153
keçirilir.
İkinci mərhələdə kimyəvi çevrilmələr baş verdiyindən, bu zaman
zülalların, nuklein turşularının, lipidlərin radikalları su molekulları və
oksigenlə qarşılıqlı təsirdə olurlar. Bu da öz növbəsində peroksid
birləşmələrin əmələ gəlməsi ilə yanaşı, oksidləşmə prosesini
sürətləndirərək molekulların dəyişməsi baş verir. Nəticədə bioloji
membranların quruluşu dəyişir, dağılma prosesi sürətlənir, fermentlə-
rin funksiyası dəyişərək onların aktivliyi dəyişir.
Üçüncü mərhələdə biokimyəvi dəyişiklər baş verir. Bu zaman bir
fermentin aktivliyi azalaraq, digərinin aktivliyi həddindən çox artır.
Nəticədə lazımı molekulların sintezi ləngiyərək biokimyəvi proseslər
getmir. Bu mərhələdə, həmçinin fosforun oksidləşməsi getmir. 100 rad
şüalanmadan 20-30 dəqiqə sonra bu proses baş verir ki, bu zaman
həyat fəaliyyətinin əsas tənzimləyicisi olan adipin tri fosfat (ATF)
molekulunda genləşmə sistemi dağılır.
Radiasiyaya həssas olan molekullardan biri də Dezoksirubenuklein
turşusu (DNT) və onun kompleksləridir. Ehtimal olunur ki, bu zaman
əsas etibarı ilə zülal-zülal və zülal DNT əlaqəsi dağılır.
Orqanizmin tam şüalanması zamanı skelet əzələlrində, qaraciyərdə
və digər toxumalarda qlikogenin miqdarı aşağı düşür. Bundan başqa
qlikozanın parçalanması prosesi - qlikoliz də pozulur.
Şüalanma zamanı lipidlərdə sürətli oksidləşmə prosesi nəticəsində
aşağıdakı reaksiya ilə müşayət olunan peroksidlərin əmələ gəlməsi
prosesi baş verir. ROOH
R – və ROOH
ROO- çevrilməsi
baş verərək ilkin radikallar yaranır, bu radikallar da öz növbəsində
oksidləşərək peroksidlər əmələ gəlir:
R- + O
2
RO
2
- və ROO- + RH
ROOH + R-
Proses zəncirvari olduğundan sürətli baş verir və hüceyrələrin məhv
olması ilə nəticələnir.
Orqanizm şüalanmaya məruz qaldıqda lipidlərin miqdarının
azalması ilə yanaşı, onların qanda, qara çiyərdə və digər toxumalarda
paylanması pozulur.
Radioaktiv maddələrin orqanizmdə yayılması xüsusiyyətləri əsasən
üç qrupla xarakterizə olunur:
1. Skeletlərdə toplanan izotoplar – buraya stronsium barium və
154
radiumun radioaktiv izotopları daxildir.
2. Qara çiyərdə toplanan izotoplar - buraya serium, lantan,
plutonium və digər aktinoidlərin izotopları daxildir.
3. Orqanizmdə bərabər paylanan radioaktiv izotoplar buraya hidrogen,
karbon, təsirsiz qazlar, dəmir və digər elementlərin radioaktiv izotopları
daxildir. Bunlar da orqan və toxumalarda sellektiv olaraq toplanırlar.
Məsələn, kalium, ribidium, sezium əzələlərdə, niobium, rutenium dalaxda,
böyrəküstü vəzdə, limfa düyünlərində daha çox toplanırlar. Radioaktiv
yod isə əsasən qalxanabənzər vəzdə toplanır və onun bədxassəli şiş əmələ
gətirməsinə səbəb olur.
Yuxarıdakıları analiz etdikdə radioaktiv çirklənmədən qorunmaq
üçün aşağıdakı profilaktiki tədbirlər alınmalıdır: təbii ekran kimi Bizi,
Günəşdən gələn radioaktiv kosmik şüalardan qoruyan Yer atmosferinin
qorunması; radioaktiv elementlərin çıxarılması, istehsalı tətbiqi və
saxlanması zamanı yüksək təhlükəsizlik texnikasına əməl olunması.
Radionuklidlərin orqanizmdə toplanmasının qarşısını almağın
yollarından biri də düzgün qidalanmadır. Bu zaman orqanizmə daxil
olan və yarım parçalanma dövrü 10 ildən çox olan radionuklidlərin
toplanması və miqrasiyası aradan qalxır.
Radioaktiv zədələnmələrə həssas olan toxumalar – onurğa beyni və
sümüklər bəd xassəli şişlərin əmələ gəlmə riskinə görə ilkin yerlərdən
birinə sahibdir.
Tədqiqatlar göstərmişdir ki, qida rasionu balıq məhsulları,
kalsiumla, flüorla zəngin qidalar, antioksidant xassəli A, E, C
vitaminləri, eləcə də tam mənimsənilməmiş karbohidratlar (pektin)
orqanizmdə baş verə biləcək onkoloji xəstəliklərin riskini azaldır. Bu
cür qidalanma əsas profilaktiki tədbirlərdən biri olub ağır metalların və
digər zəhərli maddələrin orqanizmdə toplanması və miqrasiyasının
qarşısını almaqla, onların orqanizmdən kənar olmasını sürətləndirən
bir vasitədir.
Ətraf mühitin radioaktiv çirklənməsi prosesi əsasən 1940-1950-ci
illərdən başlayaraq yarandı. Bu illərdə atom bombasının hazırlanması
və tətbiqi (avqust, sentyabr 1945-ci il Naqasaki və Xerosima şəhərləri
– Yaponiya) nəticəsində antropogen radiasiya yarandı. Nüvə
silahlarının təkmilləşməsi, quruda və suda nüvə sınaqlarının
keçirilməsi tələbi yarandığından, planetimiz radionuklidlərdə zəngin-
155
ləşməyə başladı.
Təbii radioaktiv filizlərin çıxarılması, onların yenidən işlənərək
Uran-235-in ayrılması, Atom elektrostansiyaların (AES) istifadəyə
verilməsi, bütün bunlar bilavasitə yer qabığında və atmosferdə
radioaktiv izotopların yayılmasına səbəb oldu.
Bu dövrə qədər planetimizdə təbii olaraq radiasiya fonu mövcud idi
və canlı orqanizmlər bu fona adaptasiya olunmuş hesab edilirdi.
XX əsrin ortalarından başlayaraq radiasiya fonu bir neçə dəfə
artmağa başladı. Digər tərəfdən insanların radioaktiv şüalarla
şüalanması rentgen diaqnostikanın yaranması nəticəsində də baş
vermiş oldu.
Radioaktivlik vahidi kimi Bekkerel (Bk) qəbul edilmişdir ki, bu da
bir saniyədə nüvə parçalanmalarının sayı ilə ölçülür.
Radioaktivliyi həmçinin Küri (Ki) ilə də göstərirlər 1Ku=3,7
10
10
dağılma /saniyə, 1Bk=2,7
10
-11
Ku. Son zamanlar ekspozisiya dozası
kimi rengen vahidindən də istifadə olunur.
1 Rentgen
- şüalanma 1 sm
3
havada 2,08
10
8
çüt ion əmələ
gəlməsilə ölçülən şüalanmaya bərabərdir.
Təbii radiaktiv fon kosmogen və geogen yolla yaranır. Yer kürəsi
daimi olaraq proton və neytron bombardmanına məruz qalır. Kosmik
şüaların təsirindən atmosfer azotu və hidrogeni dəyişərək
3
H,
14
C,
7
Be
və
10
Be kimi radionuklidlərin əmələ gəlməsinə səbəb olur.
Məsələn, azot atomunun nüvəsi kosmik neytronların bombardmanı
nəticəsində
14
C izotopu əmələ gəlir.
14
7
N+
1
o
P
14
6
C +
1
1
H
Bu zaman əmələ gələn
14
6
C izotopunun yarımparçalanma dövrü
5730 il olub aktivlik cəmi isə 8,5
10
18
Bk-lə bərabərdir.
Eyni zamanda atmosfer azotunun nüvəsi günəşdən gələn kosmik
protonlarla bombardman edildikdə aşağıdakı çevrilmə baş verir.
14
7
N +
o
1
P
2
7
4
Be
7
4
Be izotopunun yarımparçalanma dövrü 53 gün olub yağış
vasitəsilə milyon tonlarla yer qabığına çökür. Bu zaman yağış suyunun
ümumi aktivliyi 700 Bk/m
3
bərabər olur.
Dostları ilə paylaş: |