160
Sentinin cibində artıq bir su pulu belə yox idi. Ona görə
də, Searanın gözlərinin içərisinə düzgün baxa bilmirdi. O,
həssas qəlbinə çökmüş qüssəni gözlərində ifadə etməməyə
çalışırdı. Lakin ürəyin xəzinədarı olan gözlərə sünilik vermək
heç də asan deyildir. Bir baxışla qəlbindəkiləri gözlərində
zühur etdirən baxışlar qarşısında bu süniliyi yaratmağa səy
göstərmək isə sənin yalnız məhdudluğunu üzə çıxara bilər.
Senti çıxılmaz vəziyyətdə qalmışdı. Onu bu vəziyyətdən
xoşbəxt bir təsadüf xilas etdi. Əgər kainatda baş verən bü
tün dəyişiklikləri izləmək mümkün olsaydı, bəlkə
də həyatda
heç təsadüf olmazdı. Təsadüf yalnız bizim bildiklərimizin
səviyyəsinə görə vardır. Bizim öyrəndiyimiz hadisələr isə
sonsuz olduğundan təsadüflərin də həmişə bizi izləməsi la
büddür. Bax belə labüd təsadüflərdən biri də Sentini düşdü
yü vəziyyətdən xilas etdi. Sevinci isə ona birinci olaraq Seara
bəxş etdi. O, əlində bir zərf və xeyli miqdarda pul Sentinin
yanına gəldi və sevincək dilləndi:
– Əzizim Senti, sənə pul göndəriblər. Sağ olsun xeyirxah in
sanlar. İnsana dar gündə kimsə tərəfindən edilən təmənnasız
kömək ən böyük alicənablıqdır. Senti zərfi alıb baxdı. Pul
zərfin içərisinə qoyulub göndərilmişdi. Lakin zərfin üstündə
bu xeyirxahlığı edən şəxsin ünvanı yox idi. Göndərilən pul
isə təxminən onların bir aylıq maddi ehtiyaclarını təmin edə
bilərdi. Senti xəyala daldı. O, bu şəxsin kimliyini düşünsə
də düşüncələri əbəs idi. O, bu şəxsin kimliyini müəyyən edə
bilmədi və fərqinə varmadan bu puldan öz maddi ehtiyacları
üçün istifadə etməyə başladı. Lakin iş tapmaq ümidini hələ
də itirməyən Senti cürbəcür işçi qüvvəsi lazım olan yerlərə
baş çəkirdi. Bəzən bütün günü, bəzənsə bütün gecələri otu
rub hüquqa dair kitablarla məşğul olurdu. O, hüquq elminin
sirlərinə yiyələndikcə imtahan aylarının da yaxınlaşdığını