153
düşüncələr içərisində xəyala dalmış Seara daxili bir narahatlıq
keçirirdi. Həyat tərzində baş verən dəyişikliklərdən təbii ki, o,
belə də olmalı idi. Çünki, o özünü yeni həyat şəraitinə alışdır
malı, bu həyatın tələbatından irəli gələn məsələlərlə üzləşməli
idi. Bir də ki, hələ onu düşündürən, yeni həyata atdığı ilk ad
dımın müqəddəratı idi.
Nəhayət ki, Seara yeni həyata atdığı ilk addımın düzgün
lüyünü özözlüyündə qiymətləndirdi. Hiss etdi ki, Sentiyə
olan məhəbbəti onun üçün əvvəlkindən daha şirin və daha
hərarətli olmalıdır. Çünki o, Sentiyə olan öz məhəbbətini var
dövlətə satmamış, əksinə sərvətini itirsə də belə, öz pak və saf
məhəbbətinə sadiq qalmışdır. Bu isə nəinki öz məhəbbətinə
sadiq qalmaq deməkdir, həm də ən ali hiss olan ümumbəşəri
məhəbbətə qoyulan ən böyük hörmətdir, məhəbbətin qiy
mətini daha da yüksəltmək deməkdir.
Bəli, Seara bütün bunları özözlüyündə düşünədüşünə ba
harın gəlişini xəbər verən carçı qaranquşlar kimi artıq azad və
sərbəst halda Sentinin mənzilinə yollandı. Daxili həyəcanının
şiddətindən Seara Sentinin mənzilinə nə vaxt çatdığını və nə
vaxt içəri girdiyini hiss etmədi. Bircə onu hiss etdi ki, Sentinin
mənzilindədir və onu qarşılayan da Sentidir. Həyatda yaşamaq
nə qədər gözəlmiş, ilahi. Dünya nə gözəl, yaşamalı dünyaymış.
Hələ bir quşların səsindəki şirinliyə bax. Güllərin, çiçəklərin ətri
necə də məstedicidir. Gör günəşin şüaları necə ilıqlıqla adamı
xumarlandırır. Ax, nə gözəlsənmiş, nə yaşamalısanmış, həyat.
Seara Sentinin mənzilinə daxil olanda onlar yaşamağın bu cür
gözəl olduğunu duydular və andılar. Hiss etdilər ki, hər gün
seyrinə daldıqları təbiət bax bu cürə gözəl və qəşəngmiş.
Təbiətin ən gözəl və ən zərif xilqəti kimi, çiçəkdən yalnız
canlı bir varlıq olması ilə seçilən Seara, sevinc göz yaşları
içərisində, həyəcanından sinəsi atılaatıla: – Aman allah, məni
154
kimi görürəm? – dedi və özünü iradəsindən asılı olmayaraq
Sentinin ağuşuna atdı. Bu məsum varlığın Sentinin ağuşunda
özünü necə xoşbəxt hiss etdiyini ifadə etmək üçün bircə onu
demək kifayətdir ki, o, bu anlar ərzində dünyada Sentidən
başqa, hər şeyi unutmuşdu. Bütün bu gördüklərini yuxu kimi
qarşılayan Senti isə hələ də öz gözlərinə inanmırdı. Bəzən in
sanda elə hal olur ki, o həsrətini çəkdiyi bir şeyi əldə etdiyi
halda, bir müddət bunun həqiqət olduğuna inana bilmir. İndi
Senti də Searadan cəmi bir neçə gün bundan əvvəl ayrılsa da,
bununla bir əsrdən sonra görüşürmüş kimi öz gözlərinə inana
bilmirdi. Nəhayət ki, bu hal ötüb keçdi və Senti özünü ələ alıb
həzin bir səslə dilləndi:
– Seara, əzizim, nə üçün həyəcanlısan, sənə nə olub? Sənin
ki, lap bütün bədənin əsir. Özünü ələ al, sakit ol. Biz ki, bir
yerdəyik, bəlkə sən xəstələnmisən? Sonra onun başını sığalla
dı və: – Aman allah, mənim Searam necə də qəşəngdir – dedi.
Bütün bu keçən vaxt ərzində Seara yalnız özünü ələ almağa
çalışdı və deyəsən, buna qismən də müyəssər oldu da. Bun
dan sonra o, bir qədər xəyala daldı və nə barədə isə beynində
düşündü. Sonra başını yuxarı qaldırıb, dik Sentinin gözlərinin
içərisinə baxaraq, yalnız qadınlara məxsus olan və qadınlıq
qürurundan irəli gələn bir qədər hökmlü və mətin bir səslə
soruşdu:
– Senti… bütün varlığım, de görüm məni sevirsənmi? Söy
lə görüm mənsiz yaşaya bilirsənmi? Onun Senti ilə danışıq
tərzinə fikir verdikdə asanlıqla təyin etmək olardı ki, sevgi
aləminin yeni bir yolçusu öz saf hisslərinin hökmü ilə hərəkət
edir. Ona görə də Senti, bütün sevənlər kimi, belə bir hökmə
müntəzir sevgilisi ilə fəxr edə bilərdi. Odur ki, Senti açıq bir
ürəklə və səmimi bir etirafla Searanın sualına cavab verməyi
lazım bildi və nəzakət çərçivəsindən kənara çıxmadan dedi:
155
– Bu nə sualdır, Seara? Mənim qəlbim həmişə səninlə bir
vurur. Mən bu geniş dünyada yalnız səninlə özümü xoşbəxt
hesab edirəm. Mən sənsiz yaşaya bilərəmmi? Həyatın insa
na bəxş etdiyi ən şirin nemət nədirsə, unutma ki, mən onu
sənə etibar etmişəm. Sən mənim üçün dünyada hər şeydən
qiymətli və əzizisən. Sən mənim ilham mənbəyim, həyatverici
qüvvəmsən, Seara. Çörək, su, hava insan üçün yaşamağa ən
zəruri vasitələr olduğu kimi, əsl sevgi də məhz insan üçün
belə bir zərurətə çevrilməlidir. Bax, sənin sevgin mənim üçün
belə zəruridir, Seara. O bu sözləri elə hərəkətlə, elə cəsarətlə,
elə məhəbbətlə dedi ki, Seara ona minnətdarlıq etməyə söz
tapmadı və yalnız göz qapaqlarını endirməklə Sentiyə öz ra
zılığını bildirdi.
Həyatda illərdən bəri həsrətini çəkdiyin istək və arzuya çat
maq insan üçün ən sevindirici haldır. İndi Sentinin dilindən
eşitdiyi sözlər Searaya tünd içki kimi öz təsirini yavaşyavaş
göstərir və Searanı xumarlandırırdı. Demək, o sevir və sevilir
di. Demək, artıq Seara xoşbəxt bir gələcəyə doğru irəliləyirdi.
Demək, artıq Seara xoşbəxt idi. O, bu hissləri keçirdikcə elə
məstləşdi, elə xumarlandı ki, özünü Sentinin ağuşuna atan
da hər şeyi, Sentini də, öz varlığını da ancaq dumanlı şəkildə
xatırlayırdı. Onlar bir müddət beləcə qaldılar. Nəhayət ki,
bir qədər özünü ələ alan Seara Sentiyə daha bərk sıxılaraq
yenidən dilləndi:
– Taleyim səni mənə çox görməsin, Senti. Tək sənin var
lığından aldığım ruh mənə həyatın bütün gözəlliklərindən
üstündür. Bu sözlərdən sonra o, danışığına bir qədər də ara
verərək susdu. Sonra bir qədər həyəcanla və pörtmüş halda
dilləndi: – Bir də ki, Senti, bu gündən artıq sən mənim qanuni
ərimsən. Seara isə əvvəlki kimi varlı qrafinya Seara deyildir.
Dostları ilə paylaş: |