312
ARAN VƏ YUXARI QARABAĞ BÖLGƏSİNDƏ
FƏALİYYƏT GÖSTƏRƏN SAHİBKARLARLA
GÖRÜŞ
Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə oktyabrın
28-də Beyləqanda Heydər Əliyev Mərkəzinin akt zalında Aran
və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sa-
hibkarlarla görüş keçirilmişdir.
Dövlət başçısı görüşdə giriş nitqi söylədi:
– Həm Bakıda, həm bölgələrdə sahibkarlarla görüşlərim
mütəmadi xarakter daşıyır. Bugünkü görüş də bölgənin
sahibkarları ilə keçirilir. Əminəm ki, müzakirə ediləcək
məsələlər bu bölgənin biznes mühitinin yaxşılaşdırılmasına öz
töhfəsini verəcək və biz istədiyimizə nail olacağıq.
Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq
işləri aparılır. 2 Dövlət Proqramı qəbul edilmişdir. 2004–2008-
ci illəri və 2009–2013-cü illəri əhatə edən dövlət proqramları
uğurla icra edilir. Böyük həcmdə investisiyalar qoyulmuşdur və
bu proses davam etdirilir. 2004-cü ildən bu günə qədər 90
milyard dollardan çox vəsait qoyulmuşdur. Təkcə bu ilin 9
ayında bu məbləğ 16 milyard dollara çatmışdır. Bu çox böyük
rəqəmdir. Nəzərə alsaq ki, son illər ərzində hər il təxminən eyni
məbləğdə investisiya qoyulur, təsəvvür etmək çətin deyil ki, bu
nə qədər böyük əhəmiyyətə malik olan məsələdir.
Аран вя Йухары Гарабаь бюлэяляриндя фяалиййят эюстярян
сащибкарларла эюрцшdə Игтисади İнкишаф назири Шащин
Мустафайев, «Гарабаь Тахыл» мцяссисясинин рящбяри Ряъяб
Оруъов, «Араз» дамазлыг гушчулуг фабрикинин рящбяри Ялиф
Щейдяров вя Фцзули Сойудуъу Анбарынын рящбяри Айдын
Щцсейнов чыхыш етдиляр.