Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans



Yüklə 14,13 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix31.10.2018
ölçüsü14,13 Mb.
#77217
1   2   3   4   5   6

http://www.amu.edu.az

30 oktyabr 2015-ci il

4

 



    Konfransı  giriş  sözü  ilə 

açan  universitetin  tədris 

işləri  üzrə  prorektoru,  pro-

fessor  Sabir  Əliyev  qeyd 

etdi  ki,  ölkəmizdə  ulu 

öndərin  qoyduğu  gözəl  bir 

ənənə  var.  Həmişə  xalqı-

mız,  millətimiz,  elmimiz, 

təhsilimiz,  səhiyyəmiz  qar-

şısında  böyük  xidmətləri 

olan insanların xatirəsi anılır, 

yubileyləri keçirilir. Bu ənənə 

universitetimizdə  də  daim 

qorunur.  Hör mətli  rektoru-

muz univer sitetimizdə böyük 

nüfuz  qazanmış  müəllim  və 

professorlarımızın 

yubiley 


mərasimlərinin  keçiril məsinə 

xüsusi  diqqət  yetirir.  Pro-

fessor    Ə.Əlizadənin  həyat 

və  fəaliyyəti  haqqında  qısa 

məlumat  verən  prorektor 

onun 1968-ci ildə ana dilində 

ilk  dəfə  nəşr  olunan  “Uşaq 

cər rahlığı” dərsliyinin müəllifi 

olduğunu  xatırlatdı.  Əliağa 

Əlizadənin 5 il ərzində ATU-

nun tədris işləri üzrə prorek-

toru  vəzifəsində  çalış dığını  

konfrans 

iştirakçılarının 

nəzərinə çat  dı raraq qeyd etdi 

ki,  professor  Ə.Əlizadənin 

hansı  vəzifədə  işləməsinə 

baxmayaraq 

həmişə 


üzərinə  düşən  vəzifənin 

öhdəsindən  layiqincə  gəl-

mişdir.  Prorektor  işlədiyi 

illərdə  Ə.Əlizadə  gənc  kadr-

ların hazırlanmasına çox bö-

yük diqqət ayırırdı, tələbələrə 

qayğı ilə yanaşırdı.  

    ATU-nun  uşaq  cərrahlığı 

kafedrasının  müdiri,  pro-

fessor    Çingiz  Quliyev  pro-

fessor    Ə.Əlizadənin  həyat 

və  fəaliyyəti  haqqında  geniş 

məruzə ilə çıxış etdi: “Profes-

sor    Əliağa    Məmməd  oğlu 

Əlizadə  1915-ci  ildə  Dəvəçi 

(indiki  Şabran)  rayonunda 

anadan olmuşdur. 

1934-cü  ildə  orta  mək-

təbi  bitirdikdən  sonra  Azər-

baycan  Tibb  İnstitutunun 

müalicə-profilaktika 

fa kül-


təsinə  daxil  olmuş  və  1939-

cu  ildə  həmin  fakültəni  biti-

rərək  Dəvəçi  rayonunda 

həkim-cərrah  kimi  fəaliyyətə 

başlamışdır. O, Böyük Vətən 

müharibəsinin  ilk  illərindən 

cəbhəyə  səfərbər  olmuş  və  

müharibənin  sonuna  qədər  

tibbi  hissələrdə  cərrah  kimi 

fəaliyyət  göstərmişdir.  Öz 

dəyanəti, igidliyi, şəfalı cərrah 

bıçağı ilə düşmən üzərindəki 

qələbəmizə  töhfələr  verən 

Əlizadə bir sıra döyüş orden 

və  medalları  ilə  təltif  olun-

muşdur.  1945-ci  ildə  mayor 

rütbəsi  ilə  Vətənə  qayıdan 

Ə.Əlizadə  bir  müddət  Bakı 

Hərbi  Qarnizonunda  həkim 

işləmişdir.  1946-cı  ildə  ATİ-

nin uşaq cərrahlığı və  orto-

pediyası  kafedrasına  assis-

tent  vəzifəsinə  seçilmişdir.  

1953-cü  ildə  tibb  elmləri 

namizədi  alimlik  dərəcəsi 

alan    Ə.Əlizadə  1957-ci  ildə 

“Uşaqlarda  kəskin  hemato-

gen osteomielit zamanı qanın 

plazmasında  zülal  fraksiya-

sında baş verən dəyişikliklər” 

mövzusunda doktorluq diss-

retasıyası  üzərində  elmi 

iş  aparmağı  qərara  alır  və 

1965-ci ildə həmin mövzunu 

müdafiə  edərək  tibb  elmləri 

doktoru  adına  layiq  görülür,  

uşaq  cərrahlığı  kafedrasının 

professoru  seçilr.  Beləliklə, 

Ə.Əlizadə uşaq cərrahlığı ix-

tisası üzrə republikamızda ilk 

dəfə  tibb  elmləri  doktoru  və  

professoru olmuşdur”. 

Sözünə 

davam 


edən 

məruzəçi  bildirdi  ki,    profes-

sor  Ə.Əlizadə istedadlı alim, 

mahir  cərrah,  gözəl  müəllim 

olmaqla  bərabər,  həm  də 

bacarıqlı  səhiyyə  təşkilatçısı 

və  millətini  se  vən  ziyalı  idi. 

Həmin  dövrdə  Tibb  İnstitu-

tunun  demək  olar  ki,  bütün 

kafedralarında  ana  dilində 

dərsliklərin  olmaması  və 

yaxud  azlığı  azərbaycanlı 

tələbələr  üçün  çox  böyük 

çətinliklər  yaradırdı.  Bütün 

problemləri  nəzərə  alan,  

professor    Ə.Əlizadə  1968- 

ci  ildə  ilk  dəfə  ana  dilində 

“Uşaq  cərrahlığı”  dərsliyini 

yazdı.  O,  100-dən  çox  elmi 

məqalənin,  bir  dərsliyin,  iki 

dərs vəsaitinin, monoqrafiya-

nın, bir neçə səmərələşdirici 

təklifin müəllifi olmuşdur. 

Professor    Ə.Əlizadənin 

kafedraya  rəhbərlik  etdiyi 

illərdə  (1971-1976)  kafedra-

nın    keçmiş  sovet  respub-

likalarının  uşaq  cərrahlığı 

kafedraları  arasında  olan 

elmi  əlaqələr  və  tələbə  elmi 

cəmiyyətlərinin 

fəaliyyəti 

xeyli  güclənmişdir.  O,  1971- 

ci  ildən    Azərbaycan  Uşaq 

Cərrahlar  Cəmiyyətinin  səd-

ri,  Ümumittifaq    Cərrah lar 

Cəmiyyətinin üzvü olmuşdur.     

Professor 

Ə.Əlizadə 

1973-cü  ildən  1976-cı  ilə 

kimi 

(ömrünün 



sonuna 

qədər)  N.Nərimanov  adına 

Azərbaycan  Tibb  İnstitutu-

nun tədris işləri üzrə prorek-

toru vəzifəsində çalışmışdır. 

Professor Ə.Əlizadənin xid-

mətləri  dövlətimiz  tə rə fin dən 

yüksək  qiy mət ləndirilib.  O, 

Azərbaycan  SSR  Ali Sove-

tinin  və  Səhiyyə  Nazirliyinin 

fəxri  fərmanları  və  “Səhiyyə 

əlaçısı”  döş  nişanı  ilə  təltif 

edilmişdir. 

Görkəmli  alim,  istedadlı 

cərrah,   professor Ə.Əlizadə 

29  oktyabr  1976-cı  ildə  61 

yaşında  kəs kin  ürək  tutma-

sından vəfat edib.

Konfransda Uşaq cər rahlığı 

kafedrasının professoru Elmi-

ra Pənahova, Uşaq cərrahlığı 

kafedrasının  dosenti  Qismət 

Əliyev,  Ümumi  cərrahiyyə 

kafedrasının  müdiri,  profes-

sor  Çərkəz  Cəfərov  xatirə 

çıxışları  etdilər, görkəmli ali-

min  Azərbaycan  tibb  elminə 

əvəzsiz 


xid mətlərindən 

söhbət  aça raq  onun  əziz 

xatirəsinin  tələbələri  və  ya-

xından tanıyanları tərəfindən  

daim  yad  olunacağını  dilə 

gətirdilər.

Ə.Əlizadənin  ailə  üzvləri 

adından  çıxış  edən  Azər-

baycan  Ortopediya  və  Trav-

matalogiya 

Elmi-Tədqiqat 

İnstitutunun “İrinli Cərrahiyyə” 

şöbəsinin  rəhbəri,  mərhu-

mun  oğlu  professor  Çingiz 

Əlizadə  atasının  xatirə sinə 

göstərilən  bu  ehtirama  görə 

universitetin  rəhbərliyinə  və 

o cümlədən tədbir iştirakçıla-

rına öz dərin minnətdarlığını 

bildirdi.

Elmi-praktik  konfransın  işi 

məruzələrlə davam etdirildi.



A.KAMRANOĞLU

Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr 

olunmuş   elmi-praktik konfrans

A

zərbaycan  Tibb  Universitetinin  Tədris  Cərrahiyyə 

Klinikasında  tibb  elmləri  doktoru,  professor  Əliağa 

Əlizadənin anadan olmasının 100 illiyinə həsr edilmiş 

elmi-praktik konfrans keçirildi.

Oktyabrın  28-də  Azərbaycan 

Tibb 

Universitetinin 

Təd-

ris-Terapevtik 

Klini ka sın da  

Türkiyənin  Mər mə rə  Uni ver-

si te tinin 

Qast ro en te rolo giya 

İnstitutunun  direktoru,  dosent 

dr. Yusuf Yılmazın seminarı baş 

tutub.    

Seminarı giriş sözü ilə açan Tədris 

Terapevtik  Klinikanın  baş  həkimi, 

dosent  Ramin  Bayramlı  seminar  iş-

tirakçılarını salamladı, klinikanın mü-

asir  avadanlıqlarla  təchiz  olunmuş 

diaqnostik  bölmələrindən  söz  açdı, 

diaqnostik laboratoriyanın Avropanın 

elmi  cəmiyyətləri  ilə  sıx  əməkdaşlıq 

etdiyini  diqqətə  çatdırdı.  Baş  həkim 

qaraciyər xəstəliklərinin müalicəsində 

ən  son  texnologiya  sayılan  “Fibros-

can” aparatı ilə bağlı  Yusuf Yılmazın 

son 3 gün ərzində Klinikada keçirdi-

yi treninq və müayinə etdiyi xəstələr 

barədə  məlumat  verərək  seminarı 

aparmaq üçün sözü universitetin ka-

fedra müdiri, professor-qastroentero-

loq Əlihüseyn Hidayətova verdi. 

Əlihüseyn 

Hidayətov 

qaraciyər 

xəstəliklərinin 

müayinəsində  referens  üsul 

hesab  olunan  biopsiya-

nın  ağır  proses  olduğunu 

bildirərək  “Fibroscan”  apa-

ratının  bu  tip  müayinələrdə 

daha  müasir  və  rahat  tex-

nologiya  olduğunu  diqqətə 

çatdırdı,  qaraciyərin  xroniki 

xəstəliklərinin 

gedişindən 

danışdı.


Y.Yılmaz  da  hər  kəsi  sa-

lamlayaraq  ölkəmizə  səfərindən 

məmnun  qaldığını  söylədi.  “Fibros-

can”  aparatının  üstünlüklərindən 

söz  açan  türkiyəli  mütəxəssis  bu 

aparat  vasitəsilə  qaraciyərin  daha 

böyük  hissəsini  qısa  zamanda 

müayinə  etməyin  mümkünlüyünü, 

aparatın müxtəlif yaş və çəkidə olan 

pasiyentlər  üçün  nəzərdə  tutulmuş 

müayinə  başlıqlarının  olduğunu 

söylədi.  Əksər  Avropa  ölkələrində 

hepatitdən  əziyyət  çəkən  xəstələrin 

müayinəsində  artıq  biopsiya  üsülu 

əvəzinə “Fibroscan”dan istifadə olun-

duğunu diqqətə çatdırdı. O, həmçinin 

“Fibroscan”  aparatının  qaraciyərin 

yağlanmasında da daha dəqiq nəticə 

əldə  etməyə  imkan  yaratdığını  vur-

ğuladı. Sonda dosent  tərəfindən se-

minar  iştirakçıları  üçün  “Fibroscan” 

aparatının iş prinsipi ilə bağlı növbəti 

xəstə üzərində təlim təşkil olundu.

Tədris-Terapevtik Klinikada seminar keçirilib



Yüklə 14,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə