112
– Ax, mənim xanımım, – deyə Şeyda dilləndi: – Siz özünüzə
nə qədər əzab verirsiniz? Heç olmasa qıraqdanqırağa da olsa
öz sevdiyinizi bir dəfə görmək üçün təşəbbüs göstərin. Sizə
sədaqətlə
söz verirəm ki, bu işdə öz köməyimi əsirgəmərəm.
Frida onun sözünü nəzakətlə kəsdi: – Ey Şeyda… Şeyda…
Müəyyən hadisələrin gedişini kənardankənara izləməklə
hadisələrin gedişində iştirak etməyin arasındakı fərq çox bö
yükdür. Yaxşı bilirsən ki, Sentini bir anlıq görmək mənim üçün
nə deməkdir. Lakin qismətim olmayacaq bir varlığı mənim
üçün xoş olan bir görüşlə narahat etməyə dəyməz. Axı, mən
onu sevirəm. Məni bəlkə də qane edən bir görüşlə sevdiyi
min narahat ola bilməsini necə rəva görə bilərəm? Axı, mən
öz məhəbbətimin nakamlığından əzab çəkib kədərləndiyim
halda, niyə başqasının sevincinə də öz kədərimi sirayət edim?
Şeyda, mən Senti ilə görüşə bilərəm. İnsan ağlı onun hə
rəkətlərini nizamlayan bir vasitədir. Mən öz düzgün olmayan
hərəkətlərimlə bu vasitənin rolunu məhdudlaşdıra bilmərəm.
Qoy Senti məni o dünyaya gəlibgetmiş bir varlıq kimi ta
mam unutsun. O məni sevməsə də, hər halda öz hisslərimi
ona bildirməsəm də, onu sevdiyimi bəlkə də duymamış de
yildir. Qoy bu duyğu onda, dənizdə öz istiqamətini düzgün
təyin etməyib yerində dövrə vuran gəmitək müəyyən hədd
çərçivəsindən kənara çıxmasın. Qoy Senti Seara ilə öz ara
sında olan tükənməz sevgiyə kənardan həsrətlə və qibtəylə
baxan bir
şəxsin olduğunu hiss etməsin, duymasın, Şeyda.
Şeyda sakit bir görkəmlə Fridanı dinləyirdi. Şimaldan əsən
külək onun alnına tökülmüş tellərini sığallayırdı. Həyata
ümidlə baxan gözləri bu məsum qızı xüsusilə gözəl və yara
şıqlı göstərirdi. O, zahirən sakit görünsə də, daxilən həyəcanlı
idi. Bu da səbəbsiz deyildi. Xanımının vəziyyəti onu narahat