Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

 
141 
rast gəlinmir. 
Tallium  birləşmələrinin  istehsalı  və  tətbiqi  zamanı  texnoloji 
proseslər düzgün aparılmadıqda ekoloji  çirklənmələr müşahidə edilir. 
 
Civə 
 
Civə  sərbəst  metal  halında  və  birləşmələr  şəklində  xalq 
təsərrüfatında  geniş  tətbiq  edilməkdədir.  Civədən  lüminesens 
lampaların,  ölçü-nəzarət  cihazlarının,  civə  nasoslarının  və 
düzləndiricilərin  istehsalında  istifadə  olunur.  Xlorun  elektroliz  üsulu 
ilə  alınmasında,  qızıl  və  gümüşün  filizlərindən  ayrılmasında,  kimyəvi 
qabların kalibirləşməsində civə metalından istifadə  olunur. 
Civənin  birləşmələrindən  civə  nitrat,  civə  sulfid,  civə  amidoxlor, 
sulema, civə yodid, civə oksisianid və civənin üzvi birləşmələri tibbdə 
və başqa sahələrdə geniş tətbiq edilir. 
Odur  ki,  insanların  civə  və  civə  birləşmələri  ilə  təması  qaçılmaz 
olub,  onunla  zəhərlənmə  hadisələri  tez-tez  baş  verir.  Metal  civə  adi 
şəraitdə  tez  buxarlandığından  civə  termometrləri  sınarkən  onun 
buxarları  tənəffüs  yolu  ilə  orqanizmə  daxil  ola  bilir.  Bu  zaman  sinir 
sistemini və ilk növbədə baş beyin yarımkürələrini zədələyir. 
Civə  2-xlorid  sulema  ilə  zəhərlənmə  zamanı  aminturşularda  gedən 
reaksiyalar  zamanı  həll  olmayan  birləşmələr  əmələ  gəlir.  Sulemanın 
ölüm dozası 0,2-0,3 qram olub müalicəsi mümkün olmayan hadisələr 
törədir. 
Orqanizmdən civə birləşmələri çətin ixrac olur və əsasən böyrəkdə, 
qaraciyərdə  və  dalaqda  toplanır.  Onun  təbii  yolla  orqanizmə  daxil 
olması da mümkün olub 0,0001 mq təşkil edir. 
 
Sual və tapşırıqlar 
 
1.  Toksiki  elementlər  hansılardır?  Onlar  ətraf  mühitə  necə 
yayılırlar? 
2. Toksiki metalların təsir mexanizmini izah edin.  
3. Qurğuşun, civə və kadmiumun toksiki xassələrini göstərin.  
4. Ətraf mühitin çirklənməsində ağır metalların rolunu göstərin.  
5. Məişətdə ən çox yayılmış ağır metallarla zəhərlənmənin qarşısı 


 
142 
hansı yollarla alına bilər? 
____________________ 
 
 
 
DĠOKSĠNLƏR VƏ ONA OXġAR BĠRLƏġMƏLƏR 
 
Dioksinlər  çox  zəhərli  birləşmələr  olub  mutagen  (hüceyrələrdə 
mutasiya  dəyişgənliyi  yaratmaq  xassəsi)  kanserogen  (xərçəng 
xəstəlikləri əmələ gətirmək xassəsi) və teratogen xassələrə malikdirlər. 
Dioksinlər  pestisidlər,  plasmass,  kağız  və  defoliantlar  istehsalının 
əlavə məhsulu kimi əmələ gəlir və bu məhsulların tərkibində az da olsa 
qalaraq təhlükəyə çevrilir. 
Dioksinlər  metallurgiya  zavodlarının  tullantılarında,  kağız  və  ağac 
emalı  müəssisələrinin  ətraf  zonalarında,  zibillərin  yandırılaraq 
utilizasiyası  zamanı,  istilik  elektrik  stansiyalarında,  avtomobillərdən 
çıxan qazların tərkibində, sintetik  örtüklərin yanması zamanı da aşkar 
edilmişdir. 
Pambığın  maşınlarla  yığılması  zamanı  defoliantlardan  istifadə 
olunur.  Bu  zaman  onların  tərkibində  olan  0,0003%  dioksinlər  əkin 
sahələrinə çökərək uzun müddət zəhər mənbəinə çevrilir. 
1962-1971-ci  illərdə  Vyetnam  müharibəsi  zamanı  Amerika 
Birləşmiş  Ştatlarının  hərbi  hava  qüvvələri  57000  ton  defoliantdan 
istifadə  etmişdir  ki,  onun  da  tərkibində  170  kq  dioksin  olmuşdur. 
Nəticədə  istər  Vyetnamlılarda,  istərsə  də  müharibə  iştirakçıları  ABŞ 
əsgərlərində  bir  sıra  xəstəliklər,  o  cümlədən  xərçəng  xəstəlikləri 
müşahidə edilmişdir. 
Dioksin  qrupu  birləşmələr  100-dən  çox  olub,  hamısı  da  çox 
zəhərlidirlər.  Onlardan  ən  təhlükəlisi 2,  3,  7,  8  –tetraxlordibenzopara-
dioksin (TXDD) olub quruluşu aşağıdakı kimidir: 
 
 
 
 
 
 
О 
О 
Ъл 
Ъл 


 
143 
TXDD-klassik  dioksin  adlandırılaraq  sianidlərdən,  strixinindən, 
zoman  və  zarindən  daha  təhlükəli  zəhərdir.  Qorxulu  xassələri  – 
oksidləşmə  və  hidrolizə  uğramır,  yüksək  temperaturda  stabildir 
(750
0
C-də  parçalanır),  turşu  və  qələvilərə  qarşı  davamlıdır    və  üzvi  
həlledicilərdə    yaxşı  həll    olunur  –  dioksinlərin  təhlükəli  maddə 
olmasını göstərir. 
Aromatik  həlqədə  əvəzləyicilərin  dəyişməsi  nəticəsində  bir  sıra 
homoloqlar və izomerlər alınır. Məsələn, TXDD 22 izomeri vardır. 
Ətraf mühitə tökülən dioksinlər torpaqda toplanaraq su hövzələrinə, 
oradanda kənd təsərrüfatı məhsulları vasitəsilə insan orqanizminə daxil 
olaraq, dəyişmədən miqrasiya edir. 
Orqanizmə  dioksinlər  əsasən  qida  vasitəsilə  daxil  olurlar. 
Dioksinlərin  ən  çox  toplandığı  ərzaq  məhsulları  heyvan  və  bitki 
yağları,  ət  və  süd  məhsulları,  yağlı  balıqlar  olur.  Dioksinlər  yağda 
yaxşı  həll  olduğundan  yağ  vəzilərində  toplanır.  Orqanizmdən  süd 
vasitəsilə  xaric  olduğundan  inək  südündə  heyvan  toxumalarına 
nisbətən 400-500 dəfə  çox dioksin olur. 
Dioksinlər  üçün  YMH  (Yol  verilən  miqdar  həddi)  yoxdur,  çünki 
bütün  konsentrasiyalarda  təhlükəlidir.  Dioksinlər  insan  və  heyvan 
orqanizmlərində yüksək spektrli təsir mexanizminə malikdirlər: Aşağı 
dozalarda  belə  mutagen  effekti  yaradaraq,  kumilyativ  xassəyə 
malikdirlər;  orqanizmdə  olan  fermentlərə  dağıdıcı  təsir  yaradaraq 
onların  effektivliyini  azaldır;  hüceyrələrdə  bölünmə  zamanı  DNT-yə 
təsir  göstərərək  genetik  dəyişikliklər  törədirlər.  Yuxarıdakı  təsirinə 
görə dioksinlər superkotoksikantlar sırasına aid edilirlər. 
Dioksinlərin  sanitar  normaları  ölkələrdən  asılı  olaraq  müxtəlif 
kriteriyalarla  ölçülür.  Məsələn,  ABŞ-da  immuno  toksikant  (imun 
sistemini  məhv  etdiyinə  görə)  kimi,  Avropada  onkogennost  (xərçəng 
şişləri əmələ gətirdiyinə görə) kimi qəbul edilməkdədir. 
Dioksinlərin  Yol  verilən  Gündəlik    Qəbul  (YVGQ)  norması  
70 il ömür zamanı gündəlik norma 10
-11
q/kq-dan artıq olmamalıdır. 
Dioksinotoksikantlar  üçün  hazırda  nəinki  alimlər  hətta  dövlət 
rəhbərləri  də  narahat  olmağa  başlamış  və  onların  bütün  planetimiz 
üçün  təhlükə  törətməsinin  qarşısını  almaq  üçün  profilaktik  tədbirlər 
planı hazırlanmışdır. 
Əksər  dövlətlərdə  dioksinlərlə  mübarizə  üsulu  kimi  ekoloji 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə