115
mətləndirir. Nə isə… yenə də Fridanın bir qədər yorğun və
sakit səsi eşidildi:
– Bütün dediklərini anlayıram, Şeyda. Lakin, axı məhəbbət
hissi bir yana, mənim qızlıq qürurum da var. Bu hissi alçalt
maq nə dərəcədə düzgündür, bunu anlayırsanmı? Anlayır
sanmı ki, rədd ediləcəyimi qabaqcadan bildiyim halda Sentiyə
onu sevdiyimi deyərəmsə, özümözümü nə qədər alçaltmış
olaram? Yox, Şeyda, əsl insan kimi yaşamaq üçün bəzən, yeri
gələndə, öz saf hisslərini də boğmağı gərək bacarasan.
Bütün bu söhbətlərdən sonra onların hər ikisi xəyala dal
mışdılar. Şeyda düşünürdü: – Yox, mən düzgün hərəkət
etmədim. Öz yersiz suallarımla onun hisslərini təlatümə
gətirərək, bəlkə də açılması lazım olmayan, daxilində gizli sax
ladığı öz intim hisslərini açmağa məcbur etdim. Bəzən insanın
daxili aləmində elə hisslər yurd salır ki, müəyyən vasitələrlə
həmin insanı bu hissləri açmağa məcbur etmək özözünü al
çaltmaq deməkdir. Yox, bu mənim üçün bağışlanılmaz bir
səhvdir. Mən öz rolumu düzgün oynamadım. Onsuz da, ya
ralanmış bir ürəyə toxundum, həsrətdən alışıbyanan bir qəlbi
daha da alovlandırdım. Artıq gecdir. Mən gərək bütün bun
ları əvvəlcədən düşünəydim. Həyatda buna oxşar hadisələr
həddindən çoxdur. Ax… necə olub ki, bütün bunlar mənim
nəzərimdən yayınıb və mənim belə bir hərəkət etməyim üçün
zəmin yaranıb. Bəzən həddindən artıq fəallıq göstərməyin
özü də ziyandır. Xoşbəxt o adamdır ki, şəraitdən asılı olaraq
həyatda öz rolunu düzgün oynaya bilir. O, bu hərəkəti üçün
özünü müqəssir sayırdı. Odur ki, Fridanın gözlərinin içərisinə
düzgün baxmağa belə utanırdı.
Xəyallar Şeydanı öz əsrarəngiz qanadlarının üstünə alıb
demək olar ki, xarici aləmdən təcrid etmişdi. O düşünürdü.
Doğrudan da, mən heç Fridanın düşdüyü vəziyyəti düzgün
116
qiymətləndirməmişəm. Senti ilə görüşüb danışmaq onun
üçün həddindən artıq xoş və çılğın anlar olar. Lakin o, belə
etmək istəmir. Görünür onu belə hərəkət etməyə məcbur
edən düşdüyü vəziyyətdən əlavə bir də insanlıq ləyaqətiymiş.
İnsan öz mənliyini və şəxsiyyətini uca tutmaq üçün hökmən
öz ləyaqətini gözləməlidir. Əkstəqdirdə, o, insan şəklində
heyvana çevrilə bilər. Bütün bunlar Şeydanın xəyalından öz
silinməz izlərini buraxaraq keçir və ona öz məzmunları ilə
doğru yol göstərirdi. Bu, belə də olmalı idi. Öz əməlinin son
nəticəsini gec də olsa başa düşən bir insan üçün həyat heç
də seyr etdiyi hadisələr yığınından ibarət deyildir. İnsan nə
qədər öz düzgün olmayan hərəkətlərini düzəltməyə çalışarsa
və öz hərəkətləri üzərində nəzarət etmiş olarsa, o qədər paklı
ğa və təmizliyə doğru meyl etmiş olar. O, xanımının tutduğu
mövqeyə öz səmimi münasibətini bildirərək dilləndi:
– Kamil bir insanın ağıl və kamalı heç də istifadəsiz qalma
dığı kimi, daxilən baş qaldıran sevgi hissi də istifadəsiz qal
mamalıdır. İnsan daxili aləmində, insan ürəyində sevgi hissi
yaranmışsa, deməli, o insan kimisə, nəyisə sevir və bu varlıq
onun üçün ideal bir mövcudluqdur. Özü də yaranmış bu sev
gi hissi nəinki adi insan iradəsinə tabedir, hətta ən sərt insan
iradəsini də özünə tabe edə bilər. Belə bir vəziyyətə düşən
insan öz iradəsinin gücü ilə yalnız maksimum bu işi görə
bilər ki, öz sevgi hissini daxili aləmində gizli saxlaya bilsin,
yeri gələrsə, onu sevdiyinə bildirməsin. Mənim xanımım, indi
siz də belə bir vəziyyətdəsiniz. Həyatda hər kəs yalnız dözə
biləcəyi qədər sevinc və kədər hissi ilə yüklənə bilər. Yoxsa,
əkstəqdirdə, düşünməyi və duymağı bacaran bütün canlı
lar vaxtından əvvəl məhv olardı. Ümumiyyətlə, yaşamaq və
həyat maraqsızlaşardı.
117
Öz hissi ehtiyaclarını kiminləsə bölməyə çalışan Frida Şey
danın simasında öz axtardığı olmasa da, ona yaxın bir var
lığı görürdü. Bəzən insanın nəinki yaxını ilə, hətta tamamilə
kənar bir adamla bir qədər səmimi söhbəti ona daxilən əzab
verən hər hansı bir narahatlığı xeyli sakitləşdirə bilir. Odur
ki, Frida üçün Şeyda kimi bir müsahiblə söhbət etmək heç də
darıxdırıcı deyildi. Belə bir şəraitdə söhbəti bir qədər də qızış
dırmağa çalışan Frida xoşqılıq bir səslə dedi:
– Həyatda heç kəs arzusunda olduğu bir fikrin həyata
keçməməsini istəmir, bu təbiidir. Lakin bəzən insanın daxi
li aləmində elə hisslər, arzular baş qaldırır ki, onların həyata
keçməsini arzulamaq belə, təmiz bir qəlb üçün ləkə ola bilər.
Özü biləbilə öz qəlbini ləkələyən kəs isə insana xas olan han
sı xüsusiyyətlərinsə birindən məhrumdur. Bax indi mənim
düşdüyüm vəziyyət də tamamilə belədir. Sentini sevirəm,
lakin onun Searanı sevdiyi də mənə aydındır. Əgər mən bü
tün bunları biləbilə Senti ilə birləşmək üçün müəyyən sahədə
fəaliyyət göstərməyə çalışıramsa, o zaman özüm öz vicdanı
mı, qəlbimi ləkələmiş olaram. Bu isə aydındır ki, doğru yol
deyildir. Yenə də ən yaxşı vasitə öz sevgimi daxilimdə giz
li saxlamaqdır. Bu mənim üçün dözülməz və çətin olsa da,
əzablı və yandırıcı olsa da, mən belə etməliyəm. Heç kəsin
qarşısında günahkar olmamaq üçün belə etməliyəm, Şeyda.
İnsanın öz ömrünü əsl bir insan kimi başa vurması üçün onun
daxili saflığı və paklığı birinci şərtdir. Yoxsa, əkstəqdirdə,
bünövrəsi şeytan əməlləri üzərində qurulmuş başdanbaşa
hiylə və məkrdən ibarət olan bir cəmiyyət meydana gələrdi.
Belə bir cəmiyyətin üzvləri isə yalnız bəd niyyətlər sahəsində
məşhurlaşardı. Bütün bunları xüsusi diqqətlə dinləyən Şeyda
üçün Frida qəlbi daha yaxın və aydın olurdu. Həyatdan heç
də xoşbəxtlik hədiyyələri almamış Frida qəlbi nə qədər bö
Dostları ilə paylaş: |