Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans



Yüklə 14,13 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix31.10.2018
ölçüsü14,13 Mb.
#77217
1   2   3   4   5   6

30 oktyabr 2015-ci il

http://www.amu.edu.az

5

Səhiyyə sahəsində dövlət proqram-

ları uğurla yerinə yetirilir. Onların nə 

dərəcədə  vacib  olduğunu  təkcə  bir 

neçə  rəqəmlə  göstərmək  olar.  200 

mindən  çox  şəkərli  diabet  xəstəsi 

illər  boyu,  daim  dövlət  hesabına 

bütün  lazımi  dərmanları  alır.  Əgər 

vaxtilə  diabetli  uşaqlara  adi  şpris-

qələm  verilməsi  problem  idisə,  indi 

onlara  dərman  insulin  pompası 

vasitəsilə  verilir.  Bu  isə  körpələri 

gün  ərzində  bir  neçə  dəfə  insulin 

iynəsi vurmaqdan azad edir.

II  mama-ginenokologiya  şöbə-

si nin  müdiri,  uzman-doktor  Tu-

rab Can baxışov qeyd edir ki, hələ 

körpə  ana  bətnində  ikən  həkimlər 

bu patologiyadan xəbərdar olublar: 

“Ana 7 aylıq hamilə ikən gəlmiş di. 

Həmin  vaxt  müayinələr  göstərdi 

ki,  ana  bətnində  uşağın  döş 

qəfəsinin içinə, ağciyər və ürəyinin 

ətrafında maye yığılır. Bu da ürəyin 

fəaliyyətinə  əngəl  olmuş,  ürək  ça-

tışmazlığına  gətirib  çıxarmışdı. 

Bildiyimiz  kimi,  ürək  qanı  təzyiqlə 

bütün  damarlara  paylaşdırmaqla 

işləyir.  Lakin  yığılan  maye  həmin 

orqanı  sıxdığına  görə,  qan  dövra-

nı pozulmuş, ürək ətrafı ilə yanaşı, 

qarına  da  maye  yığılmışdı  və  ma-

yenin  miqdarı  getdikcə  daha  da 

artırdı. Bu, həm də dəri ödemi (şiş-

kinliyinin) artmasına səbəb olurdu. 

Xəstə  məhz  belə  vəziyyətdə  bizə 

üz tutmuşdu”.

Həkimin  sözlərinə  görə,  ana 

5  aylıq  hamilə  ikən  uşağın  döş 

qəfəsinə maye yığılmağa başlayıb. 

Xəstə  Türkiyəyə  üz  tutub,  orada 

döş qəfəsinin hər iki tərəfinə stend 

taxdırıb  ki,  yığılan  maye  uşaqlıq 

boşluğundan  çölə  çıxsın.  Lakin 

müəyyən müddət sonra stendlərin 

yolu tutulub:

“Biz  diaqnozu  qoyduqdan  sonra 

təcili  bir  müdaxilə  planlaşdırdıq. 

Yəni,  ana  bətnində  uşağın  döş 

qəfəsinə  daxil  olub,  həm  sağ-

dan,  həm  də  soldan  bu  mayeni 

çəkmək  lazım  idi  ki,  ürək  rahat-

lansın,  fəaliyyəti  bərpa  olunsun 

və  ağciyərlər  açılaraq  inkişafı  da-

vam  etdirsin.  Biz  düz  3  dəfə  bu 

proseduru  həyata  keçirdik.  Bunlar 

hamiləliyin  35-ci,  36-cı  və  37-ci 

həftəsində  gerçəkləşdirildi.  Prose-

dur zamanı bir sıra çətinliklərlə də 

üzləşirdik.  Məsələn,  bəzən  uşaq 

dönürdü,  onda  məcburən  ananı 

gəzdirib uşaq əvvəlki vəziyyətə qa-

yıdandan  sonra  proseduraya  da-

vam edirdik”.

ATU həkim briqadasının müdaxi-

ləsi  nəticəsində  bu  körpə  heç  bir 

ürək  və  ağciyər  qüsuru  olmadan 

dünyaya  göz  açıb.  Uşaq  doğul-

duqda  yalnız  ürəyin  fəaliyyəti  ilə 

bağlı  müəyyən  problemlər  olub 

ki,  indi  həmin  problemlər  də  niza-

ma salınıb. Hazırda bu körpə ATU 

həkimlərinin  nəzarəti  altındadır  və 

hər ay müayinə olunur.

Tibb Universitetinin həkimləri ana 

bətnində ikən bədəninə maye yığılan 

uşağı həyatda saxladılar

Oktyabrın  15-də  ATU-nun  Tədris 

Terapevtik Klinikasının Tibbi Şurasının 

növbəti  yığıncağı  keçirilib.  Toplantını 

açan  klinikanın    direktoru,  professor 

Surxay  Musayev  gündəlikdə  duran 

məsələləri  şura  üzvlərinin  diqqətinə 

çatdırdı, klinikada çalışan hər bir kəsə 

fəaliyyətində uğurlar dilədi.

Sonra klinikanın baş həkimi, dosent Ramin 

Bayramlının  həftəlik hesabatı dinlənildi.  O, 

həftə ərzində  klinikanın şöbələrinə stasio-

nar və gündüz rejimində daxil olmuş və çıx-

mış  pasientlərin  sayını    slaydlar  vasitəsilə 

nümayiş etdirdi. Baş həkim çıxışında  xəstə 

sahibləri  tərəfindən    kənar  mütəxəssislərin 

klinikaya  dəvət  olunmasına,  stasionar    və 

gündüz  stasionar  xəstə  qəbulu  zamanı 

yol  verilən  bir  sıra  nöqsanlara  da    diqqət 

çəkərək,  klinikanın  daxili  nizam-  intizam 

qaydalarına  düzgün riayət olunması  üçün 

çağırış etdi. 

Bundan  başqa  klinikanın  poliklinika 

şöbəsinin  müdiri  Təranə  Musayeva  “Klini-

kada ambulator qəbulun sənədləşdirilməsi”  

barədə  1  il  ərzində    görülən  işlərin  faiz 

göstəricilərini  açıqladı.  O,  qeyd  etdi  ki,  kli-

nikaya  yeni  daxil  olmuş  xəstələrin  xəstəlik 

tarixlərinin  tərtibi,  o  cümlədən    ambula-

tor  vərəqin  yazılması  və  həmin  vərəqin 

kodlaşdırılması,  kliniki  diaqnozun  təsdiqi, 

xəstələrin stasionara yerləşdirilməsi və  la-

borator müayinələrə göndərilməsi  haqqın-

da  yazılan  bəzi  sənədlərdə    anlaşılmazlıq-

lar olur.  Sö zü nə  davam edən şöbə müdiri  

ambulator  qəbulun  sənədləşdirilməsi  ilə 

bağlı  mövcud  qaydaları    toplantı  iştirakçı-

larının    nəzərinə  çatdırdı  və  bu  qüsurların  

gələcəkdə  bir daha təkrarlanmamasına dair 

fikirlərini bölüşdü.  

Toplantıya  yekun  vuran    professor  

S.Musayev  qarşıda  duran  bir  sıra  cari 

məsələlər haqqında  da məlumat verdi. Di-

rektor bildirdi ki,  gələn ildən etibarən klini-

kamız  elektron səhiyyə sisteminə keçəcək 

və bu istiqamətdə hərtərəfli işlər aparılır. 



MƏNSUR

Tibbi Şuranın növbəti yığıncağında

  26  və  27  oktyabr 

2015  tarixlərində  Azər-

bay can 

Tibb 

Uni ver-

sitetinin 

Tədris-Cərrahi 

Klinikasında 

DuRad 

Exchange (Dutch Ra di olo-

gy Exchange - Hol lan diya 

Radiologiya  Mübadiləsi) 

proqramı 

çərçivəsində 

Ligh thous Consulting şir-

kətinin  dəstəyi  ilə  xarici 

mütəxəssislərinin  iştirakı 

ilə  elmi-praktik  seminar 

keçirilib.

  Dr.  Allard  Olthof  və  Dr. 

Peter  Fahner  qaraciyər  xəs-

tə likləri,  qarinda  ağrı,  bazu 

və  bud-çanaq  oynaqları-

nın  xəstəlikləri,  insult,  ya-

yılmış  skleroz  və  süd  vəzisi 

xəstəlikləri  zamanı  radioloji 

müayinə  üsullarının  (USM, 

KT,  MRT)  müqayisəli  xa-

rakteristikasına  həsr  olun-

muş  məruzələrlə  çıxış  edib-

lər. 

Mühazirə 



interaktiv 

şəkildə  aparılıb  və  auditoriya 

tərəfindən  böyük  maraqla 

qarşılanıb.  ATU-nun  radiolo-

giya,  cərrahiyyə,  travmatolo-

giya və ortopediya, nevrologi-

ya, onkologiya kafedraları və 

müvafiq  şöbələrin  həkimləri, 

rezidentləri  və  6-cı  kurs 

tələbələri  müzakirələrdə  fəal 

iştirak  edərək,  çoxsaylı  sual-

lar veriblər.

ATU-nun  Beynəlxalq  Əla-

qələr  üzrə  prorektoru  dosent 

Rəhimə  Qabulova,  Tədris-

Cərrahi  Klinikanın  direkto-

ru,  AMEA-nın  müxbir  üzvü 

professor  Nuru  Bayramov 

və 

ATU-nun 


Beynəlxalq 

Əlaqələr  şöbəsinin  müdiri 

dosent  Nadir  Zeynalov  qo-

naqlarla  görüşüblər.  Görüş 

zamanı  bu  cür  tədbirlərin 

əhəmiyyətindən  bəhs  olunub 

və  gələcəkdə  əməkdaşlığın 

davam etdirilməsinin vacibliyi 

xüsusi vurğulanıb.

Hazırda 11 elmi tədqiqat insti-

tutu,  Bakıda  fəaliyyət  göstərən 

10 gigiyena-epidemiologiya mər-

kəzi  və  67  müalicə-profilaktika 

müəssisəsi, 9 aptek, 60 mərkəzi 

rayon  xəstəxanası,  Naxçıvan 

Muxtar  Respublikasındakı  sə-

hiyyə  şöbələrinin  tabeçiliyində 

olan  bütün  tibb  müəssisələri, 

Azərbaycan Tibb Universitetinin 

(ATU)  elmi  tədqiqat  mərkəzi, 

kliniki-biokimyəvi laboratoriyası 

və klinikaları, həmçinin bir sıra 

özəl  tibb  müəssisələri  təcrübə 

bazaları  kimi  tələbələrin  istifa-

dəsinə verilib

Bundan  əlavə,  Bərdə,  Cəlilabad, 

Füzuli,  Qazax,  Qəbələ,  Quba, 

Lənkəran,  Siyəzən,  Şamaxı,  Şir-

van  və  Zaqatala  müalicə  diaqnosti-

ka  mərkəzlərindən,  habelə  Mərkəzi 

Neftçilər 

Xəstəxanasından 

da 

təcrübə bazası kimi istifadə olunub.



Bu  faktlar  2014-2015-ci  tədris 

ilində  ATU  tələbələrinin  istehsalat 

təcrübəsinin  yekunlarına  həsr  olun-

muş elmi şurada açıqlanıb.

Eyni  zamanda,  səhiyyə  nazirinin 

əmrinə  əsasən  Analitik  Eksperti-

za  Mərkəzindən,  “Azerimed  MMC”, 

“Dokta  MMC”,  “Maymed  MMC” 

apteklər  şəbəkəsindən  əczaçılıq 

fakültəsinin  tələbələri  üçün  təcrübə 

bazası kimi istifadə edilib.

İclasda  qeyd  olunub  ki,  bu  tədris 

ilində  300-ə  qədər  tələbə  xaricdə 

təcrübə  keçib.  Ümumiyyətlə  2007-

2008-ci  tədris  ilindən  indiyə  qədər 

Türkiyədə  1458  nəfər,  Avropa 

ölkələrində  160  nəfər  (onlardan  106 

nəfəri Almaniyada), Seçenov adına I 

Moskva  Dövlət  Tibb  Universitetində 

16 nəfər təcrübə keçib.



Tədris Cərrahiyyə Klinikasında elmi-

praktik seminar keçirilib

Bu tədris ilində Tibb Universitetinin 

300-dək tələbəsi xaricdə təcrübə keçib

ATU-nun mətbuat xidməti


Yüklə 14,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə