172
LABORATORĠYA ĠġĠ №9
Havada olan qaz qarıĢıqlarının analizi
Böyük şəhərlərin havası müxtəlif yanma prosesləri nəticəsində
atmosferə buraxılan toz hissəcikləri və qaz qarışıqları vasitəsilə çirklənir.
Hesablamalar göstərmişdir ki, il ərzində ətraf mühitə 100 milyon ton
bərk maddə hissəcikləri, 150 milyon ton SO
2
, 300 milyon ton dəm qazı
– CO və 50 milyon ton azot oksidləri buraxılır.
Bərk və maye yanacaqlar yandırılarkən kanserogen xassəli aromatik
karbohidrogenlər əmələ gəlir. Bunların içərisində 3-4 benzopiren
C
20
H
12
ən güclü kanserogen maddə sayılır. Onun havada, suda və
torpaqda Yolverilə bilən miqdar qatılığı (YMQ) 0,015 q/m
3
nəzərdə
tutulmuşdur.
Kimya sənayesinin atmosfer tullantılarının tərkibi təxmini olaraq
aşağıdakı kimidir:
NO, NO
2
, NH
3
, HCl qazı, Cl
2
, P
2
O
5
, HF qazı, CO, H
2
O, H
2
S, Hg
buxarları, CH
3
OH, C
2
H
2
, CS
2
, asetaldehid CH
3
COH, CH
3
COOH,
duda,və müxtəlif gübrə tozları.
Hava hövzəsinin çirklənməsini azaltmaq üçün yanacağın tam
yanmasına şərait yaradılmalıdır ki, aralıq məhsullar alınmasın. Çünki,
aralıq məhsulların reaksiyaya girmək qabiliyyəti daha yüksək
olduğundan biosfer üçün təhlükə mənbəinə çevrilir.
İnsanlar təmasda olduqları bir sıra qazları xarakter iylərinə görə
fərqləndirə bilirlər ki, bu orqanometrik üsul adlanır.
Hidrogen sulfid, xlor qazı, ammonyak, kükürd-4 oksid, fosfor
oksidləri, merkaptanlar, aminlər və b. xarakter iyə malikdirlər. Dəm
qazı iysiz və rəngsiz olduğu üçün çox təhlükəli zəhər hesab olunur. O
qanın tərkibindəki hemoqlobin dəmiri ilə birləşərək karbonil
kompleksi Fe(CO)
5
əmələ gətirərək hemoqlobinin, oksigen daşıyıcısı
funksiyasını sıradan çıxarır. Nəticədə insan yuxuya gedərək ölür.
Odur ki, havada qaz qarışığının varlığını analitik metodla təyin
etmək lazım gəlir.
İstifadə olunan ləvazimatlar: 1) müxtəlif indiqator hopdurulmuş
süzgəc kağızları; 2) yod-nişasta məhlulu; 3) qurğuşun asetat
hopdurulmuş kağız.
173
Qeyd: indiqator hopdurulmuş kağızlar təzə olmalı və xüsusi ağzı
örtülü qablarda saxlanılmalıdır.
Bu üsulla havanın analizinin nəticələri aşağıdakı cədvəl əsasında
standart məlumatlarla tutuşdurulmalıdır.
İndiqator kağızların və reaktivlərin təsir mexanizmi
Kağız
Qazlar
Alınan rəng
Qırmızı lakmus
NH
3
Göy rəngə boyanır
Qırmızı lakmus
NO, HCl, H
2
S, SiF
4
, SO
2
, CO
2
Rəng dəyişmir
Göy lakmus
HCl, H
2
S, NO
2
, NO, SiF
4
Rəng dəyişmir
Göy lakmus
SO
2
, CO
2
Qırmızı rəngə
boyanır
Yod-nişasta
Cl
2
, Br
2
Göyərir
Qurğuşun asetat
hopdurulmuş kağız
H
2
S
Qaralır
Havada qazların miqdari təyini qravimetrik üsulla həyata keçirilir.
Havada CO
2
, SO
2
, NO
2
miqdarı bu üsulla təyin edilə bilər.
Qələvilərlə duz əmələ gətirən turşu oksidlərinin miqdarı titrimetrik
üsulla tapılır. Müəyyən həcm-hava NaOH məhlulu içərisindən keçirilir.
Alınan məhlul, titri əvvəlcədən məlum olan turşu vasitəsilə
neytrallaşdırılır və alınan duzun miqdarına əsasən havadakı turşu
anhidridinin miqdarı tapılır.
LABORATORĠYA ĠġĠ №10
Torpağın analizi
Kənd təsərrüfatının nəzəri və praktiki məsələlərinin həlli torpağın
quruluşu və tərkibindən çox asılıdır. Torpaqların kimyəvi tərkibinin
xarakteristikasının öyrənilməsi aqrotexniki tədbirlərin hazırlanmasında və
ekoloji monitorinq zamanı böyük əhəmiyyət kəsb edir.
Ətraf mühitin çirklənməsi zamanı torpaqlar daha çox zəhərli
maddələrin akkumlyasiya olunmasında rol oynayırlar. Radionuklidlər,
174
ağır metallar, kənd təsərrüfatı ziyanvericilərinə qarşı istifadə olunan
zəhərli maddələr, pestisidlər, defolyantlar, herbisidlər və digər
çirkləndiricilər torpağa hoparaq onların istifadəsi zamanı biosistemə
böyük ziyan verir.
Odur ki, torpağın analizi ekoloji və analitik kimyanın vacib sahələrdən
biridir. Məlumdur ki, çirkləndiricilər qeyri-üzvi və ya üzvi maddələrdir.
Torpağın analizi zamanı orada olan maddələrin təbiətindən asılı olaraq ilk
növbədə həlledici seçilməlidir.
Əgər defolyantlar, pestisidlər, herbisidlər təyin olunarsa deməli üzvi
həlledicilərdən istifadə edilməlidir. Analitik məqsədin tələbindən asılı
olaraq qarşıya qoyulan məsələ əvvəlcədən məlum olmalı və bunun
əsasında analiz başlanmalıdır.
Torpaqda qeyri üzvi duzlar, ağır metallar təyin olunduqda isə həlledici
kimi sudan, zəif qələvi və zəif turşu məhlulundan istifadə etmək lazım
gəlir.
Analiz zamanı torpaq nümunəsi hazırlanır. Qarşıya qoyulan məqsədə
görə torpağın üst, orta və dərin qatı götürülür. İlk növbədə torpaq
nümunəsi quru olmalıdır. O həvəngdə əzilməli və diametri 1 mm olan
ələkdən keçirilməlidir.
Torpağın tərkibində olan maddələrin bir qismi suda yaxşı həll
olduğundan, narınlaşmış torpaqdan 10 q. götürülərək 0,5 litr həcmi olan
təmiz kimyəvi stəkana tökülür və üzərinə 400 ml distillə suyu əlavə
edilərək təmiz şüşə çubuqla 1-2 dəqiqə qarışdırılaraq sərbəst buraxılır. 5
dəqiqədən sonra yenidən 1 dəqiqə qarışdırılaraq suzgəc kağızı vasitəsilə
süzülür. Məhlulun analizi – məhlulla qələvi və qələvi torpaq metallarının
həll olan duzları və suda həll olan üzvi maddələr ola bilər. Həmin kati-
onlar xüsusi reaktivlər əsasında vəsfi təyin olunur və ümumi nəticə
çıxarılır.
Torpağın duzluluğunu təyin etmək üçün məhluldan 100 ml götürüb
çəkisi əvvəlcədən məlum olan təmiz kimyəvi stəkana tökülərək su və ya
qum hamamında buxarlandırılır. Soyuduqdan sonra çəkilərək quru
kütlənin miqdarı tapılır.
Torpaqda gözlənilən duzlar zəhərlilik dərəcəsinə görə aşağıdakı kimi
sıralanır: Na
2
CO
3
NaHCO
3
NaCl
CaCl
2
Na
2
SO
4
MgCl
2
MgSO
4
.
Duzlu torpaqlarda NaHCO
3
sinergetik effekt yaradaraq bitkilərin
inkişafını dayandırır. Turş torpaqlarda Al
3+
, Fe
2+
, Mn
2+
kationlarının
duzları olduqda bitkilər üçün olduqca zərərlidir.
Torpaqların şorlaşma dərəcəsinə görə təsnifatı aşağıdakı cədvəldə
Dostları ilə paylaş: |