ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

brilyantlı üzüyünü gördüm. Tez, cəld ol, Əli xan! İndi bütün qəzəbini büruzə verə 
bilərsən! Xəncəri çəkdim. Yox, bu titrək əl atəş aça bilməz. Xəncər xoş bir ahənglə havada 
vıyıldadı. Mən belə xəncər atmağı harada öyrənmişdim? İrandamı? Yoxsa Şuşadamı? Hər 
hansı bir yerdə! Bu qabiliyyət bizim əcdadlarımızdan mənə miras qalmışdı. Hindistana 
yürüş edib, Dehlini dizə çökdürən ilk Şirvanşirdən mənə miras qalmışdır. Gözlənilmədən 
təəccüblü bir qışqırıq səsi gəldi. Naçararyanın biləyindən qan fışqırırdı. Mərdəkan 
yolunda düşmənin qanını görmək nə böyük xoşbəxtlikdir. Tapança onun əlindən yerə 
düşdü. Sonra iri bir cəmdək avtomobildən çıxıb, yerlə sürünməyə başladı. Yolu keçərək, 
yol kənarındakı yabanı kolluqların içində itdi. Xəncəri götürüb qınına qoydum.  
  Nino avtomobilin yumşaq oturacağında quruyub qalmışdı. Onun  sifətində ən kiçik 
ifadə belə yox idi. O, daşdan yonulmuş heykəl kimi hərəkətsiz idi. Uzaqdan nal səsləri 
gəlirdi. Tez kolluğa tullandım. Tikanlı kolluqlarda cızılmış əllərimdən qan axırdı. Quru 
budaqlar da əllərimi kəsirdi. Quru xəzəllər ayaqlarımın altında xışıldayırdı.  
  Oradan bir az kənarda qovulan vəhşi bir heyvanın – Naçararyanın səsi gəlirdi. Buna bax, 
Stokholmda otel! Ay gördün ha, o oteli! Qalın, kobud dodaqların ay dəydi ha Ninonun 
yanaqlarına. İndi onu görürəm. Naçararyan büdrəyir, iri kök əlləri ilə sıx kolluqları 
yarmağa çalışırdı. O kolluqları keçəndən sonra bostanların içindən dəniz sahilinə doğru 
qaçırdı. O alçağı görən kimi tapançam yadıma düşdü. Hanı mənim tapançam? Aha, 
yadıma düşdü. Tapançanı avtomobilin yanında tullamışdım. Mən də yabanı kolluqların 
içindən keçərək, onun dalınca qaçmağa başladım. Kolluqların tikanlarından cızılmış 
əllərim qanamışdı. Budur, bostana çatdım. Bostanda gördüyüm ilk qarpız mənə yumru, 
kök və sarsaq bir adamı xatırladırdı. Onun üstündən keçdim. Qarpız ayağımın altında 
partlayıb tikə-tikə oldu. Yüyürüb bostanı keçdim. Ayın solğun şüası qarpız və yemiş 
bostanına zəif işıq salırdı.  
  Ey Naçararyan, bil ki, qızıl külçələri İsveçə apara bilməyəcəksən!  
  İndi, birdən Naçararyanın çiynindən yapışdım. O, üzünü çevirdi və kötük kimi qarşımda 
durdu. Gözlərindən görünürdü ki, o ifşa olunmuşdu. Artıq mən onun kim və nə 
olduğunu bilirəm. Onun birinci yumruğu çənəmə dəydi. İkinci yumruğu isə döşümə 
ilişdi: 
  Naçararyan, sən boks vuruşmasını Avropada öyrənmisən. Başım gicəlləndi. Bir saniyəlik 
nəfəsim tutuldu. Mən ancaq Asiyalıyam, Naçararyan. Mənə qurşaqdan aşağı yumruq 
vurmaq sənətini heç vaxt öyrətməmişlər.  
  Mən bir çöl qurdu kimi qəzəbdən yalnız qızışa bilirəm – deyib Naçararyanın üstünə 
atıldım. Onun gövdəsindən yapışdım. Elə bil ağac kötüyünü qollarım arasına almışdım. 
Ayaqlarımla onun yekə qarnını sıxıb, əllərimlə də yoğun boynundan yapışdım. 
Naçararyan Avropada öyrəndiyi bütün vuruşma qaydalarını unudaraq məni vəhşi kimi 
yumruqlamağa başladı. Aşağı əyildim və birlikdə yerə yıxıldıq. Yerdə fırlanırdıq. Birdən 
mən onun altına düşdüm. Onun xirtdəyimə keçirdiyi barmaqları məni boğmağa başladı. 
Naçararyanın zədələnmiş sifətinin bir tərəfi əyilmişdi. Ayaqlarımla onun piyli qarnına 
vururdum. Bir anlığa əlimdən çıxanda onun yaxasının cırıldığını gördüm. Birdən 
dişlərimlə onun ağ yoğun boğazından yapışdım. Bəli, Naçararyan, biz Asiyalılar belə 
vuruşuruq! Qurşaqdan aşağı vurmuruq! Boz qurd kimi yapışırıq düşmənin boğazından. 
Onun damarlarının döyüntüsünü hiss edirdim.  
 
79


  Naçararyan əlini mənim belimdəki xəncərimə uzadırdı. Döyüşün qızğın çağında 
belimdəki xəncəri tamamilə yadımdan çıxartmışdım. Xəncərin tiyəsi gözümün qabağında 
parladı. Qabırğamda bir ağrı hiss etdim. Gör nə qədər qanım isti imiş. Xəncərin ucu 
qabırğalarımın üstündən sürüşdü. Onun boğazını buraxıb, yaralı əlindən xəncəri qapdım. 
İndi o, mənim altımdadır, üzü də aya tərəf baxırdı. Xəncəri havaya qaldırdım. O başını 
dala atıb nazik səsi ilə qışqırmağa başladı. Onun bütün sifəti dəhşətdən, qorxudan açılmış 
ağızdan ibarət idi.  
  Axı niyə vurmuram? Nəyi gözləyirəm? Arxamdan bir səs gəldi: “Gəbərd onu, Əli xan, 
gəbərd!”  
  Bu Məmməd Heydərin səsi idi: 
  – Xəncəri ürəyinin başına endir və girdiyi yerdən aşağa doğru çək. 
  Mən ölüm nöqtəsinin harada olduğunu bilirəm. Amma bir an gözləyib, düşmənimin 
fəryad səsini bir daha eşitmək istəyirəm. 
  Sonra xəncəri qaldırdım. Əzələlərim artıq gərilmişdi. Xəncəri düşmənin düz ürəyinin 
başına endirdim. O, arxası üstə çapalayıb can verirdi. Yavaş-yavaş ayağa durdum. 
Paltarım qana bulaşmışdı. Kimin qanı idi bu? Mənim, yoxsa onun? İndi bunun heç bir 
fərqi yox idi. Məmməd Heydər dişlərini qıcayıb dedi: “Əli xan, mən sənə ömrüm boyu 
hörmət edəcəyəm”.  
  Qabırğam ağrıyırdı. Məmməd Heydər qoluma girdi. Kolluğun içindən çıxıb Mərdəkana 
gedən dar yolda durmuş, böyük bir qutunun yanına gəldik. Orada dörd at və iki atlı 
dayanmışdı. İlyas bəy mənə əl verib salamlaşdı. Seyid Mustafa yaşıl əmmaməsini bir az 
yuxarı qaldırdı. O, atının tərkində Ninonu otuzdurub bərk-bərk tutmuşdu. Nino susurdu.  
  Seyid Mustafa yumşaq bir səslə:  
  – Arvadla nə edəcəksən? Onu xəncərlə sən öldürəcəksən, yoxsa mən öldürüm? – deyə 
dilləndi.  
  Məmməd Heydər mənə tərəf xəncər uzadıb: – Öldür onu, Əli xan – dedi. Mən İlyas bəyə 
baxırdım. Onun üzü təbaşir kimi ağarmışdı: – “Biz cəsədi dənizə atarıq” – dedi.  
  Ninoya yaxınlaşıram. Onun gözləri qorxudan böyümüşdü... 
  Böyük tənəffüs vaxtı o, əlində məktəb çantası gözlərindən də yaş sel kimi axa-axa küçəni 
keçərək bizim məktəbimizə gələrdi. Bir dəfə imtahan vaxtı partasının altında gizlənib, 
pıçıltı ilə ona deyirdim: “Böyük Karlın başına 800-cü ildə Axendə tac qoyulmuşdu”.  
  Nəyə görə Nino susur. Nə üçün Nino o zaman böyük tənəffüsdə yardım istəmək üçün 
yanıma gəlib göz yaşlarını axıdıb ağladığı kimi ağlamır? Böyük Karlın başına nə zaman 
tac qoyulduğunu bilmədiyi üçün onun təqsiri yox idi. Mən onun mindiyi atın boynunu 
qucaqlayıb Ninonun üzünə baxdım. Baxışlarımız rastlaşdı. Ay işığında gözlərini əlimdəki 
xəncərə dikmiş, Seyid Mustafanın atının yəhərində oturan Nino nə qədər gözəl idi. 
Dünyanın ən gözəl qanı gürcü qanıdır. Gürcü dodaqları da gözəldir. Amma onları İsveçə 
qızıl külçələrini qaçırmaq istəyən Naçararyan öpmüşdür!  
  – İlyas bəy, mən yaralıyam. Prinses Ninonu evlərinə apar. Hava soyuqdur, Ninonun 
çiyninə bir şey salarsan. İlyas bəy, eşidirsən, əgər prinses Nino sağ-salamat evinə çatmasa 
səni öldürəcəyəm. Eşitdin? İlyas bəy, bu mənim qəti sözümdür. Məmməd Heydər, Seyid 
Mustafa özümü halsız hiss edirəm. Məni evə aparın. Evə qədər mənə yardım edin. Qan 
itirdiyimdən taqətdən düşüb zəifləmişəm.  
 
80


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə