119
öz hissi ehtiyaclarını təmin edə biləcək bir qüvvəni özünə cəlb
etməyə müyəssər ola bilməmişdir. Həyatda isə bundan əzablı
bir yaşayış yoxdur. Sevəsən, sevdiyinə yaxın olasan, özünü
isə ondan gizlətməyə çalışasan. Bundan böyük nə bədbəxtlik
yoxdur, nə də ki xoşbəxtlik. Belə bir hissi yaşamaq isə hər bir
insana nəsib ola biləcək nə bədbəxtlikdir, nə də ki xoşbəxtlik.
Sanki bu hiss bədbəxtlik və xoşbəxtlik toplusundan uzaq olan
üçüncü bir haldır. Bu halı yaşamaq üçün isə, birinci növbədə,
geniş ürəyə, möhkəm iradəyə və təmiz vicdana malik olmaq
lazımdır. Əkstəqdirdə öz cılızlığını və miskinliyini üzə çıxara
bilərsən. Bütün bu hisslər yığınını birbir xəyalından keçirən
Şeyda,
nəhayət ki, öz düşüncələrindən ayrıldı.
Deyəsən, bayırda möhkəm külək əsirdi. Bunu ağacların bu
daqlarının birbirinə toxunmasından yaranan səsdən, küləyin
surətli hava axınından yaratdığı vıyıltıdan hiss etmək olardı.
Demək, sözün əsl mənasında qar yağayağa möhkəm külək
əsirdisə, bayırda çovğun idi. Pəncərələrin gözlükləri içəridən
tərləmişdi. Çırtıltı ilə yanan bərk meşə odununun yaratdı
ğı istilikdən təbii ki, belə də olmalı idi. Ümumiyyətlə, təbiət
öz işini görməkdə idi. İnsanlarsa onlara lazım olacaq sahədə
fəaliyyət göstərməkdəydilər. Kaş bircə hər kəsin yaşayış tərzi
öz istəyincə və gözəl olaydı. Bax, o zaman insanların həyat
tərzləri arasındakı müxtəlif ziddiyyətlər və təzadlar da ara
dan qalxmış olardı. Təəssüf ki, belə bir təzadın aradan qal
dırılmasını göstərən nümunə hələ ki, yoxdur. Lakin yüksək
şüurlu hər bir canlıya öz varlığı kimi aydın olmalıdır ki, daimi
inkişafda olan həyat həmişə irəliləyişə və mədəniyyətə doğ
ru dəyişilməlidir. Nə isə… belə xarici mühitlə əhatə olunmuş
Şeyda, nəhayət ki, dilləndi:
– Xanımım, mən sizin geniş ürəyinizə və möhkəm iradənizə
qibtə edirəm. Siz özünüzü xoşbəxt hesab etməlisiniz ki, əsli