168
Şəkil 1.
Qabın kranını açaraq içərisindəki su dəqiqədə 10 ml olmaqla
boşaldılır. Məqsəd su boşaldıqca havanı sormaqdır. Təcrübə uducu
kamerada (a) rəngin dəyişməsinə qədər davam etdirilir. Boşaldılan
suyun həcmi, sorulan qazın həcminə bərabər olduğundan nə qədər
hava istifadə edildiyi məlum olur. Cədvəldən istifadə edərək havada
SO
2
-nin miqdarı tapılır.
Havanın həcmi
ml-lə
SO
2
-nin qatılığı
mq/m
3
Havanın həcmi
ml-lə
SO
2
-nin qatılığı
mq/m
3
10
320
100
32
20
160
110
29
30
107
120
27
40
80
130
24
50
64
140
22
60
53
150
20
70
46
200
16
80
40
250
12
90
35
300
10
169
LABORATORĠYA ĠġĠ №6
Atmosfer yağıntılarında həll olan və həll olmayan bərk maddələrin
ümumi kütləsinin təyini
Ləvazimatlar: 1) şüşə və ya plastik qab. Qabın ağzının sahəsi 50
sm
2
-dən az olmamalıdır, 2) kimyəvi stəkan; 3) ölçü silindiri-menzurka;
4) quruducu şkaf; 5) analitik tərəzi.
Yağıntının toplanması. Qar və ya yağış şəklində atmosfer
yağıntısını toplamaq üçün təmiz şüşə və ya plastik qab götürülərək 2
metr hündürlükdə qoyulur. Yağıntını çox götürmək üçün plastik vedrə
və ya vannadan da istifadə etmək olar. Qab açıq havada qoyulur.
Mümkün qədər nümunə həmin gün analiz edilməlidir.
Analizin gedişi: təmiz və quru kimyəvi stəkan analitik tərəzidə
dəqiq çəkilir. Nümunədən 100 ml götürülərək stəkana tökülür və
quruducu şkafda 100-110
0
C-də buxarlandırılır. Tam qurudulduqdan
sonra stəkan qalıqla birlikdə çəkilərək çöküntünün miqdarı tapılır.
Alınan rəqəm vasitəsilə 1 m
2
sahəyə düşən yağıntıda bərk
hissəciklərin miqdarı hesablanır.
LABORATORĠYA ĠġĠ №7
Ġstixana effektinin müĢahidə edilməsi
Ləvazimatlar: 1) şəffaf plasmas yeşik və ya akvarium (hökmən
qapağı olmalıdır); 2) çiləyici; 3) termometr (oturacaqlı); 4) elektrik
lampası; 5) tünd rəngli torpaq; 6) açıq rəngli torpaq.
Təcrübənin gedişi: 1) Götürülmüş qaba –3 sm qalınlığında tünd
rəngli torpaq tökülür.
2) torpaq pulverizatorun köməyi ilə nəmləndirilir.
3) kartondan termometr üçün oturacaq düzəldilir.
4) termometr torpağa sancılaraq bərkidilir. Bu şərtlə ki, kürə hissəsi
yuxarıda olsun. Bundan sonra qab qapakla örtülür.
5) elektrik lampası qabdan 20-30 sm aralıda elə qoyulur ki,
termometrin kürə hissəsinə işıq düşsün.
170
6) lampanı işə salaraq qabdakı temperaturun otaq temperaturuna
bərabərləşməsinə qədər gözləməkdir. Alınan temperatur jurnalda qeyd
edilir.
7) qabın qapağını açmadan, lampa söndürülür və hər 20 dəqiqədən
bir temperatur ölçülərək qeyd edilir.
8) lampa təkrar işə salınır və qabdakı temperatur otaq temperaturu
ilə eyniləşdirilir. Torpaq yenidən nəmləndirilir.
9) qrafiq qurularaq ordinat oxu üzərində temperatur, absiss oxu
üzərində isə zaman qeyd edilir.
10) tünd torpağı açıq torpaqla əvəz edərək təcrübə olduğu kimi
təkrar edilir.
Nəticə aşağıdakı cədvəl vasitəsilə qeyd edilir.
S.n.
Zaman, dəqiqə
Temperatur,
0
C
Qapaqsız
Örtülü halda
1
2
3
.
.
20
Aşağıdakı suallar cavablandırılır:
1. Qabın ağzı qapandıqda temperaturun qalxmasını izah edin.
2. Müşahidə olunan prosesi yerin «istixana effekti» ilə müqaisə
edin.
3. Temperatur əyriləri tünd və açıq rəngli torpaqlar üçün necə
fərqlənir?
4. Buludluluğun artması havanın temperaturuna necə təsir göstərir?
171
LABORATORĠYA ĠġĠ №8
Atmosfer çöküntülərinin turĢu-əsasi xassələrinin təyini
Avadanlıqlar: 1) ionomer və ya pH metr; 2) şüşə elektroq ESL-43-
07; 3) gümüş xloridlə doydurulmuş elektrod; 4) laboratoriya
termometri 10-50
0
C; 5) ölçü menzurkası; 6) 50 və 100 ml-ik kimyəvi
stəkanlar; 7) süzgəc kağızları.
Reaktivlər: 1) kalium xlorid duzu – kimyəvi təmiz; 2) bufer
məhlulları hazırlamaq üçün standart titrlər; 3) distillə edilmiş su.
Analiz üsulunun mahiyyəti ondan ibarətdir ki, selektiv şüşə
elektrodu ilə gümüş xlorid elektrodu arasındakı potensiallar fərqi
ölçülür və distillə suyunda hesablandıqdan sonra qeyd edilir. Analiz
edilən atmosfer çöküntüsü istifadə edilməklə bir neçə dəfə, həmin
qayda ilə ölçülür və müqaisə edilərək hidrogen ionlarının miqdarı
hesablanır.
Nümunənin götürülməsi və təyini. Atmosfer çöküntüsü (qar və ya
yağış) götürüldükdən sonra laboratoriya mühitində 6 saat saxlandıqdan
sonra analiz edilməlidir.
pH metr standart bufer məhlulları ilə nizamlanır. Bu əməliyyat hər
gün aparılmalıdır.
Elektrod cütləri analiz ediləcək suya salınır və əqrəbin tam
sakitləşməsindən sonra qiymət qeyd edilir. İş zamanı pH metr 6,86 pH-
ı olan bufer məhlulu ilə nizamlanmalıdır. Əgər fərq 0,04-dən çox
olarsa nizamlanma təkrar olunmalıdır. Hər ölçmədən sonra pH metrin
elektrodu distillə suyu ilə yuyulmalı və süzgəc kağızı ilə qu-
rulanmalıdır.
Ölçmə yerinə yetirildikdən sonra qar və ya yağış suyunun pH-ı
qeyd edilərək atmosferin turşu və qələvi xassəsi aşkarlanır.
PH=7 neytral olduğundan pH
7 qələvi, pH
7 isə turşuluğu göstərir.
pH
5,6 olduqda turşuluğun olması qəti olaraq təsdiq edilir.
Dostları ilə paylaş: |