159
Yüksək aktivli radioaktiv tullantıların saxlanması əsl problemə
çevrilmişdir. Belə «qəbirsanlıqların» müddəti 10 il müddətinə
hesablanmalıdır.
Adətən belə «gəbirsanlıqlar» geoloji formasiyalar dərinliyində olur.
Belə formasiyalardan ən əlverişlisi qranit təbəqəsidir. Həmin təbəqədə
quyular vurulur və xüsusi konteynerlərdə (onlar əsasən qurğuşundan
hazırlanır) tullantılar oraya atılır. Bu zaman geoloji çatlar, seysmik
silkələnmələrdən əmələ gələn çatlar vasitəsilə sıxılmalar yaranır ki, bu
da çox təhlükəlidir.
Odur ki, radioaktiv tullantıların saxlanması dünyəvi problemə
çevrilərək heç bir dövlətdə sona qədər həll edilməmişdir.
NÜVƏ QƏZALARI ZAMANI ƏTRAF MÜHĠTĠN
ÇĠRKLƏNMƏSĠ
Hazırki zamanda AEC-da nüvə reaktorlarında və atom sualtı
qayıqlarında mütləq təhlükəsizlik yaratmaq mümkün deyildir. 1945-
1987-ci illərdə14 ölkənin AEC-da 150 hadisə baş vermişdir ki,
onlardan 27-si qəza kimi qeyd edilmişdir. Onlardan ən təhlükəlisi
1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl şəhərində fəaliyyət
göstərən AEC-da baş vermişdir.
Stansiyanın 4-cü blokunda partlayış nəticəsində (temperatura
tənzimləmək mümkün olmadığından istilik 4000
0
C-yə çataraq suyun
termiki parçalanması baş vermiş və qaz qarışığı partlayaraq reaktoru
dağıtmışdır) atmosferə radioaktiv maddələr yayılmağa başladı. Bu
zaman aktiv zonada 1500 Mku radioaktiv parçalanmaya malik
radionuklid toplandı.
Radioaktiv məhsulun əsasını
85
Kr və
133
Xe təşkil edirdi. Nüvə
yanacağı betonla birlikdə əriyərək şüşəyəbənzər lava əmələ gətirərək
4-cü blokda toplandı. Bundan başqa yanacaq dağılaraq qrafit və tikinti
materillarından yaranan 20 tona yaxın toz halında qarışıq əmələ gəldi.
Həmin tozun 2 tona yaxın miqdarı hələdə orta zalda qalmaqdadır.
Yanacağın lavada dəqiq miqdarı məlum deyildir. Hesablamalara
görə sarkofakda 180 ton uran olmalı idi və onun da 150 tonu lavanın
tərkibində ola bilərdi.
Alınan məlumatlara əsasən qəza nəticəsində ətrafa 7 ton Uran
160
oksidi səpələnmişdir.
Çernobıl qəzasının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir
ki, təxminən 2000 metr yüksəkliyə qalxan və oradan da yer qabığına
çökən «qaynar hissəciklərin» olmasıdır. Bu «qaynar hissəciklər» atom
yanacaqları olub aktivliyi 0,1 Bk/mkq olan hissəciklərdir. Bu
hissəciklərin ölçüsü 5-100 mikron olub əsas tərkibi ərimiş lava hissə-
ciklərindən ibarətdir. Onun toz halında olan hissəcikləri atmosferə
yayılaraq min kilometrlərlə uzaqlara səpələnmişdir. Ukraina, Rusiya,
Belorusiya, Litva və Avropa ölkələrində bu «qaynar hissəciklər» qeyd
olunmuşdur. Hətta qəzadan beş il sonra onların varlığı haqqında
məlumatlar alınmışdır.
Yer qabığına çökmüş radioaktiv hissəciklər yağış və qrunt suları ilə
sürətlə miqrasiya edərək 1000 km yol qət edə bilmiş və ətraf mühiti
çirkləndirmişdir.
Sual və tapşırıqlar
1.Radionuklidlər nədir və ətraf mühitə necə yayılırlar?
2.Radioaktiv izotoplardan ətraf mühitdə ən çox yayılanları
hansılardır? Radionuklidlər insan orqanizmində hansı dəyişiklər
yarada bilirlər?
3.Təbii radioaktiv çirklənmənin mənbəini göstərin?
4.Atom enerjisindən istifadə zamanı ətraf mühit neçə çirklənə
bilir və onun qarşısını neçə almaq olar?
5. «Çernobıl qəzası» neçə baş vermişdir? Onun törətdiyi bədbəxt
hadisələri göstərin.
____________________
161
Fəsil V.
ƏTRAF MÜHĠTĠN KĠMYASI FƏNNĠ ÜZRƏ
LABORATORĠYA MƏġĞƏLƏLƏRĠ
Atmosfer qarışıqlarının analizi. Atmosferi çirkləndirən maddələr
qaz, maye və bərk halda ola bilir. Bəzi çirkləndiricilər isə buxar
halında olur, məsələn, benzin maye halında olmasına baxmayaraq,
uçucu maddə olduğundan açıq qabda saxlandıqda sürətlə buxarlanır və
atmosferin çirklənməsinə səbəb olur. Benzinin tərkibində 300-ə qədər
birləşmə vardır ki, bunlar karbohidrogenlər olub fraksiyadan asılı
olaraq C
4
-C
12
tərkibli parafinlərdən, sikloparafinlərdən və aromatik
karbohidrogenlərdən ibarətdir.
Yanacaq doldurma məntəqələrində təhlükəsizlik texnikasına əməl
olunmadıqda, avtomobillərə yanacaq doldurarkən müəyyən miqdar
benzin buxarlanaraq atmosferə yayılır. Odur ki, həmin məntəqələrin
işçiləri xüsusi qoruyucu maska taxmalıdırlar. Əksər ölkələrdə eləcədə
Azərbaycan Respublikasında buna əməl olunmur.
Hesablamalar göstərmişdir ki, respublikamızda 2006-cı ilin sonuna
qədər 700000 avtomobil qeydiyyatdan keçmişdir ki, bununda 92%
təkcə Bakıda istismardadır. Hər bir avtomobildən sutka ərzində 10 q
benzin buxarlanarsa 1 il ərzində: 700000 x 10q x 365 gün = 2555 ton
benzin atmosferə daxil olur. Bununda 92%-i yəni 240 tonu Bakı
şəhərinin atmosferində yayılmış olur. Buna görə də atmosferdə benzin
molekullarının miqdarını hesablamaq üçün xüsusi hazırlıq tələb
olunur.
LABORATORĠYA ĠġĠ №1
Havada benzin buxarlarının qatılığının təyini
Avadanlıq: Qaz analizatoru YQ-2. Həmin cihazla digər qaz halında
və buxar halında olan qarışıqları təyin etmək olur. Məsələn, yol polis
əməkdaşları həmin cihazın köməyi ilə insan nəfəsində olan etil spirti
buxarlarını təyin edə bilirlər. Hər bir analiz ediləcək maddənin xüsusi
indiiqatoru olur ki, onun rənginin dəyişməsi ilə maddə miqdarını
Dostları ilə paylaş: |