Elm dunyasi 7 mehi++2++++ Layout 1



Yüklə 23,26 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix08.11.2018
ölçüsü23,26 Mb.
#79426
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

93
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
quasi‐linear parabolic equations. Applied
Mathematics and Computation. ‐2013. –
Vol.219. ‐Pp. 7036 ‐7047 
10. Statistical modeling of life cycle of oil
reservoir development. Journal of the Japan
Petroleum Institute. ‐2014. –Vol.57. ‐№1. –P.47‐57
Əsas nəticələri:
Neft yataqlarının işlənməsində heterogen
sistemlərin qeyri‐bircinsli məsaməli mühitlərdə
süzülməsinin fiziki və riyazi model 
ləşdirilməsi
əsasında, layların neft veri minin artırılması,
quyudibi zonanın işlənməsi və su axınlarının
təcrid olunmasının yeni tex no lo giyaları yaradılmış
və uğurla tətbiq olunmuşdur; Qeyri‐bircins laylarda
qeyri‐Nyuton mayelərinin axını zamanı S‐vari
filtrasiya qanununun möv cudluğu təyin edilmiş,
təcrübi və nəzəri cəhət 
dən əsaslandırılmışdır;
Qazlı Nyuton və qey ri‐Nyuton mayelərin təzyiqin
böhrana qədər sahələrində stasionar və qeyri‐
stasionar süzül 
məsi hərtərəfli öyrənilmiş və
göstərilmişdir ki, maye sərfi kəskin sürətdə (2

3
dəfə) artır; Qazlı qeyri‐Nyuton mayeləri üçün
yeni effekt təyin edilmişdir, belə ki göstərilən
halda reoloji əyrilər müəyyən şəraitdə tam
modifikasiyaya məruz qalır, yəni dilatant
xüsusiyyətinə malik olan maye psevdoplastik
mayeyə çevrilir və ya əksinə; Göstərilən nəticələrin
fiziki mahiyyəti, mexanizmi verilmiş və sürüşmə
effekti əsasında nəzəriyyəsi işlənmişdir; Neft
yataqlarının işlənməsinin statistik model ləş diril ‐
məsi nəticəsində işlənmə prosesinin mərhələlərə
bölünməsinin, maksimal hasilatın və çıxarıla bilən
ehtiyatların təyini metodikası işlənmişdir; Fraktal
və multifraktal ölçülərin istifadəsi əsasında neft
yataqlarının işlənməsinin analizinin yeni üsulları
işlənmiş və tətbiq edilmişdir; Riyazi modelləşdirmə
əsasında müxtəlif geoloji‐texniki tədbirlərin tətbiqi
üçün namizəd quyuların seçilməsi üsulları
işlənmişdir; Neft hasilatı quyularında müxtəlif
texnoloji proseslərin modelləşdirilməsi nəticəsində
yeni tipli quyu avadanlığı – dalma nasosları,
yeraltı təmiri avadanlığı, quma qarşı süzgəclər
və s., işlənmiş və uğurla tətbiq edilmişdir; Müxtəlif
reagentlər – deemulqatorlar, depresatorlar, səthi
aktiv maddələr və s. işlənmiş və uğurla tətbiq
olunmuşdur.
Müəlliflik şəhadətnaməsi və patentlərinin
sayı: 45 
Kadr hazırlığı:
elmlər doktorlarının sayı
fəlsəfə doktorlarının sayı 10
Elmi‐pedaqoji fəaliyyəti:
Azərbaycan Dövlət Neft Akademiyası, pro ‐
fessor
Təltif və mükafatları:
“SSRİ ixtiraçısı” döş nişanı (1985), Respub ‐
likanın neft və qaz sənayesinin inkişafında xüsusi
xidmətlərinə görə   ARDNŞ‐nin Fəxri Fərmanı
(2004,2009), İxtiraçılıq sahəsində birinci Res ‐
publika müsabiqəsinin qalibi (EA016802 saylı
patent: Çoxpilləli mərkəzdənqaçma nasosu, 2013).
İşlədiyi illər
Təşkilatın adı
Vəzifəsi
1981
ARDNŞ N.Nərimanov adına NQÇİ
Operator, mühəndis
1985
M.Əzizbəyov adına AzNKİ (ADNA) “Neft və qaz
yataqlarının işlənməsi və istismarı” kafedrası 
Assistent
1988
AMEA-nın  “Riyaziyyat və Mexanika İnstitutu”
Böyük, aparıcı, baş elmi işçi
2000
ARDNŞ “Dəniz Neft-Qaz Layihə” İnstitutu
Direktor müavini, direktor
2009 – hal-
hazırda
ARDNŞ “Neft-Qaz Elmi-Tədqiqat Layihə”    İnsti-
tutu
Direktor müavini
Əmək fəaliyyəti haqqında qısa məlumat:


94
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
Bayramov Nuru Yusif oğlu
17 sentyabr  1963‐cü ildə anadan olub.
Azərbaycan Tibb Universitetini “cərrahiyyə,
transplantasiya” ixtisası üzrə bitirib.
Tibb üzrə elmlər doktoru, professordur.
Elmi əsərlərinin sayı 215, xaricdə çap olunan
əsərlərinin sayı 91‐dir.
30 iyun 2014‐cü ildə “tibb” ixtisası üzrə
AMEA‐nın müxbir üzvü seçilib
Əsas elmi əsərlərin siyahısı: 
1. Türkdilli xalqların qastroenteroloji ter  minlər
lüğəti.  ISBN: 975‐94665‐2‐x, VAN, 1997, 515
ter  min,  41  s.  (həmmüəlliflərlə)
2. Qaraciyər regenerasiyası.ISBN: 975‐94665‐
0‐3, Van, 1997, 137 s.
3. Qaraciyər rezeksiyası. ISBN: 975‐94665‐3‐8,
Ankara, 1998,273 s.
4. Cərrahiyyə Seminarları: Mədəaltı vəzin cərrahi
xəstəlikləri. ISBN: 975‐94665‐1‐0, Ankara, 2002,
217s.
5. Cərrahiyyə Seminarları: Öd yollarının cərrahi
xəstəlikləri. ISBN: 975‐92103‐0‐4, Ankara, 2004,
320 s.
6. Cərrahiyyə Seminarları: Portal Hipertenziya.
ISBN:13 978‐9952‐80‐82‐3‐0, Bakı, «Qismət»,
2007, 160 s.
7. Çoxdilli anatomiya terminlər lüğəti. Bakı,
«Oskar
», 2008, 67 s.
8. Təcili abdominal cərrahiyyədə müayinə və
müalicə qaydaları. ISBN13 978‐9952‐8082‐1‐6,
Bakı, «Qismət», 2009, 132 s. 
9. Qaraciyərin cərrahi xəstəlikləri. ISBN 978‐
9952‐460‐27‐8.Bakı, 2012, 324 s. 10.Canlıdan
qaraciyər transplantasiyasında əməliyyatdan
əvvəl və sonrakı müayinə və müalicə qaydaları.
Nurlar, Bakı, 2012, s. 132. (həmmüəlliflərlə)
Əsas nəticələri:
Qanın infraqırmızı lazerlə şüalandırılmasının
immun sistemə təsirinin 2 qanunauyğunluğu
tapılmışdır.
Qanın lazerlə şüalandırılması laxtalanma sis ‐
teminə korreksiyaedici təsir göstərir, qaraciyər
regenerasiyasına müsbət təsir edir.
Ultrasəs bıçağı (CUSA – Cavitron Ultrasonic
Surgical Aspirator) sirrotik qaraciyər reseksi 

yalarında arqonlu koaqulyatorla birlikdə isti fadəsi
daha faydalıdır, normal qaraciyər rezek siyalarında
isə bu kombinasiyanın böyük faydası yoxdur.
Qaraciyər resekisyası üçün su şırnağı üsu lu nun
parametrləri dəqiqləşdirilmişdir.
Normal və sirrotik qaraciyərlərin böyük re ‐
zeksiyadan sonrakı regenerasiyanın dinamikası
öyrənilmişdir.
Normal qaraciyər rezeksiyalarında regene ra ‐
siyanı sürətləndirmə tədbirlərinin ciddi faydası
yoxdur, xronik hepatit və sirrozda isə pro 

regenerator tədbirlərə ehtiyac var və qanın lazer
şüalandırılması faydalı ola bilər.
Rezeksiyadan sonra qaraciyər yetməzliyinin
proqnozlaşdırılması üçün əməliyyatdaxili indo ‐
sianin sınağı hazırlanmışdır.
Qaraciyərin kistləri və absesləri modelləri
işlənib hazırlanmışdır.
Canlı donor rezeksiyalarından sonra meydana
gələn ağırlaşmalar arasında ən çox rast gəlinəni
biliar ağırlaşmalardır və bunların da əksəriyyəti
yüngül dərəcəli ağırlaşmalardır.
BİOLOGİYA  VӘ  TİBB
ELMLӘRİ  BÖLMӘSİ


Yüklə 23,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə