149
özünü ələ alıb aralığa çökən sükutu öz həyəcanlı səsi ilə sın
dırdı: – Seara, mənim həyatım, sənin fikirlərinlə razılaşma
dığım üçün məni bağışla, çünki bu yolun son nəticəsi mənə
qaranlıq görünürdü. Unutma ki, mənim dünyanın heç bir
sərvətində gözüm yoxdur. Mənim üçün dünyanın ən qiymətli
sərvəti sənsən. Lakin bununla belə, əgər biz sənin dediyin yol
la hərəkət etsək, qraf Şoku zəhərləsək, o zaman mən vicdanı
ləkələnmiş və özümün indiki pak və təmiz ürəkli Searamı itir
miş olaram. Bu isə mənim üçün ən böyük əzab və işgəncə olar.
Ona görə də sən mənim üçün dünyanın ən qiymətli sərvəti
kimi lazımsan və mən səni itirmək istəmirəm. O, bu sözləri
deyib susdu. Araya bir neçə dəqiqəlik sükut çökdü. Bu sükutu
yalnız təktək cikkildəşən quşların səsi və yaz böcəklərinin vı
zıltısı pozurdu. Ümumiyyətlə, zamanın bu bir neçə dəqiqəlik
gedişi bu iki müsahib arasında sükutla qarşılandı. Hər halda
isə zaman inkişafda idi. Həyat irəliyə doğru inkişaf edirdi. Bu
isə labüd idi. Nə isə… Yaranmış sükutu öz incə və hərarətli
səsi
ilə pozan Seara nəhayət ki, dilləndi:
– Əzizim Senti, həyatın insanlara bəxş etdiyi ən böyük
xoşbəxtlik ondan ibarətdir ki, insanlar öz fikirlərini bir
birlərinə çatdıra bilirlər, onlar birbirlərini duyur və anlayırlar.
Mənim fikrim sənə çatdığı kimi, mən də sənin fikrini anladım
və bununla bərabər hiss etdim ki, öz fikrimdə həddən ziyadə
yanılmışam. Bir də ki, Senti, mənə hansı gözlə baxırsan bax, lap
təhqir etsən də belə dözərəm, mən bütün bunları sənin xətrinə
etmək istəyirdim. İstəmirdim ki, hələlik heç bir yerdən gəliri
olmayan, yalnız atasının göndərdiyi cüzi tələbə xərcliyi ilə
dolanan bir şəxsin gündəlik qayğı və tələbatları mənim ucba
tımdan, məhz mənim ucbatımdan bir qədər artmış olsun. Axı,
mən də insanam, axı, mənim də ürəyim var. Hiss edirəm ki, bu
yük sənin üçün ağır, çox ağır ola bilər. cəmiyyətimizin həyat