156
Geogen mənşəli radioaktiv izotoplar təxminən 300 olub, onlardan
ən çox yayılanı
40
K izotopudur. Onun yarımparçalanma dövrü 1,32
10
9
il olub, radioaktiv izotopların 0,0119%-ni təşkil edir. Bu izotopun
radiokimyəvi parçalanması iki istiqamətdə gedir. Birinci istiqamət
-
parçalanma olmaqla izotopun 89%-ni əhatə edir.
40
K
40
Ca +
İkinci istiqamət zamanı
40
K izotopu elektron udaraq arqon
elementinə çevrilir:
40
K + e
40
Ar +
Geogen radionuklidlərdən Uran və Torium yer qabığında az və
səpələnmiş halda yayılsada (Uranın klarkı - 2,6
10
-40
%, Toriumunki
isə 1,6
10
-40
%) canlı varlıqlarda onların miqdarı 8 mqr/kq təşkil edir.
Çay sularında Uran və Toriumun miqdarı 0,3
0,5 mkq/l olur və hər il
okean və dənizlərə 70 ton Uran, 189 ton Torium axıdılır.
QEYRĠ NÜVƏ YANACAQLARI ANTROPOGEN
RADĠONUKLEĠD MƏNBƏLƏRĠ
Yer qabığında yayılmış və istifadə olunan faydalı qazıntılar, eləcədə
daş kömür, neft, qaz, torf, qaynar şistlər (lay-lay yerləşmiş və enerji
mənbəi olan şistlər Azərbaycanda ən çox ehtiyatlara malikdir) bu və ya
başqa miqdarda radionuklidlərlə zəngindir. Filizlərin emalı və
yanacaqlar yandırılan zaman bu radionuklidlər bərk halda və maye qaz
halında ətraf mühitə yayılaraq ekoloji çirklənmə yaradır.
Mütəxəssislərin hesablanmalarına görə təsərrüfat fəaliyyəti
nəticəsində hər il təbiətə 10
5
Ku Torium-232 və həmin miqdarda da
Uran-238 yayılır. Bundan başqa hesablamalardan kənarda qalan kimya
zavodlarının istehsal tullantılarının miqdarı bu rəqəmlərdən bir neçə
dəfə çoxdur.
Qara və əlvan metallurgiya zavodlarında, gübrə sənayesində
odadavamlı və saxsı materiallarının istehsalı zamanı onların tərkibində
olan radionuklidlər ətraf mühitə yayılır.
Fosfatlar, Rutilli birləşmələr, sirkonium və volfromlu tullantılarda
radioaktivlik 70 kBk/kq təşkil edir ki, bu cür maddələr (MAQATG–
157
Azərbaycan dilində – Atom enerjisi üzrə beynəlxalq agentlik – ATENBA)
tərəfindən «radioaktiv maddə» sırasına aid edilir.
Sumqayıt superfosfat zavodundan və Gəncə Alüminium zavodunun
tullantılarında bu rəqəm bir neçə dəfə çoxdur.
Qeyri nüvə sənayesində filizlərin işlənməsi nəticəsində filizlərdə olan
təbii radiasiya fonu temperaturun təsirindən bir neçə min dəfə artır.
Müəyyən edilmişdir ki, qurğuşun filizlərində
210
Pb-nun radioaktivliyi
13,5 Bk/kq olduğu halda, əridildikdə bu rəqəm 370 k Bk/kq olur.
Yeraltı sulardan alınan yodun istehsalı zamanı sulfat turşusundan
oksidləşdirici kimi istifadə olunur. Bu zaman xeyli miqdarda barium və
stronsium sulfat çöküntüləri alınır ki, onlarda öz növbəsində
228
Ra
izotopunu özündə toplayaraq radioaktiv mənbəyə çevrilir.
Təbii radionuklidlərin ətraf mühitə yayılmasının əsas səbəblərindən
biri kimi filizlərin yüksək temperaturda işlənməsidir.
Məsələn, odadavamlı materialların alınması zamanı temperatur
2800
0
C-yə çatır. Hansı ki, Radium elementi 1140
0
C-də qaynayır.
Beləliklə, radium izotoplarının buxarı aerozol şəklində atmosferə,
oradan da yer qabığına yayılır. Həmin istehsal tullantılarında daha
təhlükəli olan
210
Pb və
210
Po radioaktiv izotoplarda çox olur.
Daş kömür, mazut və qazla işləyən istilik elektrik stansiyalarında da
radioaktiv çirklənmə prosesi baş verir. Tədqiqatlar göstərmişdir ki,
həmin stansiyalara yaxın ərazidə yaşayan əhali normadan 30-40 dəfə
artıq ekvivalent doza qəbul edir.
NÜVƏ-YANACAQLARI MÜƏSSĠSƏLƏRĠNDƏ
YARANAN RADĠONUKLĠDLƏR
XX əsrdə dünyada istehsal olunan elektrik enerjisinin 17%-i nüvə
energetikasının payına düşür.
2000-ci ildə 34 ölkədə 441 nüvə reaktorları fəaliyyət göstərir və 42
ədədi də tikilmək üzrə idi. Ən çox nüvə reaktoru ABŞ-da 110,
Fransada-57,
Yaponiyada-54,
Rusiyada-36,
İngiltərədə-35
qurulmuşdur.
Nüvə-Yanacaq siklinin bütün mərhələrində; Uran filizlərinin
çıxarılması, zənginləşməsi, enerji istehsalı, radioaktiv tullantıların
saxlanması zamanı ətraf mühit radioaktiv maddələrlə çirklənir.
158
Atom elektrik stansiyaları standart texnologiya ilə işlədikdə insanlar
tərəfindən qəbul edilən orta illik effektiv doza, istilik elektrik
stansiyalarına nisbətən 10-15 dəfə az olur.
Atom elektrik stansiyalarının normal işləməsi zamanı ətraf mühitə
qaz halında
3
H-tritium,
85
K-radiokripton,
133
Xe-radioksenon, CO
2
şəklində
14
C-radiokarbon yayılır.
Yarım parçalanma dövrü az olan radioaktiv qazlar AES-dan bir
qədər aralıda olan zonalara təsir göstərmir. Lakin yarımparçalanma
dövrü 10 ildən çox olan radioaktiv tullantılar isə ekoloji təhlükə
yaradır. Belə qazlara tritium T
2
=12,3 il, kripton-85=10,76 il, karbon-
14=5730 il göstərmək olar.
Atom elektrik stansiyalarında 1 QVt elektrik enerjisi istehsal
olunduqda 1 ton radioaktiv parçalanma məhsulları alınır. Bundan
başqa işlənmiş yanacağın tərkibində Plutonium və digər transuran
elementlərinin izotopları toplanır.
Radioaktiv tullantılar üç qrupa ayrılır:
Aşağı aktivli maye tullantılar – aktivlik vahidi 10
-5
Ku/l-dən az
olanlar.
Orta aktivli maye tullantılar – aktivlik vahidi 10
-5
Ku/l-dan çox
olanlar.
Yüksək aktivli maye tullantılar – aktivlik vahidi 1 Ku/kq-dan artıq
olanlar.
Uzun müddət aşağı və orta aktivli maye tullantılar sulara axıdılırdı.
Təxminən 95000 ton belə tullantılar gəmilər vasitəsilə Atlantik
Okeanına axıdılmışdır ki, onun ümumi aktivliyi 1¸10
6
Ku bərabərdir.
Aktivliyi 2,2¸10
6
Ku olan bərk və maye radioaktiv tullantılar Karsk
dənizinə axıdılmışdır. Təkcə «Lenin» buzqıran gəmisinin 16
reaktorundan küllü miqdarda radioaktiv tullantı Karsk dənizinə
tökülmüşdür.
Yalnız 1992-ci ildə radioaktiv tullantılarının dəniz və okeanlara
axıdılması qadağan edilmişdir. Bir sözlə, radioaktiv tullantıların
təhlükəsiz saxlanması problemə çevrilərək nüvə energetikasının
inkişafında bir maneyə çevrilmişdir.
Hazırda az və orta aktivli tullantıları xüsusi hazırlanmış
«qəbirsanlıqlarda» saxlayırlar. Onlar az dərinlikli hövzələr olub gil
təbəqəsinin üstündə yaradılır ki, qrunt sularına keçməsinin qarşısı alınsın.
Dostları ilə paylaş: |