Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

130
kiçik qızını isə Fransa boya maddələri sahibkarı qraf Dareyə 
ərə verdi. Qraf A… kürəkənlərinin hər ikisi kübar cəmiyyətinin 
nümayəndələri olmaqla yanaşı, həm də xeyli miqdarda var­
dövlət sahibi idilər. Onlar kapitalizm cəmiyyətində öz sərvət­
lərinin gücünə öz həyat şəraitlərini istədikləri kimi qurmağa 
qadir idilər. Bundan əlavə kürəkənlərin işi elə idi ki, qraf A… 
onlarla, kürəkənlər isə qraf A… ilə daim ticarət münasibətlərinə 
girə  bilərdilər  və  yaxud  da  yeri  gələrsə,  müxtəlif  şirkətlərlə 
rəqabət aparmaq üçün öz müəssisələrini müvəqqəti də olsa 
birləşdirə bilərdilər. Bu isə insanın gündəlik həyat şəraitinin 
təsadüfə  bağlı  olduğu  bir  cəmiyyətdə,  belə  bir  cəmiyyətin 
üzvü  üçün,  ən  doğru  yol  idi.  Öz  cəmiyyətinin  oğlu  olan 
qraf  A…  bütün  bunları  yaxşı  anlayırdı.  İkinci  bir  tərəfdən, 
bu qohumluq qızları üçün də pis deyildi. Öz təbiətlərinə və 
tərbiyə üsullarından yaranan vərdişlərinə görə istədikləri ar­
zularına çatan qızlar zəhmətsiz, alın təri axıtmadan bol pul­
la  təmin  olunacaqdılar  və  onlar  bu  pulları  istədikləri  kimi 
xərcləyəcəkdilər. Kürəkənlərin hər ikisini düşündürən məsələ 
qraf A…­nı qızlarına qoşacağı cehizlər idisə, qızların da hər 
ikisini düşündürən məsələ ərə gedəcəkləri kəsin var­dövləti 
olmuşdu. Kapitalist dünyagörüşü daxilində qızlar atalarının 
bu  xeyirxahlığından  narazı  ola  bilməzdilər.  Çünki  onlar  bu 
yolla öz mühitlərinin tələb etdiyi sərvətə nail olurdular. Bu­
radan ortaya belə bir məsələ də çıxır, hansı əqidəyə nail olur­
san  ol,  öz  arzuna  çatmaq  üçün  hökmən  mübarizə  aparmaq 
lazımdır.  Əks­təqdirdə,  həyat  səndən  öz  arzuna  çatmaqdan 
ötrü  müxtəlif təsadüflərə bel  bağladığın  üçün öz intiqamını 
alar, sən arzuna çata bilməzsən. Bu isə həyatda yaşayan hər 
bir canlı üçün məhv olmağa bərabər bir haldır. 
Aradan  bir  müddət keçir. Artıq  qraf A…  qocalmışdır.  O, 
sanki öz ölümünün yaxınlaşdığını hiss edib, qızlarını yanına 


131
çağırtdırır. Qızları atalarının çağırışına gəlirlər. Qraf A… hər 
ikisini süzüb sözə başlayır: 
–  Övladlarım,  ömrümün  son  anlarını  yaşadığımı  hiss 
edirəm. Həyatda demək olar ki, heç bir arzum qalmamışdır. 
Sizi  xoşbəxtliyə  çatdıra  bildiyim  üçün  şadam.  Xoşbəxt  ata­
yam  ki,  ömrümün  son  anlarını  ərsəyə  çatmış  övladlarımın 
gözlərinin qarşısında yaşayıram. Həyatdan köçməyə hazırla­
şan bir kəs üçün bundan böyük bir xoşbəxtlik ola bilməz. Təki 
siz mehriban və şad yaşayın. İndi isə əllərinizi mənə verin. 
Onlar hər ikisi əllərini atalarına uzadırlar. Ataları onların 
əllərini birləşdirib sözünə davam edir: – Bilirəm, bu əllər bir 
azdan yenə də ayrılacaqdır və mənim atalıq qayğım sizin üçün 
yenə də iki bərabər hissəyə bölünəcəkdir. Mən istəyirəm ki, öz 
ömrümü sizə bağışlayandan sonra, mənim sərvətim də sizin 
aranızda  belə  bərabər  hissəyə  bölünsün.  Bunları  deyib  qraf 
A… əbədi olaraq gözlərini yumdu. Qızları üçün isə gözlənilən 
son nəticə onun ağzından çıxan axırıncı sözləri oldu. Mərhum 
qraf A…­nın qızları Klara və Seara idi. 
FƏSİL 11 
Paris şəhəri. Artıq burada da yazın ilk rişələri görünmək­
dədir. Qarlı və çovğunlu qış özünün bütün sazaqlı və şaxtalı 
əlamətləriylə arxada qalmışdır. Sanki təbiət ilk cücərtiləri və 
çiçəkləri ilə üzərində yaşayan, onu duymağa və qavramağa 
malik  olan  bütün  canlılara  «həyatda  yaşamaq  doğurdan  da 
gözəldir»  fikrini  əyani  surətdə  sübut  etməyə  çalışır.  Təbiət 
elə bir görünüşə malik idi ki, ən kobud hissləri belə tumar­
lamağı bacarırdı. Sanki təbiətdəki bu dəyişikliklərlə əlaqədar 
insanların psixologiyasında da dəyişikliklər əmələ gəlmişdi. 


132
Onlar  bir­biri  ilə  zarafatlaşır,  ətrafı  şən  qəh­qəhələrlə  daha 
da rəngarəngləşdirirdilər. Bu insanı valeh edən ruhoxşar ça­
larlığa quşlar da bizim üçün qayğısız görünən öz nəğmələri 
ilə  gözəl  əlavələr  edirdilər.  Bir  sözlə,  sanki  təbiət  insanlara, 
insanlarsa  təbiətə  gözəl  görünməyə  çalışırdılar.  İlin  belə  bir 
fəslində də öz ruhi düşkünlüyünü aradan qaldıra bilməyən 
kəs öz taleyindən küsməlidir. Həyatda xoş bir ümidlə yaşa­
maq istəyən hər bir kəs isə özündə sağlam ruh tərbiyə etməyi 
bacarmalıdır. Onsuz da bizi qane etməyən ömür payımızdan 
artıq bir neçə qəlpə də qoparmamaqçün. Bəli, təbiətin belə bir 
görünüşə malik olan vaxtı idi. 
Təbiətin bu qış çağında Klara ilə Seara qraf Şoka məxsus 
malikanənin bağçaya tərəf olan otaqlardan birinin külafirən­
gisində  əyləşib  söhbət  edirdilər.  Qadınlara  məxsus  xüsusi 
şirinliklə edilən bu söhbətin əsas məğzi, onların öz gündəlik 
həyat şəraitindən, tələbatından irəli gələn məsələlərdən ibarət 
idi. 
Kimsəni  isə  özünə  cəlb  etməyə  çalışan  qadınların  rolunu 
bütün incəlikləri ilə məharətlə oynamağa çalışan Klara sözə 
başladı. Bu səsdəki cəlbedicilik, doğurdan da, böyük cazibə 
qüvvəsinə malik idi. O, incə bir səslə dedi: 
– Düzdür, Seara, biz bir övlad kimi atamız tərəfindən bi­
zim  üçün  miras  qalan  hər  nə  vardısa  öz  aramızda  bərabər 
surətdə bölüşdürdük. Lakin çox təəssüf edirəm ki, bu küllü 
sərvətin  özü  belə,  yenə  də  mənim  ruhumu,  eynimi  o  qədər 
də  açmağa  malik  deyildir.  Ər  evi  mənim  cismimlə  birlikdə 
sanki  hisslərim  üçün  də  dustaqxanaya  çevrilmişdir.  Düz­
dür,  çox  vaxt  istədiyim,  arzu  etdiyim  şəkildə  öz  hisslərimi 
istiqamətləndirirəm. Lakin, rəsmiyyət xatirinə də olsa, mən bu 
evə gəlməliyəm. Bilirəm, ərim qraf Darenin mənə qarşı olan 
münasibəti, mənim ona qarşı oynadığım rolun sanki təkrarıdır. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə