304
mərkəzində ən yüksək standartlara cavab verən xəstəxanalar
yaranacaqdır. Bu bizim siyasətimizdir.
Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Sosial məsələ-
lərin həlli daim diqqət mərkəzindədir. Sosial məsələlərin içində
səhiyyə xidməti xüsusi yer tutur. Çünki insanların sağlamlığı ən
vacib məsələdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti
bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə
yanaşır. Saatlı rayonunda Olimpiya İdman Mərkəzi
tikilməkdədir və bu da, əlbəttə ki, insanların sağlamlığına
xidmət edən məsələdir.
Saatlıda içməli su, kanalizasiya layihələri icra edilir. Əvvəlki
dövrdə modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində
bir
çox
kəndlərdə
su
təchizatı
böyük
dərəcədə
yaxşılaşdırılmışdır. Hazırda Saatlının kompleks su təchizatı və
kanalizasiya məsələləri həllini tapmaqdadır. Ümid edirəm ki, 1 il,
il yarım ərzində bu böyük layihə də başa çatacaq, beləliklə,
insan sağlamlığı üçün ən vacib məsələlərdən biri olan təmiz
içməli su təchizatı da həllini tapacaqdır.
Ölkəmizdə sosialyönümlü digər tədbirlər də geniş vüsət
almışdır. Məktəb tikintisi – o cümlədən Saatlıda da bu
istiqamətdə böyük işlər görülür – digər sosial obyektlərin, sosial
infrastrukturun yaradılması məsələləri də uğurla öz həllini tapır.
Beləliklə, ölkəmiz hərtərəfli inkişaf edir, ölkəmizin bütün
bölgələri inkişaf edir. Vaxtilə qəbul edilmiş regionların sosial-
iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. İkinci
Dövlət Proqramı gələn ilin sonunda başa çatacaqdır. Beləliklə,
nəzərdə tutduğumuz bütün məsələlər, bölgələrin inkişafı ilə
bağlı bütün məsələlər öz həllini tapacaqdır.
Səhiyyə məsələlərinə gəldikdə, bir daha demək istəyirəm ki,
bu bizim üçün prioritet məsələdir. Bu sahədə aparılmış
islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. Gözəl
xəstəxanalar, müasir avadanlıqlarla təchiz edilən böyük tibb
mərkəzləri, Bakı şəhərində ən yüksək standartlara cavab verən
yeni tibb mərkəzləri yaranmışdır. İndi Azərbaycanda ən ağır
əməliyyatlar həyata keçirilir. Vaxtilə bu əməliyyatlar üçün
305
bizim vətəndaşlarımız başqa ölkələrə getməyə məcbur idilər.
İndi ən ağır əməliyyatlar da Azərbaycanda yüksək səviyyədə
həyata keçirilir. Eyni zamanda, maarifləndirmə işləri də yüksək
səviyyədə təşkil olunmalıdır. Mən, demək olar ki, hər bir
xəstəxananın, diaqnostika mərkəzinin açılışında qeyd edirəm ki,
hər bir vətəndaş ildə 1 dəfə müayinədən keçməlidir. İndi buna
şərait də imkan verir. Əvvəlki dövrdə bu mümkün deyildi.
Amma indi Saatlı xəstəxanasında ən müasir avadanlıqlar vardır.
Beləliklə, hər bir vətəndaş ildə 1 dəfə mütləq müayinədən
keçməlidir. Amma elə vətəndaşlar var ki, öz sağlamlıqlarına
biganə yanaşırlar. Hesab edirəm ki, bu, dözülməz haldır. Çünki
indi şəraitlə bağlı heç bir problem yoxdur. Diaqnostika mər-
kəzləri, mərkəzi rayon xəstəxanalarında ən müasir diaqnostika
avadanlıqları, tomoqrafiya, ultrasəs cihazları – hər şey vardır.
İnsan öz sağlamlığını özü qorumalıdır. Dövlət, əlbəttə, öz
tərəfindən bütün lazımi tədbirləri görür. Ancaq insanların
sağlamlığı onların əlindədir. İldə 1 dəfə, bir neçə saat vaxt sərf
etməklə insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən
özünü sığortalayır. Beləliklə, cəmiyyət üçün, ailə üçün öz
xidmətlərini göstərmiş olur.
Son illər aparılan islahatlar nəticəsində statistik göstəricilər
də yaxşılığa doğru inkişaf edir. Məsələn, insanların ömrünün
uzunluğu artır, uşaq ölümü azalır. Bu hər bir ölkənin ümumi
inkişafını göstərən amildir. Əfsuslar olsun ki, bu göstərici hələ
lazımi səviyyədə deyil, ancaq dinamika müsbətdir. Müasir
xəstəxanaların,
xüsusilə
doğum
şöbələrinin
fəaliyyəti
nəticəsində uşaq ölümü, ümumiyyətlə, dünyanın inkişaf etmiş
ölkələrinin səviyyəsində olmalıdır.
Bu statistika daha da müsbət ola bilərdi. Gərək maarif-
ləndirmə işləri daha geniş vüsət alsın və insanlar öz sağ-
lamlığına daha da böyük həssaslıqla yanaşsınlar. Mən bunu
arzulayıram.
Mən istəyirəm ki, Azərbaycan xalqı sağlam olsun. Gənc
nəsil sağlam yetişsin. Bunun üçün, bir daha demək istəyirəm ki,
kompleks tədbirlər görülür. Həm infrastruktur layihələri, dövlət
306
siyasəti, həm ekoloji tədbirlər, xüsusilə Kür, Araz çayları boyu
yerləşən rayonlarda, kəndlərdə ekoloji vəziyyət, içməli su ilə
təchizat xüsusi məna daşıyır. Məhz buna görə biz bir neçə il
bundan
əvvəl
sutəmizləyici
qurğuların
yaradılmasına
başlamışıq. Bu gün bunun bəhrəsini görürük. Əminəm ki,
vətəndaşlarımız kompleks tədbirlər nəticəsində daha da sağlam
olacaqlar. Həkimlərin peşəkarlığı, onların xəstələrə qayğısı,
əlbəttə, yüksək səviyyədə olmalıdır. Həkimlər də biliklərini
artırmalıdırlar. Təkmilləşmə işləri aparılmalıdır ki, məsələlər
daha da uğurla həllini tapsın.
Bu gün mən Saatlı rayonunda bir neçə obyektin açılışında
məmnuniyyətlə iştirak etdim. Bu obyektlər bir daha göstərir ki,
Saatlı rayonu hərtərəfli inkişaf edir. Bu gün Diyarşünaslıq
Muzeyinin, Gənclər Mərkəzinin, Şahmat məktəbinin, Yeni
Azərbaycan Partiyasının yeni binasının açılışlarını qeyd etdik.
Bu açılışlar özlüyündə bir göstəricidir. Rayonun inkişafını
göstərir, rayon gözəlləşir, abadlaşır. Mərkəzi meydan tamamilə
yeni görkəm alıbdır və böyük istirahət zonasına çevrilibdir.
Mən xatırlayıram, bu meydanın əvvəlki vəziyyəti o qədər də
ürəkaçan deyildi. Amma indi insanların istirahəti, rahat
yaşaması üçün ən gözəl şərait yaradılıbdır. Kənd yolları tikilir.
Mənim sərəncamımla artıq bir neçə kəndi birləşdirən yeni yol
çəkilibdir. Yenə də buna ehtiyac vardır. Gələn aylarda əlavə
vəsait ayrılacaqdır.
İnsanların normal yaşaması üçün tədbirlər görülür və Saatlı
rayonu inkişaf edir. Mən dəfələrlə Saatlıda olmuşam, bu,
Prezident kimi, mənim dördüncü səfərimdir. Hər dəfə burada
yenilikləri görəndə çox sevinirəm. Sizi – bütün Saatlı sa-
kinlərini bu uğurlar münasibətilə təbrik edirəm, sizə yeni
uğurlar, cansağlığı arzulayıram.
A d e l i n a Ə l ə k b ə r o v a (xəstəxananın həkimi): Əziz
Prezident, Sizi bütün tibb işçiləri və rayonumuzun ictimaiyyəti
adından ürəkdən salamlayır, Sizə «Xoş gəlmisiniz!» – deyirik.
Sizin rayonumuza hər gəlişiniz bizə xoş günlər bəxş edir. Bu gün
isə yüksək zövqlə yenidən qurulan bu xəstəxana biz tibb işçiləri və
Dostları ilə paylaş: |