307
rayon sakinləri üçün yeni bir töhfə oldu. Sizin ali diqqətiniz
nəticəsində bizim arzularımız reallığa çevrildi. Bu gün yeni, dünya
standartlarına cavab verən avadanlıqlarla, tibbi ləvazimatla təchiz
olunmuş xəstəxana bizim ixtiyarımıza verildi. İndi bizim şəraitimiz
çox gözəldir. Xəstəxanada doğum, reanimasiya, ginekologiya,
cərrahiyyə, pediatriya və digər şöbələrdə əsaslı təmir işləri
aparılmış və Saatlı əhalisinə yüksək tibbi xidmət göstərmək üçün
bütün şərait yaradılmışdır.
Əlbəttə, biz tibb işçiləri başa düşürük ki, belə bir xəstəxanada
işləmək özü də böyük məsuliyyətdir. Biz Sizi əmin edirik ki,
bundan sonra da səylə çalışacaq, biliklərimizi artıracaq, qüvvə və
bacarığımızı rayonumuzun sakinlərinin sağlamlığına yönəldəcəyik.
Mən fürsətdən istifadə edib səhiyyəmizin, təhsilimizin,
mədəniyyətimizin uğurlarında böyük xidməti olan həmkarımız
Mehriban xanıma Saatlı camaatı adından böyük minnətdarlığımızı
bildirmək istəyirəm.
Əziz Prezident! Saatlı rayonunda Azərbaycanın bütün
regionlarındakı kimi, yenidənqurma işləri aparılır. Salınan
parklar, istirahət mərkəzləri, tikilən uşaq bağçaları, məktəblər
və nəhayət, bu gün istifadəyə verilən bu yeni xəstəxana Sizin
rayonumuzun əhalisinə böyük diqqətinizin nəticəsidir. Doğma
Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə
Sizə uğurlar diləyirik. Sizə və ailənizə cansağlığı arzulayırıq.
Allah Sizi qorusun!
Saatlı–Musalı–Məzrəli avtomobil yolunun Araz
çayı üzərindəki körpüsünün yenidənqurmadan
sonra açılışı mərasimi
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də
Saatlı–Musalı–Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki
körpüsünün yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı 2013-cü ildə inşasına başlanılacaq və
istismara veriləcək avtomobil yollarının, eləcə də körpünün yeni-
309
BEYLƏQAN RAYONUNA SƏFƏR
28 oktyabr 2012-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 28-də Beyləqan rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı Beyləqan şəhərinin mərkəzindəki
Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət
etdi.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdul-
layev prezident İlham Əliyevə abidənin ətrafında aparılan
abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki,
əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında rayon
sakinləri, eləcə də qonaqların istirahətinin mənalı təşkili üçün
hərtərəfli şərait yaradılmışdır.
Heydər Əliyev Mərkəzinin açılışı mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 28-də Beyləqanda Heydər Əliyev Mərkəzinin açılı-
şında iştirak etmişdir.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi.
Bildirildi ki, ulu öndər Heydər Əliyevin xatirəsi ölkəmizin
hər yerində olduğu kimi, Beyləqanda da daim əziz tutulur.
Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin
xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ulu öndərin
həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və
eksponatlar yer almışdır. Burada dünyanın nüfuzlu siyasi
xadimlərindən biri olan Heydər Əliyevin müdrik fəaliyyəti
nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möh-
kəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş
müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının
ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm