Elektronika mühazirələr


elektron qurğularının əsasları



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə2/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   136
elektronika-muhazireler

elektron qurğularının əsasları
və onların
sxemotexnikası
elektronika sahəsindəki biliklərlə və nailiyyətlərlə bir
başa əlaqəlidir. Məhz buna görə də elektronikanın sahələrinin, inkişaf
mərhələlərinin və istiqamətlərinin, onların xüsusiyyətlərinin öyrənilməsi xüsusi
əhəmiyyət kəsb edir. 
Elektronika
- elm, texnika və istehsalatın elektron cihaz və qurğularının
işlənməsi, hazırlanması və tətbiqi ilə məşğul olan sahəsidir. Elektronikanın
elektron cihazlarının işlənməsi və hazırlanması ilə məşğul olan sahəsi
fiziki
elektronika
, onların əsasında elektron qurğularının yaradılması ilə məşğul olan
sahəsi isə 
sənaye (texniki) elektronikası
adlanır.
Müasir elektronikanın elektron vasitələrinin işlənməsi ilə məşğul olan
sahəsi
funksional elektronika
adlanır və iki əsas hissəyə –
analoq

rəqəm
elektronikasına
ayrılır. 
Analoq elektronikası
fasiləsiz funksiya qanunu ilə dəyişən siqnalların
çevrilməsi və emal edilməsi üçün istifadə olunan elektron vasitələrindən bəhs edən
bölməyə deyilir.
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


Rəqəm elektronikası
diskret funksiya qanunu ilə dəyişən siqnalların
çevrilməsi və emal edilməsi üçün istifadə olunan elektron vasitələrindən bəhs edən
bölməyə deyilir.
Elektronika sənayesinin inkişafını iki istiqamətə –
energetik (güc)
elektronika 
və 
məlumat elektronikası
istiqamətlərinə ayırmaq olar.
Energetik elektronika
elektroenergetika, metallurgiya və s. sənaye
sahələrinin ehtiyacları üçün əsasən, sabit və dəyişən cərəyanın çevrilməsini təmin
edən elektron vasitələrini əhatə edir.
Məlumat elektronikası
isə müxtəlif sənaye və elmi - tədqiqat sahələrinin
avtomatlaşdırılmasını, müxtəlif proseslərin ölçülməsini, nəzarətini və idarə
olunmasını təmin edən elektron vasitələrini əhatə edir.
Elektron sənayesinin inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. 1904-cü ildə
ingilis alimi D. Fleminq ilk elektron lampasını – diodu, 1907-ci ildə amerikalı alim
L.Forest dioda idarəedici tor əlavə edərək triod lampasını yaratmışlar. Triod
lampası artıq elektrik rəqslərini generasiya etməyə və gücləndirməyə imkan
verirdi. 1914-cü ildə Rusiyada N.D. Papaleksi ilk elektron lampasını yaratmağa
nail olmuşdur.
XX əsrin 30-cu illərində akademik A.F. İoffe tərəfindən yarımkeçirici
materialların elektronikada istifadə oluna bilməsi imkanları tədqiq olunur. 1948-ci
ildə Amerika alimləri tərəfindən ilk 
tranzistor
yaradılır. Belə cihaz bir qədər sonra
sovet alimi A.V. Krasilov tərəfindən yaradılır. Tranzistorun yaradılması
elektronikanın sürətli inkişafına təkan vermişdir.
Elektronikanın sonrakı inkişafı
inteqral sxemlərin
(İS) yaradılması ilə
əlaqədardır. İS-lərin sənayedə istehsalı 60-cı illərin əvvəllərinə təsadüf edir. İS-lər,
əsasən, məlumat elektronikasının sürətli inkişafına təkan vermiş, Böyük və ifrat
böyük İS-lər bu prosesi daha da sürətləndirmiş və artıq mikro-EHM-lərin əsas
elementlərinə çevrilmişlər.
Elektron qurğularının mikrominiatürləşdirilməsi, İS-lərin işlənib
hazırlanması ilə məşğul olan elektronika sahəsi 
mikroelektronika
adlanır.
Hazırda İS-lər, o cümlədən, böyük və ifrat böyük İS-lər, həmçinin, diskret
yarımkeçirici cihazların ayrı-ayrı növləri müasir elektron vasitələrinin element
bazasının əsasını təşkil edirlər.
Elektronikanın ən müasir sahəsi olan 
nanoelektronikanın
yaranması və sürətli 
inkişafı yeni element bazasının və elektronika qurğularının işlənib hazırlanması 
sahəsində çox böyük perspektivlər açır. Nanoelektronika materiyanın çox kiçik 
ölçülərində (onlarla nanometr; 1nm = 10
-9
m) atom və molekullar səviyyəsində 
dəyişdirilməsi ilə məşğul olan bir elmdir.

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə