Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   27   28   29   30   31   32   33   34   ...   127

64 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
TEYYUB PAŞAYEV 
AMEA Naxçıvan Bölməsi 
E-mail: teyyubpashayev@mail.ru 
UOT: 582.823 
YAPON KAMELYASI (Camellia japonica L.) 
  
Açar  sözlər:  Nəbatat  bağı,  kameliya,  introduksiya,  dekorativ  bitkilər,  Camellia  fraterna, 
Camellia saluenensis 
Key words: Botanical garden, сamellia, introduction, tree plants, Camellia fraterna, Camellia 
saluenensis 
Ключевые  слова:  Ботанический  сад,  камелия,  интродукция,  декоративные  растение, 
Camellia fraterna, Camellia saluenensis 
Son illərdə Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq - quruculuq, işlərinin geniş 
vüsət  aldığı  bir  zamanda  park  və  bağların,  küçə  və  xiyabanların,  şəhər  və  qəsəbələrin,  yeni 
yaradılan kənd mərkəzlərinin, magistral  avtomobil yollarının kənarlarının və s. yaşıllaşdırılmasında 
istifadə  edilən  dekorativ  ağac  və  kolların,  bəzək  bağçılıqda  istifadə  olunan  bitki  nümunələrinin 
seçilməsi  əsas  məsələlərdən  biridir.  Respublikamızın  torpaq  iqlim  şəraiti  çox  müxtəlif  bitki 
növlərinin  yerli  şəraitdə  becərilməsinə  imkan  verir.  Bu  baxımdan  yuxarıda  qeyd  edilən 
yaşıllaşdırma  işlərinin  yerinə  yetirilməsində  istifadə  edilən  yerli  və  digər  ölkələrdən  introduksiya 
olunan  dekorativ  bitki  nümunələri  üzərində  ardıcıl  olaraq  elmi  tədqiqat  işləri  aparılır  və  onların 
torpaq – iqlim amillərinə davamlılığı müəyyən edilir. 
Hazırda  AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar  İnstitutunun  Nəbatat  bağında  Gürcüstan 
Respublikasının  Batumi  Nəbatat  bağından,  Bakı  Dendrologiya  İnstitutundan,  İran  İslam 
Respublikası    və  Türkiyə  Respublikasından  gətirilən  xeyli  sayda  bitki  növləri  və  toxum 
materiallarının yaşıllaşdırmada istifadəsi məsələləri araşdırılır. İntroduksiya edilmiş bitkilərdən biri 
olan  Camellia  japonica  L.  növü  AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar  İnstitutunun  Nəbatat 
bağında istilikxanada əkildiyi 2011 – ci ildən indiyədək normal şəkildə böyüyür inkişaf edir. 
 
 
 
Şəkil – 1. Kameliya(Camellia japonica  L.)  kolu çiçəklərlə 


65 
 
Dünyada  kameliya  cinsinə  250  növ  daxildir  ki  bunların  əksəriyyəti  dekorativ  bitkilərdir. 
Bunlardan daha çox istifadə edilənləri aşağıdakılardır (1,s. 276-284; 2, s.89-104; 4, s.25-34; 5, s.97-
126). Camellia amplexicaulis (Pit.), Camellia cuspidata (Kochs, Camellia fraterna Hance, Camell 
ia  japonica  L.  typus,  Camellia  oleifera  C.Abel,  Camellia  reticulata  Lindl.,  Camellia  saluenensis 
Stapf ex Bean, Camellia sasanqua Thunb., Camellia sinensis (L.) O.Kuntze.  
 
Kameliya  həmişəyaşıl  kol  formasında  olan  bitkidir.  Həm  otaq  bitkisi  kimi  həm  də  açıq 
ərazilərdə yetişdirilə bilən gözəl görünüşlü çiçəkli koldur. Lakin bu növlərinə görə fərqlilik göstərə 
bilir. Otaq bitkisi kimi yetişdirmək istəndiyində istifadə edilən əsas növ olaraq Camellia japonica L. 
növü  seçilməlidir.  Camellia  japonicanın  çiçəkləri  təkləçəkli  və  yaxud  çoxləçəkli  ola  bildiyi  kimi, 
çiçək  rəngləri  də  növlərinə  görə  qırmızı,  ağ  və  yaxud  açıq  qırmızı  ola  bilir.  Cənub  Şərqi  Asiya 
ölkələrində  okean  iqliminin  hakim  olduğu  ərazilərdə  qış  aylarında  həmişəyaşıl  olaraq  qalırlar. 
Kolşəkilli  olduğundan,  çox  gözəl,  iri  və  göstərişli  çiçəklərindən  ötrü  bəzək  bağçılıqda  daha  çox 
istifadə edilir (3, s.60-77; 6s.154-166). 
Kiçik ağac şəklində və yaxud kol şəklində olan kameliya bitkisi açıq şəraitdə bəzən 4-4,5 m 
hündürlüyündə  ola  bilir.    Yarpaqları  ellipsvari  bəzən  ovaldır,  parlaq  yaşıl  rəngli,  ucları  sivridir. 
Açıq  şəraitdə olan bitkilərdə  yaz  aylarında qönçələmə və çiçəklər  əmələ gəlirsə istilikxana  yaxud 
dibçəklərdə ilin digər fəsillərində də çiçəkləmə baş verir. Çox iri olan (8 – 10 bəzən  13 sm – dək) 
çiçək  ləçəkləri  üst  –  üstə  olmaqla  iki  cərgədə  bitişik  olaraq  düzülmüş,  çiçəyin  ortasında  dairə 
şəklində  çoxlu  sayda  erkəkciklər,  onların  ortasında  isə  dişicik  ağızcığı  yerləşir.  Erkəkciklərin 
ətrafında azacıq saplaqlı, ağ ləkələri olan kiçik ləçəklər vardır.  Çiçəkləri iysizdir. Kameliya bitkisi 
küləksiz,  isti,  rütubətli  və  kölgə  yerlərdə  daha  yaxşı  böyüyür  və  inkişaf  edir.  Tamamilə  kölgəli 
yerlərdə uzun müddət qaldıqda çiçək tumurcuqları tökülür. 
 
Kameliyalar  humusla  zəngin,  nəmli,  pH  –  ı  5,5  –  6,5  olan  torpaqlarda  daha  yaxşı  inkişaf 
edir. Əhəngli torpaqlarda isə tezliklə yarpaqları saralıb tökülür və bitki özü də qısa zamanda məhv 
olur. 
 
Bu bitkinin bəzi növləri həmçinin dibçəklərdə otaq bitkisi kimi də saxlanılıb yetişdirilir. Bu 
zaman  onlara  mütəmadi  qulluq  edilməli,  xüsusi  hazırlanmış  qarışıqdan  ibarət  torpaqda 
saxlanılmaqla 2 – 3 ildən bir torpağı dəyişdirilməlidir. 
 
 
 
Şəkil – 2. Kameliya çiçəyinin yaxından görünüşü 
 
Açıq  şəraitdə  becərilən  kameliya  çiçəyi  mart  -  aprel  aylarından  başlayaraq  suvarılır, 
istilikxanada isə suvarılma bütün il boyu davam edir. Çiçəkləmə zamanı bitki suya daha çox ehtiyac 
hiss edir. Yay aylarında yeni zoğların inkişafa başlaması zamanı da bitkinin suya tələbatı artır ki, bu 
da cavan zoğların güclü inkişafına səbəb olur. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə