45
fransız müstəmləkəçiliyi bu qızıl çağın daha yaxşı görülməsini göstərmişdir" (7, səh. 215). XVI əsr fransız
səyahətçisi Belon de Mans yazmışdır ki, " Lumni Türk idarəçiliyinə qədər heç bir zaman bu qədər zəngin,
iqtisadi baxımdan bu qədər tərəqqi etməmişdir" (Lumni Egey dənizində bir adadır-A.M.). Müəllif daha
sonra qeyd edir ki, "Daha əvvəllər daimi taciz edilərək əziyyət görən bu insanlara yaşadıqları tərəqqini
təmin edən gücün, uzun sürən sülh və təhlükəsizliyi təmin edənin Osmanlı imperatorluğunun
idarəçiliyinin olduğunu demək lazımdır" (7, səh. 215).
Fateh Sultan Mehmet Bizansı məğlub edərək İstanbulu fəth etdikdən sonra digər xristian
azlıqlara verdiyi hüquqları xristian ermənilərə də vermişdir. Ermənilər Osmanlı hakimiyyətinə
girənə qədər heç bir hüquqa malik olmamış, daim təzyiq altında yaşamışdılar. Lakin Sultan Fateh
Mehmet ermənilərə nəinki dini inanclarında sərbəstlik vermiş, eyni zamanda erməni rahibi
Hovakimi İstanbula gətirərək erməni patriarxlığını yaradaraq ona "Bütün Türkiyə ermənilərinin
patriarxı" adını vermişdir. Rahib Y. G. Çark 1953-cü ildə nəşr etdirdiyi "Türk hizmetinde
ermeniler" adlı əsərində yazmışdır ki, "Fateh Sultan II Mehmet xanın İstanbulu fəth etməsi ilə
ermənilərin gələcəyi üçün yeni bir ulduz parlamağa başlamışdı... Əgər türklər İstanbula gəlməmiş
və ya gecikmiş olsaydı, ermənilərin İstanbula yerləşmələri və inkişafları çox şübhəli olacaq, hətta
bəlkə də izləri belə tapılmayacaqdı" (1, səh. 59).
XVII əsrdə ermənilər beynəlxalq ticarəti ələ keçirmişdilər. Osmanlı imperatorluğunun bütün
xarici ticarəti İzmirdə, Hələbdə və ya İstanbulda ermənilərin vasitəsilə aparılırdı. Osmanlı təbəəsi
olmadan əvvəl yalnız əkinçilik və heyvandarlıqla məşğul olan ermənilər qısa müddətdə Qərbi
Asiyanın Avropa ilə etdiyi ticarətin tamamını əlində toplayan vasitəçilər halına gəlmiş və böyük bir
sərvətin sahibi olmuşdular. Ermənilərin ticarət və sənaye ilə məşğul olmaları üçün yaradılan yüksək
şərait nəticəsində onların sərvət sahibi olmaları sənədlərdə əksini tapmışdır. Rusiyanın Van və
Ərzurumdakı Baş kosulu Mayevskinin Rusiyaya göndərdiyi məlumatda deyilir ki, "Türkiyədə
ermənilərin məzlum vəziyyətlərindən şikayətləri һəmişə azadlıqdan, təһlükəsizlikdən və əmin-
amanlıqdan kifayət qədər istifadə edən şəһər ermənilərinə qətiyyən aid edilməməlidir. Onların
ictimai vəziyyəti һər cəһətdən kifayət qədər yaxşı idi. Kəndli ermənilər bir qədər başqa şəraitdə
yaşayırlar. Artıq
deyildiyi kimi, onlar, əsasən, əkinçiliklə məşğul idilər. Saһələrin suvarılma sistemi,
rəncbərliklə məşğul olmaq burda yaxşı gəlir gətirir və tamamilə qorxusuz yaşayışı təmin edirdi.
Cəsarətlə demək olar ki, Türkiyənin erməni kəndliləri һəmişə kifayət qədər ərzaq vəsaiti ilə təmin
olunurdular və onların maddi rifah һalı heç olmasa, Rusiyanın orta zonalarında yaşayan rus
kəndlilərinin maddi rifah һalından yüksək idi" (10, səh. 4).
Rusiya öz erməni vətəndaşlarına Osmanlı fəthlərindən sonra Türkiyə ermənilərinin əldə
etdikləri hürriyyətin onda birini belə verməmişdir. XVIII əsrin sonlarına doğru polşalı səyyah
Mikoşa Osmanlı imperatorluğunda yaşayan ermənilərin vəziyyətlərini belə təsvir edirdi:
"Ermənilərə tüklər tərəfindən hər hansı bir millətdən daha çox hörmət göstərilməkdədir. Onlar
rumlardan daha geniş bir hürriyyətə malikdirlər" (4, səh. 37). Erməni müəllifi M. Vartanyan da
"Erməni hərəkatının tarixi" əsərində "Türkiyə ermənisi rus ermənisinə görə mədəniyyətində,
dilində, tarixində, ədəbiyyatında çox güclü və azaddır" deyə yazmışdır (1, səh. 62).
Dövlətin iqtisadiyyat və ticarət sahələrindəki aparıcı mövqelərə yüksələn ermənilər siyasi
məqamlara da yiyələnərək dövlət idarələrində mühüm vəzifələr tutmuşlar. Ermənilər zərgərlik və
sələmçilik sahəsindəki məharətləri ilə diqqət çəkmişlər. Ona görə də zərbxana, barıtxana və s. kimi
dövlətin ən mühüm müəssisələri ermənilərə tapşırılmışdır. Onlar Osmanlı dövlətinin müxtəlif
ölkələrdə səfiri, konsulu, müşaviri və tərcüməçisi vəzifələrində çalışmışlar. Zərbxana nazirləri,
saray zərgərləri, saray həkimləri ermənilər olmuşdu. Müəssislər Məclisində onlarla erməni deputatı
var idi. Türkiyədə Yeddiqülə erməni xəstəxanasının baş həkimi Karapet Arman "Tərcüman"
qəzetində nəşr etdirdiyi məqaləsində yazırdı: "Osmanlı imperatorluğu dövründə türk-erməni
münasibətləri ən gözəl dövrünü yaşamışdır. Osmanlı tarixinin hər səhifəsində bir erməni paşasının,
bir erməni səfirinin, bir erməni ümummüdirinin isminə rast gəlmək mümkündür” (6, səh.82). Hətta
II Muradın hakimiyyəti dövründən başlayan, Fateh Qanunnaməsi ilə rəsmiləşdirilən qanunlara
əsasən türklər öz ölkələrində xristian və ya yəhudi azlıqlar qədər belə haqqı olmayan,
ikinci sinif bir
millət halına gəlmişdilər. Belə ki, Fateh Qanunnaməsindən sonrakı 70 il ərzində dövlətdə sədrazam
olan 48 nəfərdən yalnız 5-i türk əsilli olmuşdur. Digər 43 nəfər sədrazamın 12-i slavyan, 11-i alban,