156
Bu sözləri Sentiyə deyəndən sonra Seara özünü həddindən
artıq yüngülləşmiş və rahat hiss etdi. Hiss etdi ki, deyilməsi la
zım olan sözü ürəkdə saxlamaq insana həddindən artıq daxili
narahatlıq və dalğınlıq bəxş edir. Sentiyə gəlincə isə, o, Sea
ranın son sözlərini həddindən artıq xoşbəxtcəsinə və qürurla
qarşıladı. Odur ki, çılğın bir ehtirasla sevdiyi Searanı yenidən
qucaqlayıb qolları arasına aldı və inamlı bir səslə dedi:
– Mənim üçün həyatda ancaq bir Seara vardır, o da qarşım
dadır. Özü də dünyanın bütün qrafinyalarından mənim üçün
üstün və gözəldir. Əsl sevgi də elə budur. Sevdiyin kəsə qarşı
olan sevginə və onun yeganəliyinə inanasan və o sevgi üçün
ölümə belə getməyə hazır olasan.
FƏSİL 14
Senti yuxudan ayılanda artıq səhər bütün naznemətləri
ilə açılmışdı. Günəşin zər şəfəqləri sanki narazılıq salma
maq üçün hər yana bərabər səpələnmişdi. Xəfifxəfif pıçılda
şan yarpaqlar torpaqda öz əkslərini böyütmək üçün elə bil
ki, daha da yuxarı qalxmaq həvəsi ilə yırğalanırdılar. Təzə
tər çiçəklərin malikanənin ətrafında yaratdığı çalarlıq insanı
valeh edirdi. Bir sözlə, qaynayan həyat gözəl təbiiliyi ilə öz
işini davam etdirirdi. Senti də bu qaynar həyatın kiçik bir
hissəsi kimi, bütün gördüklərini və hiss etdiklərini qucmaq
istəyirdi. Onun düşüncəsi təmiz, fikirləri saf idi. Öz qəlbini
çirkablardan təmizləmək heç də asan deyildir. Bu işi baca
ranlara isə səadətin sükanını etibar etmək olar. Böyük ehti
ras və məhəbbət sahiblərinin əlində qarşıya çıxan maneələr
ram ediləndi. Məhz Senti də belə pak keyfiyyətlərə malik
məhəbbət və ehtiras sahiblərindən idi. O, cəsarətli üzgüçü
157
kimi özünü həyatın çağlayan dalğaları arasına atdı. Cəsarət
bəzən mümkün olmayan işləri də mümkün edər. Mübariz in
san odur ki, öz cəsarətini özündə tapa bilir. Qaynar həyatın
ən burulğanlı yerinə həyatın heç bir müsibətindən qorxmayan
insanlar baş vura bilər. Çox hallarda da bu insanlar öz arzu
və məqsədlərinə çatarlar. Onlara qorxunc görünən yalnız bu
burulğana baş vuranadək ürəklərini didən şübhələr olar. Elə
ki hər şeyi unudub yalnız öz məqsədləri uğrunda mübarizəyə
başlayırlar, daha onların qarşısına çıxan maneələrin heç bir
qorxusu yoxdur. Bu işi isə qəlblərini mum kimi yumşaq, daş
kimi sərt etməyi bacaran insanlar edə bilərlər. Senti də belə
insanlardan idi.
Artıq Searanın mənzilinə köçən Senti səhər yeməyini Seara
ilə birlikdə iştaha ilə yedi. Onu da qeyd etmək lazımdır ki, iki
sevən ürək artıq qanunla da birləşdirilmişdi. Nə isə… Səhər
yeməyini yeyəndən sonra Senti Searaya müraciətlə dedi:
– Həyatım, bu yoxsul həyatımız səni darıxdırmır ki, axı…
Seara nəzakət çərçivəsindən heç də kənara çıxmadan gülə
rüz və mülayimliklə Sentinin sözünü kəsdi və söhbəti başqa
istiqamətə yönəltməyə çalışdı:
– Heç də yox, mənim əzizim. Səninlə bir yerdə olmaq,
səninlə söhbət etmək mənim üçün hər şeydən artıqdır. Bir də
ki, o, Sentiyə bir qədər pul uzadaraq sözünə davam etdi: –
Bu pulları götür hələlik iş tapana qədər xərcləyərsən. İnsan
hər açılan yeni sabaha ümid və inamla yanaşmasa yaşayışının
mənası olmaz. Senti Searanın uzatdığı pulu aldı və onun eşq
və ehtirasdan alışıbyanan gözlərindən öpüb dedi:
– Doğrudur, Seara, insan hökmən böyük ümidlərlə ya
şamalıdır, səhərinə inamla baxmalıdır, lakin bu günü ilə
də mübarizə aparmağı unutmamalıdır. O, bu sözləri de
yib iş tapmaq ümidiylə evdən çıxdı. Sentinin həyatında baş
158
verən dəyişiklik onda kişilərə məxsus bir qürur hissi oyat
mışdı ki, məhz bu hiss də Sentini həyatdan, onun hər bir
müvəffəqiyyətindən sarsılmamağa – mübarizəyə səsləyirdi.
O, iş tapmaq ümidi ilə müxtəlif sahibkarların müəssisələrinə
baş çəkəçəkə düşünürdü: – Mən hökmən işləməliyəm. Həyat
mənə böyük bir xoşbəxtlik bəxş etmişdir. Mən öz sevdiyim
qadınla qovuşa bilmişəm. Bəs belə olan təqdirdə rəvadırmı ki,
öz sevdiyimi maddi ehtiyac içində sızıldadam? Onun öz ürəyi
istədiyi kimi yaşamasına şərait yarada bilməyəm? Sanmayın
ki, iş tapandan sonra alacağım maaşla və atamın göndərdiyi
tək məni dolandıra biləcək cüzi xərcliklə həyatımızı yaxşılığa
doğru köklü dəyişikliyə uğrada biləcəyəm. Bu heç də kapita
lizm cəmiyyətində mümkün olan iş deyildir. Lakin hər halda
biz özümüz üçün müəyyən şərait yarada bilərik. Ona görə də
hökmən və hökmən mən iş tapmalıyam.
Təxminən Seara ilə yaşamasından bir ay keçirdi, lakin Senti
hələ də iş tapmamışdı. Yoxsulluq öz zəhərli pəncəsini onların
evinin astanasından içəri qoysa da, bu iki sevən qəlb arasında
incikliyə səbəb olmağa cürət etmirdi. Təmiz hisslərdən yara
nan atəşin duyğuları söndürməyə qabil başqa bir hiss yoxdur.
Olsa da o hiss məsumluq qarşısında əvvəlaxır baş əyməlidir.
Parisdə Klara və onun kavalerləri kimilər az olmadığı kimi,
Seara, Senti, Frida kimilər də az deyildilər. Birincilər öz hü
quq larını saxlamağa çalışsalar da, ikincilər insani hüquqlar
uğrunda mübarizə aparırdılar. İkincilərin səsi hələ nə qədər
zəif olsa da, gectez birincilərin milyonlarla pul hesabına
çıxan səslərini boğmağa qadir özlərində qüvvə tapacaqdılar.
Bir ovuc şəxslərin nəşəylə gün keçirməsi milyonların əməyi
hesabınadırsa, gectez öz hüquqları uğrunda mübarizə apa
ran milyonların doğan işıqlı günəşi həmin o bir ovuc istismar
çıları yandıracaqdır, bu, bir həqiqətdir. Senti də bunu bütün
Dostları ilə paylaş: |