32
For increase of food security and development grain-growing in the Nakhchivan
Autonomous
Republic, pest control and diseases are the main directions of research work.
During the investigation were studied agrotechnical, chemical and biological methods
against 30 species of crops are widely distributed in the territory of Nakhchivan Autonomous
Republic. To agrotechnical actions for pest control cultivate soils, a crop rotation belong, norms of
mineral fertilizers, sowing time, stability of a grade and others. Studied efficiency using of fazalon,
sevin and metofoz. It is specified a role of beast insects and parasites, birds and also various fungal
diseases in biological fight.
РЕЗЮМЕ
Габиб Гусейнов
Сахавет Байрамов
Лейлабеим Сеидова
Методы борьбы с основными вредителями зерновых культур в условиях
Нахчыванской Автономной Республики
Зерноводство является одним из важных отрасли сельского хозяйства в
Нахичеванской Автономной Республике. Для того, чтобы повысит продуктивности
основных продовольственных культур и получить продукт высокого качества надо изучить
и разработать соответствующие меры на научной основе направленные против различных
вредителей и болезней приносяших серьезного экономического ущерба на них, является
одним из наиболее важных вопросов стоящих перед наукой.
В целях повышения продовольственной безопасности и развитие
зерноводство в
Нахичеванской Автономной Республике, борьба с вредителями и болезнями являются
основными направлениями научно-исследовательской работы.
В ходе расследования были изучены агротехнические, химические и биологические
методы против вредителей 30 видов зерновых культур широко распространенных на
территории Нахчыванской Автономной Республики. К агротехническим мероприятиям по
борьбе с вредителями относятся возделевание почвы, севооборот, норм минеральных
удобрений, сроки посева, устойчивость сорта и другие. Изучали эффективность
использования фазалона, севина и метофоза. Указано роль насекомых хищников и паразитов,
птиц а также различных грибковых заболеваний в биологической борьбе.
NDU-nun Elmi Şurasının 26 aprel 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 09)
33
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
HİLAL QASIMOV
e-mail: hilal_1964@mail.ru
Naxçıvan Dövlət Universiteti
UOT 616.2:615.5
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA QIRMIZI
VƏ QƏHVƏYİ RƏNG VERƏN BOYAQ BİTKİLƏRİ
Açar sözlər: boyaqçılıq, boyaq bitkiləri, qırmızı rəng, qəhvəyi rəng
Key words: dyer, plants of dye, red
color, brown color
Ключевые слова: красильщик, красильных растений, красный цвет, кофейный цвет
“Şərqin qapısı” adlanan Naxçıvan
Muxtar Respublikası etnoqrafik və etnobotaniki baxımdan
dünyanın ən zəngin, çoxcəhətli və maraqlı guşələrindən biridir. Xalqımız minilliklər boyu Qafqaz
və qədim Şərq xalqları ilə iqtisadi və mədəni əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan
xalqımız çox şey əxz etmiş və faydalanmış, öz növbəsində həmin xalqların tükənməz təsərrüfat
həyatına, maddi və mənəvi mədəniyyətinə çox şeylər bəxş etmiş, onu daha da zənginləşdirmişdir.
Qədim insanlar bitkilərdən öz həyat tərzlərində geniş istifadə edərək xalq təbabəti, qida
bitkilərindən istifadə edilmə yolları, tikinti, geyim, boyaq və məişət işlərində milli etnobioloji
xüsusiyyətlərə malik tarixi sərvət yaratmışlar. Həmçinin boyaqçılıq sahəsində mühüm tarixi
təcrübələr, adət-ənənələr qazanmışlar [1] .
Yaşlı toxucuların məlumatına görə Naxçıvan Muxtar Respublikasında yaşayanlar hələ
qədim zamanlardan bitkilərdən boyaq maddəsi əldə etməyin sirlərinə bələd olmuşlar. Naxçıvan
xalçaları üçün səciyyəvi olan qırmızı rəng, əsasən, “qızıl boya” adlanan boyaq bitkisindən alınırdı.
Burada həm yabanı, həm də mədəni boyaq bitkiləri geniş yayılmışdır. Boyaq bitkisinin hündürlüyü
bir metrə qədər olur, müxtəlif çalarlı çiçəklər açır. Torpaq altında qalan hissəsi isə iki metrdən uzun
kök atır ki, boyaq maddəsi məhz bu köklərdən alınır. Xalça ustaları və küp boyaqçıları ondan
qırmızı rəngin müxtəlif çalarlarını əldə edirdi. Sarı rəng baldırğan, alma qabığı, əncir və ağ tut
yarpağından alınırdı. Yaşıl rəng isə əncir və tut yarpaqlarından alınan sarı rəngdən sonra “indiqo”
adlanan boyağa salma üsulu ilə alınırdı [3].
Naxçıvan Muxtar Respublikası florasında yayılan boyaq bitkiləri demək olar ki, öyrənil-
məmişdir. Bunu səbəblərdən muxtar respublika florasında yayılan boyaq bitkilərini öyrənməsi ak-
tual problemlər sırasındadır. Biz bu bitkilərin etnobotaniki isiqamətdə tədqiqi sahəsində elmi-təd-
qiqat işləri aparırıq. Araşdırmalar və tədqiqatlar nəticəsində müxtəlif növ bitkilərdən sarı, qırmızı,
göy, bənövşəyi, qara, qəhvəyi, yaşıl və digər
rənglərin alındığı müəyyənləşdirilmişdir [2, 6].
Qırmızı rəng verən bitkilər
Qırmızı rəng, xüsusilə tünd qırmızı çalar tez-tez xalçaların əsas fonunda işləndiyindən xalça
işlərində çox vacibdir. Aşağıda göstərilən bitkilər qırmızı rəng mənbələridir [5, 7].
1
. Rubia tinctorum L. – Boyaq boyaqotu. Boyaqotukimilər (Rubiaceae Juss.) fəsiləsinin
boyaqotu (Rubia L.) cinsinə daxildir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök
sisteminə malik, torpağın dərinliyinə qədər üfüqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir.
Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar
olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir. Çiçək köbəsində olan
yarpaqları 4-6 ədəd, neştərşəkilli, ellipsvari və ya yumurtavari olub, əsasından daralmış qısa,
saplaqlı, kənarları boyunca damarlı və tikanlıdır. Çiçəkləri kiçik, yaşılımtıl-sarı, 5 dişcikli, çiçək
tacı düzgün, yarpaqla örtülmüş çoxlu çiçəkləri süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi
şirəli, bir və ya ikitoxumlu, qara rəngli olub, soku qırmızı rənglidir. İyun-iyul aylarında çiçəkləyir,