Elektronika mühazirələr


Gücləndirici qurğular və onların təsnifatı



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə17/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   136
elektronika-muhazireler

Gücləndirici qurğular və onların təsnifatı
Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən
qurğular geniş tətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin
çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının
normal iş rejimlərini təmin edən səviyyəyə qədər gücləndirilməsi tələbi ilə
əlaqədardır.
Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına
giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara
gücləndirici qurğular deyilir. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida
mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış
siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti
elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida
mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici
qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə
gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici
qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi,
gücləndiricinin iş prinsipi zəif U
1
siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar
olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin
idarəolunmasına əsaslanmışdır.
Şəkil 1.1. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi.
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


Müasir gücləndirici qurğularda idarə olunan qeyri-xətti element kimi
bipolyar və sahə tranzistorlarından istifadə edilir. Analoq qurğularında tranzistor
yük və qida mənbəyi dövrəsinə qoşulmuş idarə olunan müqavimət rolunu oynayır.
Tranzistorun müqaviməti idarəedici siqnalın qiyməti və işarəsi ilə müəyyən edilir.
Bu elementlərin qoşulma qaydasından asılı olaraq gücləndirici qurğuların struktur
sxemləri ardıcıl (a), paralel (b) və ardıcıl-paralel (c) olurlar (şəkil 1.2). Çıxış
gərginliyi ilə sxem elementlərinin parametrləri arasındakı əlaqə uyğun olaraq
aşağıdakı ifadələrlə yazılır:
;; (1.1)
Şəkil 1.2. Gücləndirici qurğuların struktur sxemləri.
Sxemin strukturundan, qeyri-xətti elementin növündən və yerinə yetirilmə
texnologiyasından asılı olaraq gücləndirici qurğular bir və ya bir neçə giriş və
çıxışa malik ola bilərlər.
Gücləndirici qurğuların təsnifatı siqnalın növünə, tezlik diapazonuna, əlaqə
dövrələrinin növünə, yükün növünə və gücləndirilən kəmiyyətin növünə görə
aparılır.
Gücləndirilən siqnalın növünə görə gücləndirici qurğular harmonik və
impuls gücləndiricilərinə ayrılırlar. Harmonik (fasiləsiz) və ya kvaziharmonik
siqnal gücləndiriciləri, bu qurğularda gedən keçid prosesinin davametmə
müddətinə nəzərən çox yavaş dəyişən siqnalları gücləndirmək üçün istifadə
olunurlar. İmpuls gücləndiriciləri periodik və qeyri-periodik impuls siqnallarını
gücləndirmək üçündür. Bu halda gücləndiricidə baş verən keçid prosesi
gücləndirilən siqnalların ilkin formasını təhrif etməməlidir, yəni impuls
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


siqnallarının davametmə müddəti gücləndiricidə gedən keçid prosesinin
davametmə müddətindən kiçik olmamalıdır. 
Gücləndirilən siqnalın tezlik diapazonuna görə gücləndirici qurğular sabit və
dəyişən cərəyan gücləndiricilərinə ayrılırlar. Sabit cərəyan gücləndiricisi tezlikləri
0 tezlik diapazonunda yerləşən siqnalları gücləndirmək üçün nəzərdə tutulur.
Dəyişən cərəyan gücləndiricisi isə tezlikləri tezlik aralığında yerləşən siqnalları
gücləndirir. Sabit cərəyan gücləndiriciləri universaldırlar, yəni onlar həm sabit,
həm də dəyişən cərəyanı gücləndirə bilirlər. Dəyişən cərəyan gücləndirici isə
tezliyi f=0 olan rəqsləri (sabit cərəyanı) birbaşa gücləndirə bilmir. Dəyişən cərəyan
gücləndiriciləri öz növbəsində bir neçə qrupa bölünürlər:
-
alçaq tezlik gücləndiricisi: bunlar tezlik diapazonu bir neçə Hs-dən
yüzlərlə kHs-ə qədər olan siqnalları gücləndirir;
-
yüksək tezlik gücləndiricisi: tezlik diapazonu 100 kHs-dən yüzlərlə
MHs-ə qədər olan siqnalları gücləndirir;
-
geniş zolaqlı gücləndirici: tezlik diapazonu onlarla Hs-dən yüzlərlə
MHs-ə qədər olan siqnalları gücləndirir:
-
seçici (rezonans) gücləndiricisi: çox dar tezlik diapazonunda (zolağında)
yerləşən siqnalları gücləndirir. Bunlarda nisbəti vahiddən çox fərqlənmir.
Əlaqə dövrələrinin növünə görə gücləndirici qurğular qalvanik (bilavasitə)
əlaqəli, RC - əlaqəli və induktiv əlaqəli olurlar.
Yükün növünə görə gücləndirici qurğular aktiv, aktiv-induktiv və tutum
yüklü olurlar.
Gücləndirilən kəmiyyətin növünə görə gücləndirici qurğular gərginlik,
cərəyan və güc gücləndiricilərinə ayrılırlar.

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə