60
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 7 (80)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 7 (80)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 7 (80)
RAMİZ ƏLƏKBƏROV
AMEA Naxçıvan
Bölməsi
E-mail: ramiz_alakbarli@mail.ru
UOT: 581
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YAYILAN QARAQINIQ
(ORIGANUM L.) CİNSİNƏ DAXİL OLAN ADİ QARAQINIQ (ORIGANUM VULGARE L.)
NÖVÜNÜN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ, FİTOKİMYƏVİ TƏRKİBİ VƏ
MÜALİCƏVİ ƏHƏMİYYƏTİ
Açar sözlər: heranilasetat,
antihistamin, bronxoektaziya,
ateroskleroz
Ключевые слова:
гeraниласетат, антигистаминное, бронхоэктазы, атеросклерозе
Key words:
geranilatsetat, antihistamine, bronchiectasis, atherosclerosis
İnsanların yaşayış mühitinin artan tələbatını ödəmək və qlobal ərzaq təhlükəsizliyinə nail
olmaq bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri insanları həyat şəraiti və qida məhsulları
ilə təmin etməkdir. Belə məsələlərin aktuallığı elmi-tədqiqat işlərinin sürətlə genişlənməsini və
bunun üçün böyük elmi araşdırmalar aparılmasını tələb edir. Məhz bu baxımdan insanların ərzaq
məhsullarına, ekoloji təmiz içməli suya, ümumiyyətlə minimal yaşayış şəraitinə təlabatını ödəmək
üçün təbii mənbələrdən və elmi-texniki tərəqqinin bəhrəsindən istifadə etməsi məcburiyyətindədir.
Əczaçılıq sənayesində dərman bitkilərindən alınan maddələr, kimyəvi yolla sintez edilən
maddələrlə əvəz edilə bilməz. Bitkilərin hasil etdiyi dərman maddələri laboratoriyada kimyaçıların
sintez etdiyi süni kimyəvi maddələrdən bir çox üstünlükləri ilə fərqlənirlər. Bitki mənşəli
dərmanların ilk üstünlüyü onların canlı hüceyrədə istehsal olunması, ikinci üstünlüyü isə milyon
illər ərzində orqanizmə adaptasiya edilərək fəsad verməməsidir. Fəsiləyə daxil olan növlərin müasir
vəziyyətini tədqiq etmək, baş verən ekoloji və antropogen transformasiyaları müəyyənləşdirmək və
çatışmamazlıqları aradan qaldırmaq, istər nəzəri və istərsə də təcrübi baxımdan mühüm əhəmiyyətə
malikdir (1, s. 132-138; 3, s. 97-100; 4, s. 123-128; 5, s. 13-17; 6, s. 45-52).
Naxçıvan Muxtar Respublikası florasında öyrənilmə tarixinin xronologiyasına nəzər
saldıqda görünür ki,
Lamiaceae Lindl. (Dalamazkimilər) fəsiləsinin biomorfoloji, ekoloji, yayılma
qanunauyğunluqları, kimyəvi tərkibi, müalicə istiqamətlərinin və istifadə perspektivlərinin
aktuallığını nəzərə alaraq, daha geniş şəkildə öyrənməyə böyük ehtiyac vardır. Belə bitkilərin
toplanılması, qurudulması, elmi, ənənəvi və xalq təbabətində istifadə imkanları haqqında məlumat
verməyi lazım bilirik (2, s. 115-119, 8, s. 189-195).
Origanum vulgare L. - Adi qaraqınıq bitkisinin yarpaq və çiçəkli gövdəsinin uzunluğu 20
sm-ə qədər olur. Yarpaqları qarşı-qarşıya olmaqla saplaqlı, yumurtavari zirvəsi itiuclu, xırda dişcikli
və ya bütöv kənarlıdır. Gövdəsi dördtilli, yumşaq tükcüklü və ya tamamilə çılpaqdır. Çiçəkləri
qalxanvarı-süpürgəvari çiçəkqrupunda toplanmışdır. Çiçək altlığı uzun saplaqlı olub, itiucludur.
Yarpaqları yuxarıdan yaşıl, alt hissədən tutqun-yaşıl olmaqla, gövdəsi məxməri-qırmızı, tacı isə
qonur-çəhrayı rənglidir. Aromalı, büzücü və şirin-acı dadlıdır. Meşələrdə, meşə kənarında, çöllərdə,
dərələrində, kiçik yarğanlarda və çaybasar, subasar yerlərdə yayılmışdır. Əsasən böyük olmayan
pöhrəliklərinə rast gəlinir. Ədviyyəli və bakterisid təsirlidir. Tərkibində efir yağı, fenol-timol,
karvakrol, seskviterpenlər, heranilasetat, flavonoidlər, askorbin turşusu, antihistamin və aşı
maddələr vardır. Qaraqınıq bitkisi (bütöv, doğranmış, briket) keyfiyyətli öskürəkkəsici və bağırsaq
peristaltikasını artıran dərman bitkisi kimi işlədilir. Ağciyər xəstəliklərində tərlədici və antiseptik
dərman kimi də faydalıdir. Mərkəzi sinir sistemini möhkəmləndirici vasitə kimi nevroz, isteriya,
epilepsiya, hipertoniya, ateroskleroz, klimaksla bağlı nevrotik şikayətlər zamanı tətbiq edilir.
Bronxial vəzilərin sekresiyasını artırır, spazmolitik və öskürəkkəsici təsir edərək, güclü tər ifrazına
səbəb olur. Bronxit, pnevmoniya, bronxoektaziya, bronxial astma və difteriya xəstəliklərinin