313
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, hesab
edirəm ki, son illər ərzində ölkəmizi hərtərəfli inkişaf etdirən
əsas alət olmuşdur.
Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdi
və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə
demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını
şaxələndirmək idi və neft-qaz amilindən asılılığı azaltmaq
məqsədləri daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə
çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur
işləri aparılır. Bölgələrlə şəhərlər arasında, yəni paytaxt
arasında fərq azalır. Bu gözəl nəticələri biz gündəlik həyatda,
statistik göstəricilərdə də müşahidə edirik.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 900 milyon
manatdan çox vəsait ayrılmışdır. Təkcə bu il bu məbləğ 200
milyon manatdır. Gələn il 300 milyon manat olacaqdır. Bu,
bölgələrin inkişafına verilən ən böyük töhfələrdən biridir. Çünki
hər bir layihə ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət
göstərir. Hər bir layihə iqtisadiyyatımızın real sektoruna
qoyulan investisiyalardır. Bu investisiyaların mAhiyyəti ondan
ibarətdir ki, investisiyalar ilk növbədə, dövlət siyasətinə uyğun
şəkildə qoyulur, digər tərəfdən, dövlətlə özəl sektor arasında
yeni, çox sağlam münasibətlər formalaşır. Çünki Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə həyata keçirilən layihələrin,
demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı
hesabına həyata keçirilir. Verilən güzəştli kreditlər və eyni
zamanda, sahibkarların öz vəsaiti artıq bu tərəfdaşlığı
möhkəmləndirir.
Hesab edirəm ki, bizim təcrübəmiz dünya miqyasında çox
dəyərlidir, çox uğurludur. Bu təcrübə onu göstərir ki, dövlətlə
özəl sektor arasında birlik var və mən dəfələrlə qeyd etmişəm,
bir daha demək istəyirəm ki, ölkənin gələcək inkişafı
sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır. Əlbəttə, bizim
böyük enerji resurslarımız vardır və biz bu resurslardan
səmərəli şəkildə istifadə edirik. Yenə də deyə bilərəm ki, dünya
miqyasında
ən
səmərəli
üsul
və
yanaşma
məhz
314
Azərbaycandadır.
Bizim
təcrübəmiz
öyrənilir.
Xarici
tərəfdaşlarla enerji sahəsində əməkdaşlığımız nümunəvi xa-
rakter daşıyır. Çünki bir tərəfdən, biz investorların investi-
siyalarını lazımi şəraitdə, lazımi səviyyədə qoruyuruq. Digər
tərəfdən, dövlət maraqlarını maksimum dərəcədə müdafiə
edirik. Bu sahədə əldə edilmiş təcrübə, əlbəttə ki, başqa
sahələrdə də tətbiq edilir. Son illər ərzində Azərbaycanda
qoyulan böyük həcmdə xarici sərmayələr daxili biznes mühitini
də böyük dərəcədə yaxşılaşdırmışdır.
Xarici sərmayələr nəticəsində icra edilən kontraktlarda
iştirak etmiş şirkətlər gücləndi, böyüdü, öz vəsaitini əldə etdi və
öz növbəsində ölkəmizin qeyri-neft sektorunun inkişafına
maliyyə dəstəyini göstərmiş oldu. Yəni bu, vacib məsələlərdən
biridir və gələcəkdə vacib məsələ kimi qalacaqdır. Ancaq
bununla bərabər, qeyri-neft sektorunun inkişafı bizim üçün
prioritetdir və regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının qəbul olunması və icra edilməsi məhz bu
məqsədi daşıyır. Deyə bilərəm ki, bu ilin statistik göstəriciləri
bir daha nümayiş etdirir ki, biz bu sahədə böyük uğurlara nail
ola bilmişik. 9 ayda qeyri-neft sektorumuz 10 faizdən çox
artmışdır. Qeyri-neft sənayemiz 7 faizdən çox artmışdır.
Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi davam
etdirilir.
Kreditlərin verilməsi və dövlət tərəfindən layihələrin
icrasına nəzarətin gücləndirilməsi öz müsbət rolunu oynayır.
Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış
müxtəlif layihələr üzrə biznes-planlar, əlbəttə ki, sahibkarların
işini də asanlaşdırır. Çünki sahibkarlıqla məşğul olmaq üçün
təkcə ilkin kapital kifayət etməz. Eyni zamanda, düşünülmüş,
sınaqdan keçmiş və beynəlxalq təcrübəyə əsaslanan biznes-plan
da lazımdır. Dövlətimiz bu sahədə sahibkarlara öz yardımını
əsirgəmir. Həm güzəştli kreditlər, eyni zamanda, müxtəlif
layihələrin uğurla icra edilməsi üçün tövsiyələrini verir, inkişaf
etdiriləcək istiqamətləri müəyyən edir. Eyni zamanda,
sahibkarlara göstərilən dövlət dəstəyi və Prezident tərəfindən
315
göstərilən dəstək, əlbəttə ki, sahibkarları həm ruhlandırır, həm
də onlar üçün yeni gözəl şərait yaradır.
Onu da qeyd etmək istəyirəm ki, bölgə sahibkarlarının
uğurlu fəaliyyəti üçün yerli icra orqanlarına da mütəmadi
qaydada göstərişlər verilir ki, sahibkarların fəaliyyətini dəstək-
ləsinlər, onların fəaliyyətini gücləndirsinlər və onlar üçün bütün
lazımi şəraiti yaratsınlar. Çünki bir daha demək istəyirəm, ölkə
iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından
bilavasitə asılıdır.
Biz gələcək illər üçün yeni proqramlar hazırlayırıq. Bu da
təbiidir. Çünki həyat yerində durmur. Deyə bilərəm ki, 2004–
2013-cü illəri əhatə edən 2 Dövlət Proqramının uğurlu icrası
nəticəsində bölgələrdə mövcud olan əsas infrastruktur layihələri
başa çatacaqdır. Bu layihələrin böyük əksəriyyəti artıq başa
çatmışdır. Əvvəlki illərdə müxtəlif sahələr üzrə mövcud olan
problemlər artıq yoxdur. Bu problemlər artıq aradan qaldırılıb.
Vaxtilə elektrik enerjisi ilə təchizat narahatlıq yaradırdı. Artıq
bu problem aradan qaldırılmışdır və beləliklə, sahibkarların
fəaliyyəti, yeni müəssisələrin yaradılması üçün gözəl şərait
vardır.
Yollarla bağlı problemlər öz həllini tapmaqdadır. Bütün
magistral yollarda əsaslı təmir işləri davam etdirilir, yaxud da
ki, başa çatmışdır. Şəhərlərarası yollar təmir edilir. Biz indi
kənd yollarının tikintisinə ciddi şəkildə başlamışıq. Gələn illər
ərzində bu proses davam etdiriləcəkdir.
Qazlaşdırma ilə bağlı məsələlər, kənd təsərrüfatı texni-
kasının çatışmazlığı sahibkarlığı əngəlləyən ən böyük məsələ
idi. Vaxtilə «Aqrolizinq», «Aqroservis» dövlət şirkətlərinin
yaradılması bu istiqamətdə atılan çox önəmli addım idi. Dövlət
öz tərəfindən texnikanı alır və lizinq şərtləri ilə sahibkarlara
icarəyə verir. Yəni bu problemi də dövlət öz üzərinə
götürmüşdür. Eyni zamanda, kənd təsərrüfatında fəaliyyət
göstərən sahibkarlar torpaq vergisindən başqa, bütün vergi-
lərdən azaddırlar və onlara lazımi səviyyədə subsidiyalar verilir
– həm yanacaq, həm gübrə, həm güzəştli kreditlər. Dövlət
Dostları ilə paylaş: |