150
şəraiti də elədir ki, istədiyin vaxt iş tapmaq mümkün deyildir.
İstədiyin vaxt hər hansı bir işlə pul qazanmaq olmur. Elə ona
görə də mən belə bir təklifi, doğrusu, heç də ürəyimdən olma
yan və mənim insanlıq qiymətimi hər an belə aşağı salmağa
malik olan bir təklifi irəli sürdüm. Bunun üçün, belə bir təklifi
irəli sürdüyüm üçün dediyim sözlərlə heç də özümü təmizə
çıxarmaq fikrində deyiləm. Lakin bircə onu demək istəyirəm
ki, sənin belə bir təkliflə razılaşmamağın məni həddindən ar
tıq vüqarlandırdı və səni mənim nəzərimdə daha da ucaltdı.
Bir pak insan kimi öz mənliyini və ləyaqətini qorumaq, do
ğurdan da, çətin işdir, ancaq şərəflidir. Sən öz tutduğun yolla
bu çətinliyə sinə gərdin və həqiqətən də insanlıq şərəfinə layiq
olduğunu sübut etdin.
Seara indi duydu ki, artıq ifrat dərəcədə varlanmaq və
nəşəylə yaşamaq üçün vicdanı ləkəsiz həyat sürmək mümkün
deyildir. Pul insan üçün hər şeyə çevrilə bilən bir mühitdə in
san da pul üçün hər şeyə çevrilə bilər. Öz xoşbəxtliyinə ləkə
qatıb əzablı səadət istəməyən Seara mənəvi simasını dəyişmək
üçün özündə qüvvə tapmağa başladı və bu qüvvənin oldu
ğuna inandı da. O, milyonlara möhtac bir insan olub qula
çevrilməkdənsə, öz halal zəhməti ilə xoşbəxt bir həyatın
bünövrəsini qoymağı daha üstün tutdu. Dəhşətlidir, demək
müstəqil həyata qədəm qoyduğu bu bir neçə ildə Seara da
düzgün olmayan bir yolla sürüklənməkdəymiş. Pul, pul arzu
larını həyata keçirmək üçün sənə pul lazımdır deyən qəlbinin
sədasına Seara bu bir neçə ildə ilk dəfə olaraq layiqli, düzgün
və sərt cavab verdi. Pul heç də hər şey demək deyildir. Pul
yalnız mənim maddi ehtiyaclarımı təmin etməkdən başqa,
həyatımda heç bir rol oynamağa malik olmamalıdır və olmasını
da istəmirəm. Mənə güzgü kimi ilıq nəfəsdən üstü ləkələnmiş
vicdanımı təmizə çıxarmaq üçün halal zəhmətimdən yaranan
151
iztirabsız bir parça çörək lazımdır. Bu çörəyi isə qazanmağa
layiq iti ağlım və möhkəm əllərim vardır.
Səhərinə inamla öz sadə çarpayında şirin yuxuya dal
maqdan da böyük səadət olarmı? Əlbəttə ki, yox. Ey insan,
sən yaşamalısan, ali olaraq qalmalısan, çünki səndə özündə
əks psixologiya yaratmağa qadir iradə vardır. Bu cür iradə
sahibi də məhvə yuvarlanarmı? Ey insan, sən hər bir çətinlik
üzərində qalib gəlməlisən, Seara, möhkəm ol, tutduğun yol
doğru yoldur. O səni həsrətini çəkdiyin, lakin bu vaxta qədər
əks istiqamətdə axtardığın xoşbəxtliyə çatdıracaqdır.
Bu xəyallardan ayrılan Seara başını qaldırdı. Günəş şüa
ları çəpəki istiqamətdə onun gözlərinə düşdü. Demək, ax
şama az qalırdı. Bu vaxt Searanın gözləri Sentinin gözlərinə
sataşdı və onlar hər ikisi gülümsədilər. Seara da, Senti də bu
kiçik mənzildə özlərini xoşbəxt hiss edirdilər. Çünki onların
ürəklərinin səsi qəlblərindən çıxan saf duyğulara istinad et
mişdi. Bu istinad nöqtəsinin məsumluğuna isə Senti də, Se
ara da öz varlıqları kimi inanırdılar. İnanırdılar ki, onlar nə
cür hərəkət edirlər etsinlər, lakin özözlərini aldatmayacaqlar.
Beləliklə, onlar öz təmizlik və paklıqlarını qoruyub saxlaya
bildilər və sinifli cəmiyyətin daxilində yaranmağa başlayan
daha irəli getmiş hansı bir cəmiyyətinsə üzvü ola biləcəklərini
öz sözləri ilə təsdiq etdilər. İnsanı xoşbəxtliyə çatdıra biləcək
bir qüvvə varsa, o da möhkəm iradəlilik və mübarizlikdir.
Bütün bu keyfiyyətlərə malik olan şəxsiyyət xoşbəxtliyi deyil,
həmişə xoşbəxtlik o şəxsiyyəti axtarıb tapır. İndi halhazırkı
şəraitdə Senti ilə Seara da belə bir vəziyyətdə idilər. Ona görə
də hökmən xoşbəxtliyin onları axtarıb tapması labüd idi.
Searanın Senti ilə görüşdüyü müddətdən bir neçə gün keç
mişdi. Seara yeni aldığı şəxsi mənzilində oturub xəyala dal
mışdı. Onun xarici görünüşünə nəzər salan hər bir diqqətli
152
şəxs asanlıqla təyin edə bilərdi ki, Searanın həyatında nə isə
bir fövqəladə dəyişiklik baş verib. O düşünürdü:
– Bu gün mən xeyli kədərliyəm. Sentiyə olan məhəbbətim
xatirinə məhkəmə vasitəsi ilə öz köhnə ərimdən məhrum ol
mağı özümə borc bildim. O qədər sərvətim də qalmamışdır.
Çünki qraf Şokla evlənən zaman valideynlərimiz guya ki,
yeni qurulan ailənin təməlini möhkəmləndirmək üçün belə
bir müqavilə imzalamışdılar ki, əgər ər və arvaddan hər han
sı biri ayrılmaq haqqında məsələ qaldırsa, o zaman birinci
olaraq ayrılmaq təklif edən tərəf ər və arvadın birlikdə malik
olduqları sərvətin yalnız cüzi bir hissəsinə malik ola bilərlər.
İndi mən də ayrılmaq barədə birinci təklif irəli sürən tərəf ol
duğumdan çox cüzi bir sərvətə malikəm. Halhazırkı şəraitdə
isə, demək olar ki, heç bir kapital ehtiyatım yoxdur. Bütün va
ridatımı verib kiçik, lakin qəşəng bir malikanə almışam. Axı,
Senti kirayədə qalır, indi onun da həyat şəraiti mənim üçün
maraqlıdır. Lakin bunlar məni o qədər də sarsıtmır. Məni
üzən başqa fikirlərdir.
Görəsən, Senti yoxsullardan və azca sərvəti ilə seçilən Se
aranın həsrətini yenə də əvvəlki kimi çəkəcəkmi? Məni yenə
də öz odlu busələri ilə xumarlandıracaqmı? Ümumiyyətlə,
yeni ailənin təməlini qoymağa razı olacaqmı? Bax, bunlardır
məni üzən fikirlər, sevən bir qadın kimi ərimi hər şeyə qısqa
nan ürəyimi əzən fikirlər. Sentinin məhəbbətinə qarşı olan
şübhələrimi siz mənə irad tutmayın. Düzdür, mən Sentiyə
inanıram. Lakin qolları qandallı haqqın nalələrinə, azadə
gəzib istehza ilə gülən, zülmün hökm sürdüyü bir şəraitdə bu
şübhələrin olmaması mümkün deyildir. Bununçun də mən
şübhələnməkdə müqəssir deyiləm. Öz ürəyini sevdiyi kəsə
bəxş edən bir qadın üçün sevdiyinin onu bəlkə də atacağını
xəyalına gətirmək belə, həmin qadın üçün ən ağır iztirabdır. Bu
Dostları ilə paylaş: |