162
müəyyən etmək olar.
Bunun üçün indiqator trubkasında rəqəmli şkala mövcuddur. Hər
bir alınan rəqəm mq/m
3
ilə hesablanır və Yolverilən Miqdav Həddi
(YMH) ilə tutuşdurularaq havanın hansı həcmdə ekoloji çirkləndiyi
məlum olur.
LABORATORĠYA ĠġĠ №2
Havada karbon qazının ekspess üsulla təyini
Burada iki üsuldan istifadə etmək olar. Yaxşı olar ki, hər iki üsuldan
istifadə edərək qiymətlər müqaisə edilsin.
I üsul – karbon qazının kalsium hidrokarbonatla qarşılıqlı təsirinə
əsaslanır.
Avadanlıq: 100 ml həcmi olan şpris.
Reaktivlər: 0,005%-li kalsium hidrokarbonat məhlulu- 100 ml;
1%-li fenolftalein məhlulu.
İşin gedişi: 100 ml-lik şprislə 20 ml kalsium hidrokarbonat məhlulu
(0,005%) ilə fenolftalein qarışığı götürülür. Məhlul açıq qırmızı rəngdə
olur. Məhlulun üzərinə 20 ml hava sorularaq 1 dəqiqə ərzində
çalxalanır. Rəngsizləşmə müşahidə edilməzsə, məhlulun üzərindəki
hava sıxışdırılıb çıxarılır. Yenidən məhlulun üzərinə 20 ml hava
soraraq 1 dəqiqə çalxalanır. Əməliyyat 3-4 dəfə təkrarlandıqdan sonra
rəngsizləşmə müşahidə edilməzsə, sonrakı dəfə 10 ml hava götürərək
əməliyyat məhlul rəngsizləşənə qədər davam etdirilir. Şpritsə nə qədər
hava soruldugunu dəqiq qeyd etmək lazımdır. İstifadə olunan havanın
həcminə görə aşağıdakı cədvəlin köməyi ilə havadakı CO
2
miqdarı
tapılır.
Havanın
həcmi, ml
CO
2
, %
Havanın
həcmi, ml
CO
2
, %
Havanın
həcmi, ml
CO
2
, %
80
3,2
330
1,16
410
0,84
160
2,08
340
1,12
420
0,80
20
1,82
350
1,08
430
0,76
240
1,56
360
1,04
440
0,70
260
1,44
370
1,00
450
0,66
280
1,36
380
0,96
460
0,60
163
300
1,28
390
0,92
470
0,56
320
1,20
400
0,88
480
0,52
II üsul. Bu üsul havadakı karbon qazı ilə ammonium hidroksidin
qarşılıqlı təsirinə əsaslanır. Bu üsulla həm açıq atmosferdə, həm də
tədqiq olunan havada CO
2
qazının miqdarı tapılır.
Avadanlıq və ləvazimatlar: 1) sınaq şüşəsi; 2) 20 ml həcmli şprits.
Məhlullar: 1) 25%-li ammonyak məhlulu; 2) 1%-li fenolftalein
məhlulu.
Uducu məhlulun hazırlanması. 500 ml-ik ölçülü kolba götürülərək
içərisinə 400 ml distilə suyu tökülür, üzərinə 0,04 ml ammonyak
məhlulu və 2-3 damcı 1%-li fenolftalein məhlulu əlavə edilərək
ehtiyatla calxalanır. Sonra nişan xəttinə qədər distillə suyu əlavə edilir.
İşin gedişi: sınaq şüşəsinə 10 ml uducu məhluldan tökülərək ağzı
rezin propka ilə örtülür. Rezin probkaya şpritsin iynəsi sancılaraq eləcə
də saxlanılır.
Əvvəlcə açıq havada CO
2
-nin miqdarı hesablanır. Bunun üçün 20
ml hava sorularaq sınaq şüşəsinə yeridilir və porşeni son vəziyyətində
saxlayaraq (bərk tutmaq lazımdır ki, porşen havanı geri sormasın) 1
dəqiqə çalxalanır. Bu əməliyyat məhlul rəngsizləşənə qədər davam
etdirilərək istifadə olunan havanın miqdarı qeyd edilir.
Məhlul rəngsizləşdikdən sonra digər təmiz sınaq şüşəsi götürülərək
eyni əməliyyat tədqiq olunan hava götürməklə təkrar edilir. Qeyd
etmək lazımdır ki, bu zaman götürülən havanın bir qədər az miqdarı
məhlulu rəngsizləşdirməlidir: açıq havada 0,03% karbon qazı olduğu
halda şəhər havasında bu rəqəm 0,04% həddindədir.
CO
2
miqdarı aşağıdakı düsturla hesablanır.
B%CO
2
1
н
н
04
.
0
n-açıq hava götürülmüş şpritslərin sayı;
n
1
-tədqiq olunan hava götürülmüş şpristlərin sayı.
164
LABORATORĠYA ĠġĠ №3
Avtomobil nəqliyyatının intensivliyindən asılı olaraq
atmosfer havasının çirklənmə dərəcəsinin təyini
Məlumdur ki, atmosfer havası bir sıra faktorlar tərəfindən çirklənir:
istilik energetika müəssisələri, zavod və fabriklər, avtomobil nəqliyyatı
əsas çirkləndiricilərdən hesab olunur. Günbə-gün artan nəqliyyat vasitələri
havanı 200-dən çox maddə vasitəsilə çirkləndirir ki, bunların tərkib
hissəsini əsasən CO
2
, CO, NO, NO
2
, yanmamış karbohidrogenlər,
kükürdlü birləşmələr və qurum təşkil edir.
Atmosfer havasının işlənmiş qazlarla çirklənməsi prosesi zaman və
məkandan asılı olaraq dəyişir. Səhər və axşam vaxtlarında avtomobil
axını çox olduğundan, havanın kəskin çirklənməsi müşahidə edilir.
Şəhərlərin avtomobil axınının sanitar norması, hər hansı bir
nöqtədən keçən maşınların sayı ilə müəyyən edilir ki, bu rəqəm 200
avtomobil/saat qəbul edilmişdir.
Tədqiqat aparmaq üçün bir neçə küçə seçilir və onların orta qiyməti
tapılır.
Aşağıda çətin olmayan üsulla avtomobil axınının hesabatı aparıla
bilər.
I üsul. Avtomobillər sıx hərəkət edən şəhərin hər hansı küçəsində
bir və ya bir neçə nəzarət məntəqəsi seçilir. Yaxşı olar ki, bu
məntəqələr dayanacaqlardan bir qədər aralıda və təhlükəsiz yerdə
seçilsin. Hər bir məntəqədə iki nəfər nəzarətçi olmalıdır. Hər bir nəfər
ayrılıqda şəhərə daxil olan və şəhərdən çıxan maşınların hesabatını
aparmalıdır.
Hər bir nəzarətçi əvvəlcədən avtomobillərin gözlənilən çeşidləri
göstərilməklə cədvəl hazırlamalı və keçən hər hansı nəqliyyat vasitəsi
ayrılıqda nöqtə ilə qeyd edilməlidir. Çünki nəzarət nöqtəsindən
müxtəlif nəqliyyat vasitələri keçə bilər ki, onlar atmosferi eyni
dərəcədə çirkləndirmirlər.
Hər bir müşahidəçi 1-1,5 saatdan sonra əvəz olunmalıdır. Hər bir
nəzarət nöqtəsində aparılan hesablamalar aşağıdakı hesabatı müəyyən
edə bilər:
Dostları ilə paylaş: |