Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   25   26   27   28   29   30   31   32   ...   127

60 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
RAMİZ ƏLƏKBƏROV 
AMEA Naxçıvan Bölməsi 
E-mail: ramiz_alakbarli@mail.ru 
UOT: 581 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YAYILAN QARAQINIQ 
(ORIGANUM L.) CİNSİNƏ DAXİL OLAN ADİ QARAQINIQ (ORIGANUM VULGARE L.) 
NÖVÜNÜN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ, FİTOKİMYƏVİ TƏRKİBİ VƏ 
MÜALİCƏVİ ƏHƏMİYYƏTİ 
Açar sözlər: heranilasetat, antihistamin, bronxoektaziya, ateroskleroz 
Ключевые слова: гeraниласетат, антигистаминное, бронхоэктазы, атеросклерозе 
Key wordsgeranilatsetat, antihistamine, bronchiectasis, atherosclerosis 
İnsanların  yaşayış  mühitinin  artan  tələbatını  ödəmək  və  qlobal  ərzaq  təhlükəsizliyinə  nail 
olmaq bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri insanları həyat şəraiti və qida məhsulları 
ilə  təmin  etməkdir.  Belə  məsələlərin  aktuallığı  elmi-tədqiqat  işlərinin  sürətlə  genişlənməsini  və 
bunun  üçün  böyük  elmi  araşdırmalar  aparılmasını  tələb  edir.  Məhz  bu  baxımdan  insanların  ərzaq 
məhsullarına, ekoloji təmiz içməli suya, ümumiyyətlə minimal yaşayış şəraitinə təlabatını ödəmək 
üçün təbii mənbələrdən və elmi-texniki tərəqqinin bəhrəsindən istifadə etməsi məcburiyyətindədir. 
Əczaçılıq  sənayesində  dərman  bitkilərindən  alınan  maddələr,  kimyəvi  yolla  sintez  edilən 
maddələrlə əvəz edilə bilməz. Bitkilərin hasil etdiyi dərman maddələri laboratoriyada kimyaçıların 
sintez  etdiyi  süni  kimyəvi  maddələrdən  bir  çox  üstünlükləri  ilə  fərqlənirlər.  Bitki  mənşəli 
dərmanların  ilk  üstünlüyü  onların  canlı  hüceyrədə  istehsal  olunması,  ikinci  üstünlüyü  isə  milyon 
illər ərzində orqanizmə adaptasiya edilərək fəsad verməməsidir. Fəsiləyə daxil olan növlərin müasir 
vəziyyətini tədqiq etmək, baş verən ekoloji və antropogen transformasiyaları müəyyənləşdirmək və 
çatışmamazlıqları aradan qaldırmaq, istər nəzəri və istərsə də təcrübi baxımdan mühüm əhəmiyyətə 
malikdir (1, s. 132-138; 3, s. 97-100; 4, s. 123-128; 5, s. 13-17; 6, s. 45-52).  
Naxçıvan  Muxtar  Respublikası  florasında  öyrənilmə  tarixinin  xronologiyasına  nəzər 
saldıqda görünür ki, Lamiaceae Lindl. (Dalamazkimilər) fəsiləsinin biomorfoloji, ekoloji, yayılma 
qanunauyğunluqları,  kimyəvi  tərkibi,  müalicə  istiqamətlərinin  və  istifadə  perspektivlərinin 
aktuallığını  nəzərə  alaraq,  daha  geniş  şəkildə  öyrənməyə  böyük  ehtiyac  vardır.  Belə  bitkilərin 
toplanılması, qurudulması, elmi, ənənəvi və xalq təbabətində istifadə imkanları haqqında məlumat 
verməyi lazım bilirik (2, s. 115-119, 8, s. 189-195). 
Origanum  vulgare  L.  -  Adi  qaraqınıq  bitkisinin  yarpaq  və  çiçəkli  gövdəsinin  uzunluğu  20 
sm-ə qədər olur. Yarpaqları qarşı-qarşıya olmaqla saplaqlı, yumurtavari zirvəsi itiuclu, xırda dişcikli 
və  ya  bütöv  kənarlıdır.  Gövdəsi  dördtilli,  yumşaq  tükcüklü  və  ya  tamamilə  çılpaqdır.  Çiçəkləri 
qalxanvarı-süpürgəvari  çiçəkqrupunda  toplanmışdır.  Çiçək  altlığı  uzun  saplaqlı  olub,  itiucludur. 
Yarpaqları  yuxarıdan  yaşıl,  alt  hissədən  tutqun-yaşıl  olmaqla,  gövdəsi  məxməri-qırmızı,  tacı  isə 
qonur-çəhrayı rənglidir. Aromalı, büzücü və şirin-acı dadlıdır. Meşələrdə, meşə kənarında, çöllərdə, 
dərələrində,  kiçik  yarğanlarda  və  çaybasar,  subasar  yerlərdə  yayılmışdır.  Əsasən  böyük  olmayan 
pöhrəliklərinə  rast  gəlinir.  Ədviyyəli  və  bakterisid  təsirlidir.  Tərkibində  efir  yağı,  fenol-timol, 
karvakrol,  seskviterpenlər,  heranilasetat,  flavonoidlər,  askorbin  turşusu,  antihistamin  və  aşı 
maddələr vardır. Qaraqınıq bitkisi (bütöv, doğranmış, briket) keyfiyyətli öskürəkkəsici və bağırsaq 
peristaltikasını  artıran  dərman  bitkisi  kimi  işlədilir.  Ağciyər  xəstəliklərində  tərlədici  və  antiseptik 
dərman  kimi  də  faydalıdir.  Mərkəzi  sinir  sistemini  möhkəmləndirici  vasitə  kimi  nevroz,  isteriya, 
epilepsiya,  hipertoniya,  ateroskleroz,  klimaksla  bağlı  nevrotik  şikayətlər  zamanı  tətbiq  edilir. 
Bronxial vəzilərin sekresiyasını artırır, spazmolitik və öskürəkkəsici təsir edərək, güclü tər ifrazına 
səbəb  olur.  Bronxit,  pnevmoniya,  bronxoektaziya,  bronxial  astma  və  difteriya  xəstəliklərinin 


61 
 
müalicəsində  istifadə  edilir.  Bundan  başqa  iştahasızlıq,  qastrit,  mədə-bağırsaq  spazmı,  atonik 
qəbizlikdə,  ödqovucu  və  iltihab  əleyhinə  vasitə  kimi  işlədilir.  Xalq,  ənənəvi  və  elmi  təbabətdə, 
revmatizm  zamanı  oynaqların  şişkinliklərində,  podaqrada,  amonoreyyada,  ekzema  və  dəri 
səpkilərində təyin edilir (7,s. 825-827). 
Bitkinin fitokimyəvi  tədqiqi üçün ədəbiyyat məlumatlarına əsasən metodikalar seçilmiş və 
ekstraktların  alınma  şəraiti  müəyyənləşdirilməklə  analiz  edilmişdir.  (5,  s.  235-239;  9,  s.  316-317; 
10, s. 156-161). 
Təcrübi hissə 
Tədqiqat obyekti kimi Adi qaraqınıq bitkisi standart şəraitdə qurudulmuş və xırdalanmışdır. 
Yarpaqları  əvvəlcə  qeyri-polyar  həlledici  olan  heksanla,  daha  sonra  isə  ardıcıl  olaraq  etanol  və 
0,1%-li HCl məhlulu ilə ayrı-ayrılıqda 3 saat müddətində ekstraksiya olunmuşdur. Spektrlər Hitachi 
U-2900  UV-VIS  spektrofotometr,  xromotoqrafik  analizlər  isə  DC-fertigfolien  ALUGRAM  SİL 
G/UV  254  incə  təbəqə  vasitəsilə  aparılmışdır.  Yarpaqlarının  fitokimyəvi  tədqiqi  üçün  heksan, 
etanol  və  turşulaşdırılmış  etanol  ekstraktları  götürülmüşdür.  Hər  bir  ekstrakt  nümunəsindən 
ayrılıqda 2 sınaq şüşəsində hər biri 20 ml olmaqla götürülmüş, bunlardan hər birinə 0,01 q CuSO
4
 
duzu  əlavə  olunmuş  və  otaq  temperaturunda  saxlanılmışdır.  Müntəzəm  olaraq  nümunələrdəki 
dəyişikliklər hər 5-7 gündən bir yoxlanılmış və təcrübə 60 gün müddətində tamamlanmışdır. 
 
 
 
Şəkil 1. Origanum vulgare L. - Adi qaraqınıq yarpaqlarının heksan ekstraktında spektri 
Nəticələr və müzakirə  
Adi  qaraqınıq  bitkisi  yarpaqlarından  alınan  müxtəlif  ekstraktların  spektrlərinin  analizi 
göstərir  ki,  tərkibində  rəng  verən  əsas  birləşmələr  karotinoid  və  xlorofil  maddələridir.  Meyvələrə 
sarı rəng verən karotinoid, yarpaqlara isə yaşıl rəng verən xlorofil piqmentidir. Ekstraktların üzərinə 
0,01  q  CuSO
4
  duzu  əlavə  olunaraq  2  ay  müddətində  saxlanmış  və  spektrləri  Hitachi  U-2900  UV-
VIS  spektrofotometr  vasitəsilə  çəkilməklə  müqayisəli  təhlili  aparılmışdır.  Nəticə  zamanı 
ekstraktlarda  olan  birləşmələrin  rəngi  əsaslı  dəyişikliyə  uğramamışdır.  Bu  nəticə  həmin 
birləşmələrin parçalanmadığını və Cu
2+
 ionu ilə davamlı birləşmə əmələ gətirdiyini sübut edir.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə