Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

 
144 
monitorinq  laboratoriyaları  yaradılmışdır.  Azərbaycanda  ilk  belə 
laboratoriya 
Azərbaycan 
Kənd 
Təsərrüfatı 
Akademiyasında 
yaradılmışdır və Almaniya dövləti tərəfindən maliyə dəstəyi göstərilir. 
Dünya  ölkələrindən  ABŞ-da  və  Avropada  texnoloji  proseslərə 
nəzarət  gücləndirilmiş,  məişət  tullantılarının  çeşidlənməsi  və 
utiliraziyası  zamanı  təhlükəsizlik  texnikasına  əməl  olunması 
nəticəsində yüksək nəticələr əldə olunmuşdur. 
İsveç dövləti artıq 10 ilə yaxındır ki, plasmas sənayesində və kağız 
istehsalında  dioksinlərin  minimum  hədd  daxilində  alınmasına  nail 
olmuşlar.  Almaniya,  ABŞ,  Hollaniya,  Fransa  və  Yaponiyada 
antidioksin filtirləri  quraşdırılmışdır. 
Bəzi  elementlər  əsasən  ağır  metallar-qurğuşun,  kadmium,  civə  – 
radiasiya,  nitrat-nitritlər,  xlorfenollar  və  kükürdlü  üzvü  birləşmələr 
dioksinlərin təsir dərəcəsini xeyli artıraraq sinergetizm yaradırlar. 
 
ÇOXNÜVƏLĠ AROMATĠK KARBOHĠDROGENLƏR 
 
Çoxnüvəli  aromatik  karbohidrogenlərin  (ÇAK)  200-ə  qədər 
nümayəndəsi  kanserogen  xassəli  olub  ətraf  mühiti  çirkləndirən 
təhlükəli maddələr hesab olunurlar. 
Bu  karbohidrogenlərin  ən  təhlükəli  hesab  olunanı  3,4-benzopiren 
olub aşağıdakı quruluş sxeminə malikdir: 
 
 
 
 
 
 
 
 
O,  ilk  dəfə  1933-cü  ildə  kanserogen  maddə  kimi qeydə  alınmışdır. 
Sonralar 
çoxnüvəli 
aromatik 
karbohidrogenlərin 
digər 
nümayəndələrində  də  –  xlorantren,  perilen,  tribenzopiren  –  bu  xassə 
aşkar edilmişdir. 
Bu karbohidrogenlərin bir sıra nümayəndələri – antrasen, fenantren, 
piren, flüoranten – az zəhərli maddələr sırasına daxil edilmişlər. 


 
145 
ÇAK-ların  kanserogen  aktivliyinin  70-80%-i  benzopirendə 
toplanmışdır. 
Kanserogen  ÇAK-lər  təbiətdə  həmçinin  abiogen  yolla  da  əmələ 
gəlir.  Hər  il  minlərlə    ton  benzopiren    təbii  yolla    əmələ  gələrək 
biosferə yayılır. Bundan bir neçə dəfə çox texnogen yolla əmələ gəlir. 
ÇAK-lar  neft  məhsullarının,  kömürün,  odunçağın,  məişət 
tullantılarının,  ərzaq  məhsullarının,  tütünün  yanmasından  əmələ  gəlir. 
Temperatur aşağı olduqda ÇAK-ların alınması çoxalır. 
Hətta  ekoloji  təmiz  bitki  məhsullarında  belə  benzopirenin  miqdarı 
0,03-0,1  mkq/kq  olur.  Termiki  işlənmə  zamanı  isə  miqdar  artaraq  50 
mkq/kq-a çatır ki, bu da təhlükəli hesab olunur. 
Məişətimizə daxil olan polimer materiallardan hazırlanmış paketlər, 
stəkanlar,  torbalar  benzopiren  mənbəi  hesab  olunurlar.  Benzopiren 
yağlarda və süd məhsullarında həll olduğundan onların qablaşdırılması 
zamanı polimer materiallardan istifadə məsləhətli deyildir. 
Benzopiren tütünün yanması zamanı, papiros tüstüsündə ən çox rast 
gəlinir. 
Yaşlı insan yemək vasitəsilə il ərzində 0,006 mq benzopiren qəbul 
edir.  Ekoloji  çirklənən  yaşayış  massivlərində  və  böyük  şəhərlərdə  bu 
rəqəm  5-6  dəfə  artır.  Benzopirenin  YMH  (yol  verilən  miqdar  həddi) 
atmosferdə – 0,1 mkq/100 m
3
, suda –0,005 mq/l, torpaqda – 0,2 mq/kq 
hesablanmışdır. 
Aşağıdakı  cədvəldə  ərzaq  məhsullarının  tərkibində  benzopirenin 
miqdarı  mkq/kq  tərtibində  göstərilmişdir.  Cədvəldən  göründüyü  kimi 
əksər  ərzaq  məhsulları  əvvəllər  kanserogen  maddələr  sinfinə  aid 
edilmirdi. 
 
Mal əti  
tapılmamışdır  Xörək duzu 
0,03-0,50 
Dana əti 
tapılmamışdır  Taxıl 
0,17-4,38 
Donuz əti 
tapılmamışdır  Un 
0,2-1,6 
Zeytun yağı 
tapılmamışdır  Əla növ un 
0,09 
Kolbasa 
0,26-0,50 
Kələm salatı 
12 
Kolbasa hisə verilmiş 
0,72 
Kartof 
1-16,6 
Qızardılmış dana əti  
0,18-0,63 
Kofe-qovrulmuş 
0,3-0,5 
Balıq (qırmızı) 
0,7-1,7 
Qurudulmuş meyvələr: 
Kambala (təzə) 
15-16 
Qara gavalı 
23,9 
Süd 
0,01-0,02 
Albalı 
14,2 


 
146 
Kərə yağı 
0-0,13 
Armud 
5,7 
Günəbaxan yağı 
0,93-30,0 
Alma 
0,3 
Şəkər 
0,23 
Qoz 
0,2 
 
 
Fındıq 
0,4 
 
 
Sual və tapşırıqlar 
 
1. Dioksinlər hansı kimyəvi birləşmələrdir? 
2. Dioksinlər təbii və antropogen yolla necə alınır? 
3. Dioksinlərin zəhərli xassələrini söyləyin. 
4.  Çox  nüvəli  aromatik  karbohidrogenlərin  ekoloji  mühiti 
çirkləndirən nümayəndələrini göstərin. 
5.  Ən  çox  dioksin  və  zərərli  maddələr  olan  qida  məhsulları 
hansılardır? 
____________________ 
 
 
ÇOX TƏHLÜKƏLĠ DĠGƏR ÇĠRKLƏNDĠRĠCĠ MADDƏLƏR 
 
Atmosferə atılan kimyəvi birləşmələr arasında zəhərli və ya zərərli 
hesab  edilən  bir  çox  maddələr  vardır.  Atmosferi  çirkləndirən  belə 
təhlükəli  maddələrə  demək  olar  ki  nəzarət  edilmir  və  onların 
çirkləndirici kimi atmosferdə olan miqdarı da təyin edilmir. 
Lakin  qeyd  etmək  lazımdır  ki,  bu  maddələrə  xüsusi  nəzarət  günün 
ən  vacib  məsələlərindən  biri  olmalıdır.  Belə  təhlükəli  çirkləndirici 
maddələrə civə suxarları, vinilxlorid və benzol aiddir. 
 
Atmosferin potensial təhlükəli çirkləndiriciləri 
 
Adı 
Kimyəvi formulu 
Zəhərliliyi 
Orta 
konsentrasiyası, 
trln.
-1
 
Halogenli metanlar 
Metil-xlorid 
CH
3
Cl 
Bm 
788 
Metilbromid 
CH
3
Br 
Bm 
141 
Metilyodid 
CH
3

PK, BM 
2,7 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə