edilməsi yaxşı şeydir. Lakin əcdadlarımızın eyni zamanda başqa bir qanunu da vardır. Bu
qanunda
deyilir ki, atasına qarşı vuruşan oğul öldürülməlidir. Mən də o qanuna
əsaslanaraq öz atalıq haqqımı tələb edirəm. Oğullarım mənə qarşı vuruşdular, elə ona
görə də onların başları mənim məzarımın üstündə vurulmalıdır. Qazı “Qoy belə olsun”
deyə hökm edir. Ondan sonra isə qazı camaat ilə birlikdə ağlayır. Çünki hökmdarın
oğulları böyük hörmətə malik idilər, camaat onları çox sevirdi.
Lakin qanun qanundur, o yerinə yetirilməli idi. Beləliklə,
xain hökmdar diri-diri
basdırıldı və ölkənin ən cəngavər döyüşçüləri olan hökmdarın oğullarının başları
atalarının məzarı üstündə vuruldu.
– Bu cansıxıcı bir əhvalatdır – deyə donquldanıb soruşdum: – Bundan yaxşı əhvalat
tapmadın ki, danışasan? Sənin söylədiyin əhvalatdakı qəhrəman altı yüz il bundan qabaq
ölüb, özü də xain olub.
Qazı Molla burnunu çəkdi, ağır bir nəfəs alıb soruşdu:
– Şeyx Şamildən xəbərin varmı? Mən Şeyx Şamil haqqında hər şeyi bilirəm. Əlli il
bundan qabaq Şeyx Şamil buranın hökmdarı idi. Şeyx Şamilin hökmranlığı dövründə xalq
çox xoşbəxt idi, nə şərab içən var idi və nə də siqara çəkən. Hər hansı bir oğru yaxalandığı
zaman onun sağ əli biləyindən kəsilirdi. Amma demək olar ki, heç oğru da yox idi. Bu
xoşbəxt günlər ruslar gələnə kimi davam etdi. Ruslar gəldiyi zaman isə peyğəmbər
əfəndimiz Şeyx Şamilə vəhy gəldi və Qazavat müharibə aparmağı əmr etdi.
Bütün dağ xalqları əhd-peyman ilə Şeyx Şamilin müttəfiqi idilər. Çeçen xalqı onların
arasında idi. Lakin ruslar güclü idilər. Onlar çeçenləri qorxutmağa başladılar. Onların
kəndlərini yandırır və tarlalarını məhv edirdilər. O zaman çeçen köçərilərinin müdrikləri
Darqoya Şeyx Şamilin imarətinə gəlirlər. Lakin onlar Şeyx Şamilin
hüzuruna gəldikləri
zaman oraya nə niyyətlə gəlmiş olduqlarını söyləməyə cəsarət etməmişlər. Ona görə də
onlar Şeyx Şamilin anası Xanımın yanına gedib onunla görüşürlər. Xanım ürəyi yumşaq
qadın idi. O, çeçenlərin başlarına gətirilən əzab-əziyyətləri dinlədiyi zaman kədərindən
ağlamağa başlamışdı: “Mən Şeyxə deyərəm, o, sizi əhddən azad etməlidir”. Xanım böyük
nüfuza malik idi. Şeyx də anasına daima xeyirli bir övlad olmuşdu. Bir dəfə Şeyx Şamil
demişdi ki, “anasına dərd gətirən övlada lənət olsun”. Xanım Şeyx Şamilə çeçenlərin
dərdindən danışanda, “Quran xəyanəti qadağan edir” – deyə Şeyx söyləmişdi. Ancaq
Quran övladın anaya qarşı çıxmasını və onun sözünü yerə salmağını da qadağan edir.
Mənim müdrikliyim, idrakım bu müşkülatdan çıxmaq üçün kifayət deyildir.
Mən ibadət
edib, oruc tutacağam ki, Allah mənə düz yol göstərsin. Şeyx üç gün, üç gecə oruc tutur.
Sonra xalqın qarşısına çıxıb deyir: Allah mənə ilham verdi və buyurdu ki, “xəyanət
barədə mənimlə danışan ilk adam yüz şallağa məhkum olunmalıdır”. Mənimlə
xəyanətdən ilk dəfə bəhs edən, mənim anam Xanım olub. Mən onu yüz şallaq cəzasına
məhkum edirəm.
Xanımı meydana gətirirlər. Döyüşçülər onun çadrasını başından dartırlar, sonra onu
məscidin pilləkanlarına yıxıb şallaqlarını havaya qaldırırlar. Şeyxin anasına
birinci şallaq
vurulan kimi, Şamil diz üstə yıxılıb hönkür-hönkür ağlayır və imdad edib deyir: “Cənab
Allahın qanunlarına qarşı çıxmaq olmaz. Heç kim o qanunları dəyişdirə bilməz, hətta mən
də dəyişdirə bilmərəm. Lakin Quran bir şeyə icazə verir. Övladlar valideynlərinin cəzasını
öz üzərlərinə götürə bilərlər. Ona görə də anamın cəzasının qalan hissəsini mən üstümə
götürürəm. Sonra Şeyx Şamil cübbəsini çıxartdı və xalqın gözləri qabağında məscidin
85
pilləkənlərinə uzanıb çığırır: “Şeyx olmağıma baxmayın, əgər mən hiss etsəm ki, şallağı
var gücünüzlə vurmursunuz, başınızı vurduracayam”. Şeyxə doxsan
doqquz şallaq
vurulur. Şallağın vurulması sona çatanda Şeyxin bədəni qan içində idi. Onun dərisi parça-
parça olmuşdu. Özü də pilləkənlərin üzərinə sərilib qalmışdı. Xalq bu mənzərəni görəndə
dəhşətə gəlir. O gündən sonra bir daha kimsə xəyanət kəlməsini ağzına almağa cəsarət
etmir. Əlli il bundan qabaq dağlarımızda idarə üsulu bu cür idi. Xalq da çox xoşbəxt idi.
Mən susmuşdum. Səmadakı qartal uzaqlaşıb gözdən itmişdi. Qaranlıq çökürdü. Balaca
məscidin minarəsində molla göründü. Qazı Molla namaz xalçalarını açıb yerə sərdi. Biz
üzümüzü qibləyə çevirərək axşam namazını qıldıq. Namaz duaları köhnə döyüş
şərqilərini xatırladırdı. – Artıq gedə bilərsən Qazı Molla – dedim – sən həqiqətən mənim
dostumsan. Mən yatmaq istəyirəm.
Qazı Molla şübhəylə mənə baxdı. Sonra köksünü dərindən
ötürərək tənbəkimə nəşə
qırıntılarını qarışdırdı. Otaqdan çıxdığı zaman onun qonşuya söylədiklərini eşitdim:
“Qanlı çox xəstədir!”
Qonşu da ona cavab verdi: “Dağıstanda heç kim uzun müddət xəstə olmur”, deyə cavab
verdi.
XIX
Sifətlərindən gərginlik və yorğunluq yağan qadınlar və uşaqlar kəndin içindən
keçirdilər. Əllərində torpaq və peyinlə dolu torbalar var idi. Onlar çox qiymətli yüklərini
bir dəfinə sandığı kimi əllərində bərk-bərk tutub əsəbi halda daşıyırdılar. Çünki, bu
torpağı onlar çox uzaq vadilərdən gətirirdilər, əvəzində isə gümüş sikkələr və əl
dəzgahlarında toxunmuş qumaşlar vermişdilər. Onlar istəyirdilər ki, baha qiymətə satın
alınmış bu qiymətli torpağı çılpaq qayalardakı şoran torpaqlara
səpsinlər və əhalini
yaşatmaq üçün bu yoxsul sahələr taxıl versin.
Bu sahələri becərmək üçün kişilər bellərinə kəndir bağlayıb işləyirdilər. Onlar bu
qayalıqlarda səliqə ilə toxum səpirdilər. Külək və torpaq sürüşmələrindən gələcək
tarlaları qorumaq üçün, tarlaların yuxarı tərəfində çiy kərpicdən hasar hörürdülər.
Dağıstanın kobud, çılpaq qayalıqlarının ortasındakı tarlalar bu cür yaranırdı. Bu tarlaların
eni üç addım, uzunluğu isə dörd addım idi. Kişilər ala-qaranlıqdan tarlalara gedirdilər.
Onlar bərəkətli torpaqlarda işləməyə başlamazdan əvvəl xeyli dua edirdilər, ancaq
bundan sonra əyilib işləməyə başlayırdılar. Külək əsəndə isə qadınlar tarlalarını qorumaq
üçün evlərindən ədyallar gətirib torpağın üstünə sərərdilər. Onlar sünbülləri qabarmış
əlləri ilə sığallayır, seyrək bitən sünbülləri kiçik oraqlarla biçirdilər. Sonra isə taxılı
üyüdüb uzun, yastı çörəklər bişirirdilər. Bu daş-kəsəkli qayalardakı torpağın göstərdiyi
möcüzəyə minnətdarlıq əlaməti olaraq ilk bişirdikləri çörəyin içinə sikkə qoyardılar.
Mən balaca bir tarlanın hasarı boyunca yeriyirdim. Yuxarıda, qayalıqların üstündə
qoyunlar büdrəyə-büdrəyə yeriyirdilər. Başında ağ və enli gecə papağı olan
bir kəndli iki
təkərli arabası ilə qarşıma çıxdı. Onun arabasının təkərlərinin səsi körpələrin çığırtısını
andırırdı. Bu səsi lap uzaqlardan da eşitmək olardı.
– Qardaş, dedim – Bakıdakı dostlarımdan birinə məktub yazacağam ki, sənin arabanın
təkərlərinin oxlarını yağlamaq üçün sənə bir az yağ göndərsin.
86