Elektronika mühazirələr



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə7/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   136
elektronika-muhazireler

Sərhəd tezliyi
yarımkeçirici diodun tezlik xassələrini xarakterizə edir. Sərhəd
tezliyində diodun düzləndirdiyi cərəyan olduqca aşağı tezliklərdə düzləndirilmiş
cərəyanla müqayisədə √2 dəfə (təxminən 30%) azalır. Cərəyanın qiymətinin
azalması p-n- keçidinin tezlik artdıqca azalan diffuziya tutumunun şuntlayıcı təsiri
ilə izah olunur.
Yol verilə bilən hüdud istismar parametrlərinə görə yarımkeçirici diodların
bu və ya digər qurğularda istifadə olunma imkanını qiymətləndirirlər, belə ki,
istismar parametrlərinin həmin qiymətləri aşması cihazın sıradan çıxmasına gətirib
çıxarar. Bu parametrlər aşağıdakılardır:
-
Diodun U
deş.
deşilmə gərginliyindən 10...15% az götürülən zədələnmə-
dən tab gətirə bildiyi əks gərginliyinin U
əks maks.
maksimal buraxıla bilən amplitud
qiymətidir;
-
Maksimal yol verilə bilən düzlənmiş, yaxud dioddan axan cərəyanın
İ
or.d.maks. 
orta qiyməti;
-
Diodun zədələnmədən tab gətirə bildiyi düz cərəyanın (impulsda) İ
i.
maks.
maksimal yol verilən amplitudu. 
3.4.2.
Stabilitronlar.
Sabit gərginliyi stabil saxlamaq üçün istifadə olunan
yarımkeçirici diodlar stabilitron adlanır. Bu cihazlar, yarımkeçirici silisium müstəvi
diodların xüsusi qrupu olub, dövrədə cərəyan dəyişdikdə gərginliyi stabilləşdirmək
(müəyyən səviyyədə saxlamaq) üçün nəzərdə tutulub. Silisiumun stabilitronlarda
istifadə olunması ilk növbədə onunla izah olunur ki, silisium daha yüksək işçi
temperaturlara davam gətirir, həm də germanium diodları böyük əks cərəyanlara
dözmürlər. Stabilitronların şərti qrafiki işarəsi şəkil 3.9,a-da verilmişdir.
Əks qoşulma bu sinifdən olan cihazların normal iş rejimidir. Volt-amper
xarakteristikasından (3.9,b) göründüyü kimi stabilitronun elektrik deşilməsindən
sonra onda U
st
gərginliyi müəyyən hüdudlarda sabit qalır, ona görə ki, həm də
dayaq diodları adlanan stabilitronlarda aşqarların yüksək konsentrasiyasından
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


istifadə olunur. Bu, daxili elektrik sahəsinin böyük gərginliyini və p-n- keçidinin
kiçik enini yaradır. Hər iki amil müəyyən əks gərginlikdə qeyri-əsas
yükdaşıyıcıların hesabına selvarı əks cərəyanın yaranmasına şərait yaradır.
Stabilitronun işi üçün elektrik deşilməsinin başlanğıc mərhələsini istifadə edirlər
ki, bu zaman əgər əks gərginlik götürülsə p-n – keçid öz xassələrini bərpa edir.
Diodun sıradan çıxmasına yol verməmək üçün onunla ardıcıl olaraq
məhdudlaşdırıcı (ballast) R
məhd.
rezistoru qoşulur (3.9,c).
Stabilitronları elektron və elektrik qida qurğularında dayaq gərginliyi
yaratmaq üçün istifadə edilirlər. Stabilitronlar əks qoşulma və elektrik deşilməsi
rejimində işləyirlər. Deşilmə rejimində işləyən diodda cərəyanın kəskin artması
gərginliyin təxminən sabit qalmasına səbəb olur.
Stabilitronlar ancaq Si materialından hazırlanır. Bu, onların əks cərəyanının
kiçik olması və deşilmənin elektrik xarakterli olması ilə izah olunur.
Stabilitronlarda bazanın xüsusi müqavimətindən asılı olaraq tunel, selvari və
qarışıq deşilmə ola bilər. Kiçik stabilləşdirmə gərginlikli stabilitronlarda deşilmə
tunel, yüksək voltlularda isə selvari xarakterlidir.
Stabilitronların əsas parametrləri aşağıdakılardır:
- Stabilləşdirmə gərginliyi - U
st
;
- Stabilləşdirmə rejimində minimal icazə verilən cərəyan – I
st min 
;
- Stabilləşdirmə cərəyanının maksimal qiyməti – I
st maks
;
- İşçi nöqtədə (şək.2.5) statik (R) və dinamik (r) müqavimətlər;
- Keyfiyyət əmsalı: Q = r/R kimi təyin olunur;
- Stabilləşdirmə gərginliyinin temperatur əmsalı - .
Müxtəlif stabilitronların stabilləşdirmə gərginliyi 3-400V arasında dəyişə
bilər. Dinamik müqavimət nə qədər kiçik olsa, stabilitron bir o qədər keyfiyyətli
hesab olunur. Müasir stabilitronlar üçün q=0,01-0,05 arasında dəyişir.
Stabilləşdirmə cərəyanının minimal qiyməti deşilmənin dayanıqlığı ilə, maksimal
qiyməti isə icazə verilən güclə müəyyən olunur.
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


Stabilləşdirmə gərginliyinin temperatur əmsalı, temperatur 1
0
S dəyişdikdə
stabilləşdirmə gərginliyinin nisbi dəyişməsini göstərir və və - dir kimi təyin
olunur. Tunel deşilməsi olan stabilitronlarda , selvari deşilməyə malik
stabilitronlarda isə .
Qida mənbəyinin gərginliyi artdıqca stabilitrondan axan İ
st
cərəyanı da artır,
lakin bu zaman dayaq diodunun (stabilitronun) müqaviməti R
d
azalır və nəticədə
stabilitronda gərginlik düşküsü
U
st
=
I
st
R
d
məlum hüdudlarda sabit qalır. Bu o
deməkdir ki, qida gərginliyinin artmasına baxmayaraq paralel qoşulmuş yük
müqaviməti R
y
– də də gərginlik sabit olacaq. Qida gərginliyi azaldıqda əksinə İ
st
cərəyanı da azalır, stabilitronun müqaviməti R
d
artır və 
U
ст

I
ст
 R
д
sabit qalır.
Stabilitronlarda deşilmə rejimində ətalətli hadisələr olmadığından, onlar cəld
işləyən cihaz hesab olunur və impuls sxemlərində yaxşı işləyir. 

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə