168
FƏSİL 16
Paris şəhəri. Zaman dayanmamışdı, irəliləyirdi. Günlər,
həftələr ayları əvəz edirdi. Fəsillərin tam bir dövrəsi isə öm
rümüzün üstünə bir il də əlavə edirdi. İndi də artıq payız fəsli
idi. İnsanlara öz bol nemətlərini əsirgəməyən payız fəsli. Bar
verən ağaclar baharda öz bol çiçəkləri ilə fəxr edirdilərsə, indi
də öz bol meyvələri ilə fəxr edə bilərdilər. İlin bu fəslində
sanki təbiət də yaşa dolub yetkinləşir. Artıq səhərlər otların
üzərində qırovun iz qoyduğu qalığa da rast gəlmək olardı.
İsti ölkələrə uçubgetməyə hazırlaşan quşların qayğılıqayğılı
çıxardığı səslər hər kəsi qışa hazır olmağa səsləyirdi. Bir sözlə,
təbiət ilin bütün fəsillərində gözəl olduğu kimi, payızda da öz
xüsusi gözəlliyi ilə insanı valeh edirdi.
İlin belə bir çağında Senti ilə Seara öz mənzillərində otu
rub şirinşirin söhbət edirdilər. Üzündən öz taleyindən razılıq
nişanələri oxunan Senti üzünü öz ömürgün yoldaşına tutub
mehriban bir səslə dedi:
– Əzizim Seara, deyəsən, tale bizim də üzümüzə gülməyə
başlayır. İş tapmaq üçün tamamilə ümidimi itirmişdim. Sağ
olsun xeyirxah insanlar. Yoxsa, biz də bəşəriyyətin ən ağır iz
tirablarını üzərlərində daşıyanlardan biri olacaqdıq.
Göz qapaqlarını məstanə bir şəkildə endirən Seara Sentiyə
sığınaraq həzin, lakin inamlı bir səslə dedi:
– Lap səninlə birgə acından ölsəydim, yenə də özünü
bəd bəxt hesab etməzdim. Çünki mənim üçün hər hansı bir
şəraitdə səninlə birlikdə olmaq ən böyük bir xoşbəxtlikdir.
Senti onun başını sığallayaraq nəzakət çərçivəsindən heç
də kənara çıxmayaraq dedi:
– Artıq hər şey öz qaydasına düşmüşdür. İndi bizim xoş
bəxtliyimizə mane ola biləcək bir qüvvənin olması heç ağlıma
169
belə gəlmir. Tale bizi çox müsibətlərə düçar etmişdir. Həyat
bizi çox imtahanlara çəkmişdir. Lakin biz həyatın imtahanla
rından üzüağ çıxdıq.
Seara pəncərədən bağçanın son xəzan güllərinə baxıb də
rindən bir ah çəkdi. Onun gülümsər sifəti bir qədər tutqun
laşdı. Görünür, payızın bozumtul havası və qırov vurmuş
çiçəklərin qovrulmuş ləçəkləri və bütün bu gördüklərinin
ilıq bir günəş işığı ilə alışıbyanmaları onu qüssələndirmişdi.
Odur ki, Seara Sentiyə müraciətlə dilləndi:
– Senti, taleyin oyunlarını qoy bir kənara qalsın. İndi isə
ürəyim səninlə birgə nəyi isə seyr etmək istəyir, nəyə isə ta
maşa etmək istəyirəm. Gəlsənə, biz bu gün teatra gedək. Həm
bir qədər eynimiz açılsın, həm də ki, vaxtımızı gözəl və mənalı
keçirmək üçün.
– Sənin hər bir istəyini həyata keçirmək mənim ən ali məq
sədimdir – deyən Senti, – hazırlaş gedək – deyə əlavə etdi.
Parisin mərkəzində yerləşən ağ sütunlu böyük teatrın salo
nu. XVII əsr Fransasının ən gözəl memarlıq abidələrindən biri
sayılan böyük teatrın binası və onun bir hissəsi olan bu salon
öz xüsusi və qəribə təkrarolunmazlığı ilə insanı valeh edir
di. Binanın divarlarına çəkilmiş müxtəlif rəsm əsərləri ma
hir rəssamlar toplusunun sənətkarlıqlarını nümayiş etdirən
bir sərgi idi. Təsadüfi deyildir ki, ağ sütunlu bu böyük teatr
qraflar və qrafinyalar üçün ən gözəl əyləncə məskənlərindən
birinə çevrilə bilmişdir. Teatra baxmağa gəlmiş başqa tama
şaçılar kimi gözləmə salonunda Senti və Seara da var idi.
Onlar öz xoş və şirin söhbətləri ilə tamaşanın başlanması
nı gözləyirdilər. Lakin nüfuzlu və amiranə bir səs onları öz
söhbətlərindən ayırdı. Səs sahibi onların heç birinin tanımadı
ğı bir polis nəfəri idi. O heç də nəzakət çərçivəsin gözləmədən
kobud bir səslə Searaya dedi:
170
– Vətəndaş, siz mənimlə polis məntəqəsinə getməlisiniz.
Onun bu təsadüfi gəlişindən və onlara müraciətlə dediyi
hökmranə danışıq tərzindən və polis məntəqəsinə sözündən
sonra Senti də, Seara da həddindən artıq qəzəbləndilər və
həyəcanlandılar və özünü güclə ələ alan Seara hirslə dedi:
– Mən nə günah sahibiyəm ki, cənab, sizinlə də polis mən
təqəsinə gedəm?
Hündürboylu, qırmızı yanaqlı və üzgözündən amiranəlik
yağan polis nəfəri onları başdanayağa istehzalı bir baxışla
süzərək, laqeyd bir səslə üzünü Searaya tutaraq dedi:
– Günahının olubolmaması polis məntəqəsində aydınlaş
dırılacaqdır. Hələlik isə getməliyik, məni ləngitməyin.
Bütün bu söhbətləri əsəbilik və həyəcanla dinləyən Sen
tinin rəngi avazımış və qəzəbdən gözləri hədəqəsindən çıx
maq dərəcəsinə gəlmişdi. Öz yaxın adamını itirə biləcəyini
düşünmək belə insana əzab verir, onu sarsıdır. İndi Senti də
belə bir vəziyyətdə idi. Odur ki, o, bir qədər həyəcanlı və əsəbi
halda dedi:
– Cənab, axı polis məntəqəsinə getməyimizin bir səbəbi ol
malıdır, ya yox? Bu vaxt qıraqları dəyirmi şlyapasının altın
dan görünən saçları son moda ilə düzəlmiş, ağbənizli, lakin
hər bir namuslu qadına yad bir baxışla polisi və Sentini süzən
bir qadın əziləəzilə, ancaq istehza ilə:
– Siz ona görə polis məntəqəsinə getməlisiniz ki, əli ilə
Searanı göstərərək, bax bu qadının boynunda olan brilliant
boyunbağı iki il bundan qabaq evimdən oğurlanmış mənim
boyunbağımdır. Təsəvvür edin ki, həmin boyunbağı isə hal
hazırda sizin boynunuzdadır. Sonra isə acıqlı bir görkəmlə:
– Günahınızın olubolmamasını aydınlaşdırmaq üçün isə
ən münasib yer polis məntəqəsidir.
171
Bu sözlərdən sonra araya bir müddət sükut çökdü. Sonra
isə dinməzsöyləməz polis nəfərinin ardınca polis idarəsinə
yollandılar.
İri çay daşlarından tikilmiş polis idarəsi. Artıq bir neçə saat
dır ki, Senti idarənin gözləmə məntəqəsində dayanıb Searanın
yolunu gözləyir. Seara isə içəridə polis rəisi ilə söhbət edir.
Hərbi mundirə yaraşmayan bədən quruluşlu polis rəisi
sallaq ovurdlarını əlləşdirərək Searanı başdan ayağa ləng bir
baxışla süzdü və əndamına yaraşmayan cır bir səslə dilləndi:
– Vətəndaş Seara, deyin görək, – əli ilə oğurluq mal hesab
olunan boyunbağını göstərərək, – bu boyunbağını nə vaxt,
harada və kimdən almısınız? Suallarıma düzgün cavab ver
məyi isə heç vaxt unutmayın. Bu bir neçə saatın içərisində
baş vermiş hadisədən sarsılmış Seara əvvəlcə bir qədər həyə
canlandı, lakin sonra özünü bir qədər toxtadıb, polis nəfərinin
gözləmədiyi inamlı və mətin bir səslə dedi:
– Cənab rəis, mən sizin suallarınıza cavab verərəm, ancaq
bir şərtlə, dəqiq bilmək istəyirəm bu suallar nə üçündür və
nədən ötrüdür?
Bu cavabdan polis rəisi bir qədər tutuldu, lakin tez də özü
nü ələ alıb, birbaşa hücumla sözə başladı:
– Bizi və o cümlədən sizi maraqlandıran bu suallar onun
üçündür ki, sizin bir neçə saat bundan əvvəl boynunuzda olan
boyunbağı iki il bundan əvvəl, bayaq öz boyunbağısını sizin
boynunuzda tapmış madam Zerrinin evindən oğurlanmış
boyunbağıdır. Madam Zerri və onun evinə… nə isə… gəlib
gedən Parisin baş keşişi də bunu rəsmi təsdiq edirlər. Baş keşi
şin şəxsən rəsmi təsdiqi məni belə bir nəticəyə gəlməyə vadar
edir ki, bu boyunbağı, doğurdan da, madam Zerrinindir. İndi
isə siz mənim bayaq cavabsız qalmış sualıma cavab verin.
Dostları ilə paylaş: |