ; blok 3
OUT 0F5
ADI 0F0h ; blok 4
OUT 0F5
MVI A, 72h ; idarəedici sözün yüklənməsi
OUT 0E3 h ; St1 sayğacı
MVI A, 50H:
OUT 0E1h ; St1 sayğacının yüklənməsi
MVT A, C3 H ; C350 ədədi ilə
OUT 0E1h
MVT A, B1h ; St2 sayğacının UC yüklənməsi
OUT 0E3h 
MVT A, 0FFh ; St2 sayğacının yüklənməsi
OUT 0E2 h ; FFFFH ədədi ilə
OUT 0E2h
MOV A, B ; blok 6
OUT 0F5h 
LXI H, 0FFFFh ; çevrilmə üçün gecikmə
M1: DCX H
MOV A, L
ORA H
JNZ M1
MOV A, B ; blok 8
ADI 0F0h 
OUT 0F5h
İN 0E2h ; nəticənin kiçik baytının daxil edilməsi və
CMA ; inversləşdirilməsi
POP H ; massivə yükləmə
MOV M, A ; nəticənin kiçik baytını
INX H ; nəticənin böyük baytının 
IN 0E2h ; daxil edilməsi və yüklənməsi 
CMA ; tezliyin ölçülməsi
MOV M, A
INX H ; blok 10
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


PUSN H:
MOV A, B ; növbəti X kanalının
ADI 04 ; kodunu göstərməli
MOV B, A
DCR C ; blok 11
JNZ M2
HLT
Proqramda istifadə olunan sabitlər siqnalların tezliyini 1...65,5 kHs
diapazonda ölçməyə imkan verir.

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə