Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans



Yüklə 14,13 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix31.10.2018
ölçüsü14,13 Mb.
#77217
1   2   3   4   5   6

http://www.amu.edu.az

30 oktyabr 2015-ci il

6

Tibb elmi daim inkişaf etməkdə və yeniləşməkdədir. Bu dinamik prosesə qoşulmaq, dünya tibb elminin hər bir yeniliyini, nailiyyətini mənimsəmək, 



bu bilikləri tələbələrə çatdırmaq üçün dərsliklərin və dərs vəsaitlərinin yazılması günün ən vacib məsələlərindən biridir.  

Atlas patoloji fiziologiya fənninin 

tədris proqramına uyğun tərtib edilmiş 

və tibb universitetinin tələbələri üçün 

nəzərdə tutulmuşdur. Mövzular əyani 

materiallar – sxem, cədvəl, alqoritm, 

fotoqrafiya və s. formalarda təqdim 

olunan kitaba əlavə edilmiş, kommpakt 

disk isə onun mətnini tam əks etdirir.  

Dərsiyin əsasında klassik patofizio-

logiyanın nailiyyətləri ilə yanaşı,  ölkə 

patofizioloqlarının elmi nailiyyətləri və 

müəlliflərin patofiziologiya kafedra-

sındakı çoxillik müəllimlik təcrübələri 

durur.

Kitabın fərqli xüsusiyyətlərindən 



biri də odur ki, hər mövzu haqqında 

məlumatlar ayrıca səhifələrdə verilir. Bu 

mövzunun əsas məsələlərini assosiativ 

qavramadan da istifadə etməklə qısa müddətdə əhatə etməyə və yadda 

saxlamağa imkan verir. Atlas tələbələrə praktik məşğələlərə və imtahan-

lara hazırlaşmaqda yardım edir. Klinistlər isə kitabdan məlumatlar sorğusu 

kimi istifadə edə bilərlər. 

“Patoloji fiziologiya Atlas”ı üç dildə - Azərbaycan, ingilis və rus dillərində 

oxuculara təqdim edilən ilk kitabdır. Belə bir atlasın tərtib edilməsi əsas 

iki zərurətdən irəli gəlmişdir. Birincisi, son illərdə yaxın və uzaq xaricdə 

Azərbaycan Tibb Universitetinə təhsil almağa gələn tələbələrin sayının 

artması, ikincisi isə müstəqil respublikamızın beynəlxalq əlaqələrinin 

genişlənməsidir. 

Patoloji fiziologiyanın əsas vəzifəsi orqanizmdə 

yaranan xəstəliklərin səbəblərini, inkişaf mexa-

nizmini, gedişini, nəticələrini və patoloji proseslər 

üçün səciyyəvi olan ən ümumi qanunauyğunluqları 

öyrənməkdir. Bununla yanaşı, tələbələrdə tibbi - 

nəzəri bilikləri klinik şəraitdə tətbiq etmək vərdişinin 

yaradılması da vacibdir. Ona görə də  patoloji fizio-

logiyanın  metodik işləmələrinə situasiya məsələləri 

daxil edilmşdir. Situasiya məsələlərini həll edən 

tələbə klinik- laborator göstəriciləri dəqiq təhlil edib

xəstəyə düzgün diaqnoz qoya bilir, eyni zamanda 

müalicə prinsipləri  haqqında olan biliklərini daha 

da möhkəmləndirir. Situasiya məsələləri tələbələrin 

həm auditoriyada, həm də auditoriyadan kənarda 

sərbəst işləmələri üçün nəzərdə tutulmuşdur. Kli-

nik- patofizioloji istiqamətdə tərtib edilmiş  situasiya 

məsələləri həm tələbələrin sərbəst işləməsinə, 

həm də patofiziologiyadan olan biliklərinə özünün 

nəzarət etməsinə imkan verir. 

Tibb Universitetində mütəxəssis hazırlığının 

çoxpilləli sistem üzrə aparılması və gələcək 

həkimlərin fundamental hazırlığının daha da 

yaxşılaşdırılması 

ilə əlaqədar olaraq, 

tələbələrdə real klinik 

situasiyanı patofizioloji 

baxımdan təhlil etmək 

və patoloji anlayışları 

daha da dərinləşdirmək 

vacibdir. Bütün bunlar  

situasiya məsələləri 

həllinin çox əhəmiyyətli 

olduğunu bir daha 

təsdiqləyir.

Kitab Azərbaycan 

Səhiyyə Nazirliyinin təsdiq etdiyi tədris proqramına 

uyğun olaraq, mövzular üzrə qruplaşdırılmış və 

sonda hər bəhsin bəzi məsələlərinin düzgün həlli 

üçün nümunələr verilmişdir.  

Dilimizdə ilk dəfə yazılan  dərs vəsaiti bu fənn 

üzrə  ali tibb təhsili alan tələbələr, rezidentlər, aspi-

rantlar, klinik ordinatorlar və həkimlər üçün nəzərdə 

tutulmuşdur

.

Hazırladı: M.ƏLƏKBƏRLİ

Tibb elminin qısa inkişaf tarixi ilə başlanan 

kitab 19 fəsildən ibarətdir. Orqanizmin  qurulu-

şunu, ayrı-ayrı orqanların funksiyasını, bilmədən 

onun sağlamlığını qorumaq çox çətindir. Odur 

ki, kitabda əvvəlcə orqanizm və onun quruluşu, 

funksiyalarının tənzimlənməsi, mühit amillərinin 

insan orqanizminə təsiri, sağlamlıq və xəstəlik 

haqqında məlumat verilir, sonra isə ardıcıl 

surətdə orqanizmin ayrı-ayrı sistemlərinin ən 

geniş yayılmış xəstəlikləri təsvir olunur, onların 

müalicəsi, profilaktikası, ilk yardım göstərilməsi 

üsulları aydınlaşdırılır. Sonrakı fəsillərdə ekstre-

mal vəziyyətlər, immun sisteminin patologiyası 

(o cümlədən, dövrün qlobal probleminə çevrilmiş 

QİÇS- qazanılmış immun çatışmazlığı sindromu), 

infeksion xəstəliklər, şiş xəstəlikləri, maddələr 

mübadiləsinin pozulması ilə əlaqədar  xəstəliklər 

sosioloji bəla olan zərərli vərdişlər və onlarla 

mübarizə yolları, xəstələrin şəxsi gigiyenası və 

xəstələrə qulluq, ən çox işlənən dərmanlar və s. 

haqqında məlumat verilir.

Orqanların  xəstəliklərinə uyğun olaraq sınıq 

və çıxıqlarda, diş ağrılarında, qanaxmalarda, 

yaralarda, boğulmalarda, zəhərlənmələrdə, 

sinir xəstəlikləri tutmalarında, donma, elektrik 

zədələnməsi, günvuma 

və s.zamanı ilk yardım 

tədbirləri aydınlaşdırıl-

mışdır.


Bir sözlə, kitabda 

100- dən artıq xəstəlik, 

onların profilaktikası 

və müalicəsi haqqında 

məlumat vardır.

Cəmiyyətimizin 

bəlalarından biri də əhalinin müəyyən qisminin öz 

sağlamlığının ekstrasens adlandırılan hər cür fırıl-

daqçılara etibar etməsidir. Odur ki, kitabın sonun-

cu fəsli telepat və ekstrasenslərin fəaliyyətinin 

təhlilinə həsr edilmişdir. 

Ali məktəblərin bütün fakültələrində tədris 

edilən “Tibbi biliklərin əsasları”bütün ali 

məktəblərdə tədris edilən fənn proqramı 

əsasında yazılmış, müəllim və tələbələr üçün 

nəzərdə tutulmuşdur.  

       Kitabda hər bir ziyalı üçün ən lazımlı tibbi 

biliklər aydın, sadə dildə verilmişdir. Dərslik        

ali məktəb tələbələri ilə yanaşı, sağlamlığını 

düşünən hər kəs üçün çox faydalıdır.

Tibb elmi daim inkişaf etməkdə və 

yeniləşməkdədir. Bu dinamik prosesə 

qoşulmaq, dünya tibb elminin hər bir 

yeniliyini, nailiyyətini mənimsəmək, 

bu bilikləri tələbələrə çatdırmaq üçün 

dərsliklərin və dərs vəsaitlərinin yazıl-

ması günün ən vacib məsələlərindən 

biridir.     

Patoloji 

fiziologiya 

kafedrası-

nın müdiri, 

professor 

Sabir  


Əliyevin 

rəhbərliyi  

ilə kafedranın  professor- müəllim 

heyətinin birgə tərtib etdikləri pato-

loji fiziologiyadan testlər kitabı da 

bu zərurətdən yaranmışdır. Kitab-

da ümumi nozologiya, tipik patoloji 

proseslər, müxtəlif orqan və sistemlərin 

patologiyası bölmələrinin materiallarına 

dair suallar tərtib edilmişdir. Testlərin 

hazırlanması zamanı son illərdə alimlərin rəğbətini qazanmış ən 

populyar və müasir qaynaqlara istinad 

olunmuşdur. Testlər vasitəsilə tələbələrdə 

yalnız müxtəlif patoloji proseslər haq-

qında elmə məlum olan nəzəri biliklərin 

formalaşması deyil, eyni zamanda 

konkret klinik situasiyalarda bu bilikləri 

nə dərəcədə tətbiq edə biləcəkləri də 

araşdırılır. Burada təqdim edilən testlər 

tələbələrə öyrənmək, düşünmək və qərar 

vermək vərdişini aşılayır, müəllimlərə 

isə tələbələrin nəzəri və praktik bilik 

səviyyəsini qiymətləndirmək imkanı verir.       

 Azərbaycan dilində ilk dəfə olaraq 

tərtib edilmiş “Patoloji fiziologiya” testlər 

kitabı  rus və ingilis dillərinə tərcümə 

olunmuşdur.

    Bu kitabdan təkcə Azərbaycan Tibb Universitetinin tələbələri 

deyil, həm də tibbin müxtəlif sahələri üzrə ixtisas alan  (rezidentura 

və s.) həkimlər istifadə edə bilər.

Patoloji fiziologiya 

funadamental elm 

kimi tibb təhsilində 

mühüm yer tutur. 

İnteqrativ tibbi–bio-

loji elm olan patoloji 

fiziologiya nəzəri- tibbi elmlərlə klinik elmlər 

arasında əlaqə yaratmaqla tələbələrdə həkimlik 

təfəkkürünün formalaşmasına yardım edir. Ona 

görə də son zamanlar əksər ölkələrdə yuxarı kurs 

tələbələrinə klinik patofiziologiyanın tədris olun-

ması mərsədəuyğun hesab edilir. 

Hal-hazırda nəinki  MDB ölkələrində, həm də 

Amerika, Avropa və Kanadada  patoloji fiziolo-

giya fənninin ali tibb təhsilində tədrisinə böyük 

əhəmiyyət verilir.

Təqdim edilən yeni dərslik tədris proqramı-

na uyğun olraq mövzular üzrə quruplaşdırılmış 

və patofiziologiya fənni üzrə tədris prosesinə 

rəhbərlikedici vəsait formasında yazılmışdır. 

Kitabda ümumi nozologiya və tipik patoloji 

proseslərə aid olan mövzular geniş və mü-

asir səviyyədə şərh edilmişdir. Bu dərsliyin 

I hissəsində xəstəliklərin səbəbləri, inkişaf 

mexanizmləri, gedişi, nəticələri, müalicə və profi-

laktikasının əsas prinsipləri, müxtəlif patologiyalar 

üçün səciyyəvi olan ümumi qanunauyğunluqlar, 

sağlamlığın mexanizmləri geniş şərh edilmişdir. 

Əvvəlki dərsliklərdən fərqli olaraq, kitaba yeni 

mövzular (“İnfeksion proses”, “Narkomaniya 

və alkoqoholizm”) da əlvə olunmuşdur. Kitab-

dakı mövzular müasir məlumatlardan istifadə 

edilməklə yenidən işlənmiş, daha ətraflı şərh 

edilmişdir. Dərslikdəki mövzuların daha yaxşı 

mənimsənilməsi üçün mətndəki şəkil və sxemlər 

rəngli verilmişdir. Bütün bunlar dərsliyin ali tibb 

təhsili alan tələbələrin patoloji fiziologiya fənninin 

öyrənilməsində önəmli yer tutacağına əsas verir.

Kitabdan təkcə ali tibb təhsili alan tələbələr 

deyil, həm də baza ali tibb təhsili əsasında rezi-

denturaya qəbul olmaq istəyən məzunlar, müxtəlif 

klinikalarda və elmi-tədqiqat müəssisələrində 

çalışan həkimlər də istifadə edə bilərlər.

Kafedranın kitab rəfi

     S.C.Əliyev, M.X.Əliyev: “Patoloji  fiziologiyadan Atlas” 

Rəyçilər: AMEA- nın müxbir üzvü, professor, 

F.İ.Cəfərov,

 professor 

M. M.Cahangirov; Elmi redaktor : dosent 

N.C.Mikayılzadə 

(Dərslik)  Bakı , “Azərbaycan”nəşriyyatı,  2008.- 472 səh.

     S.C.Əliyev, İ.H.Musayev: “Patoloji  fiziologiyadan situasiya 

məsələləri” Rəyçi: AMEA -nın müxbir üzvü, professor, 

F.İ.Cəfərov; 

Elmi redaktor: professor C.T.Məmmədov ( Dərs vəsaiti)  Bakı – 

“Təbib”,  2010.- 282 səh.

S.C.Əliyev, H.M.Hacıyeva, 

N.C.Mikayılzadə: 

“Tibbi biliklərin 

əsasları” Elmi redaktor: professor F. Y. Talıbov;  Rəyçilər: AMEA- nın 

müxbir üzvü, professor,

 F.İ.Cəfərov, 

professor C.H.Təqdisi, professor 

Ə.M.Hüseynov, dosent İ.H.Musayev; (Dərslik)  Bakı – “Təbib”,  

2013.- 520 səh.

 S.C.Əliyev, Y.C.Məmmədov, M.X.Əliyev, İ.H.Musayev, 

M. A.Pənahi, 

N.C.Mikayılzadə, 

Ə.Ə.Quliyeva, S.H.Əliyev, 

G.H.İbrahimova, M.B.Talışinskaya, A.C.Əliyeva, T.R.Əliyeva, 

C.T.Əliyeva, S.A.Səmədova, S.İ.Hacıyeva, L.X.Səfərəliyeva: 

“Patoloji  fiziologiya” (Testlər); Rəyçilər: professor 

M.M.Cahangirov, professor A.M.Məmmədov; Bakı – “Təbib”,  

2011.- 310 səh.

  

     S.C.Əliyev, M.X.Əliyev; Müəlliflər heyəti: M. A. Pənahi, 

N.C.Mikayılzadə, 

Ə.Ə.Quliyeva, S.H.Əliyev, G.H.İbrahimova, 

A.C.Əliyeva, M.B.Talışinskaya, S.A.Səmədova, C.T.Əliyeva, 

S.İ.Hacıyeva, Ş.M.Hüseynova, T.R.Əliyeva: “Patoloji  

fiziologiya” Elmi redaktorlar: ə.e.x.professor S.C.Əliyev, 

M.X.Əliyev;Rəyçilər: AMEA -nın müxbir üzvü, ə.e.x. professor, 

Z.Ö.Qarayev, RTA-nın akademiki, professor A.M. Məmmədov, 

b.ü.e.d. Ü.F.Həşimova, professor Ə.H.Əliyev, professor 

Ə.B.Həsənov; (Dərslik) I-II hissə; Bakı – “Təbib”,  2015.- 628 səh.



Yüklə 14,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə